Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 20
  • İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…

admin 20/02/2025
iri şəhər-su

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi 2025-ci ilin fevral ayının 18 günündə dəyəri milyon manatdan çox olan 4 satınalma müqaviləsi bağlayıb. İlk baxışdan adı satınalma müqaviləsinə oxşayır. Amma bir az diqqətlə araşdırdıqda nə qədər qanun pozuntusuna yol verildiyi dərhal görsənir.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” polad fitinqlərin satın alınması üzrə “BORUAVADANLIG” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.284.102,9 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat dövlət satınalmalarının vahid internet portalında 06.02.2025-cü il tarixdə dərc edilib. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş malların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.900.496,79  manat müəyyən edilib.

Generatorların əsaslı təmir və servis olunmasının satın alınması üzrə “SENTRA” MMC ilə 1.011.815,78 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat dövlət satınalmalarının vahid internet portalında 10.02.2025-cü il tarixdə dərc edilib. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş malların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 2.085.313,70  manat müəyyən edilib.

Tikinti sahəsi və yol döşəməsi üçün lazım olan mal-materialların satın alınması üzrə “DİRECT LİNE TRADİNG” MMC ilə 1.109.884,4 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat dövlət satınalmalarının vahid internet portalında 13.02.2025-cü il tarixdə dərc edilib. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş malların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.941.261,27  manat müəyyən edilib.

Nəqliyyat vasitələri üçün avtoşinlərin satın alınması üzrə “TS MOTORS”  MMC ilə 655.665,35  manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat dövlət satınalmalarının vahid internet portalında 17.02.2025-cü il tarixdə dərc edilib. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş malların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.230.957,18 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçıların təklif edərək qalib olduğu qiymətlər arasında 40-50 faiz fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş  “BORUAVADANLIG”, “SENTRA” “DİRECT LİNE TRADİNG”  “TS MOTORS” MMC-lərlə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Şirkətlərə gəlincə. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin müəyyən etdiyi ehtimal qiymətindən 50 faiz aşağı qiymətlə qalib olmuş “TS MOTORS”  MMC Almaniya və Amerikadan müxtəlif avtomobil idxalatçısı olaraq  ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır. Elektron medianın 3-02-2025-ci ildə yaydığı məlumata  görə “TS Motors” şirkəti İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Avtomobil şirkəti ilə bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. , “TS Motors” MMC-nin region üzrə rəhbəri Fərid Seyidov Asif oğludur.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin müəyyən etdiyi ehtimal qiymətindən 40 faiz aşağı qiymətlə qalib olmuş “DİRECT LİNE TRADİNG” MMC daha əvvəl “Azərsu”ASC ilə də işbirliyində olub. Şirkətin adı şübhəli satınalmalarda hallanır.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin müəyyən etdiyi ehtimal qiymətindən 30 faiz aşağı qiymətlə qalib olmuş “BORUAVADANLIG” MMC daha əvvəl “Azərsu”ASC ilə də işbirliyində olub. “Azərsu”ASC çirkətlə 2021-2023-cü illərdə ümumi dəyəri 4 milyon manatdan çox olan iki müqavilə bağlayıb. Mediada yer alan məlumatlara görə 2022-ci ildə MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokollar tərtib edilib. Protokollara Suraxanı Rayon Məhkəməsində baxılıb.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin müəyyən etdiyi ehtimal qiymətindən 50 faiz aşağı qiymətlə qalib olmuş “SENTRA” MMC-nin rəsmi saytındakı məlumatlara görə 2011-ci ildə qurulan Sentra QSC Avtomatika İnformasiya Texnologiyaları və Neft Qaz qurğularının istehsalı sahəsində ölkəmizdə qabaqcıl şirkətlərdən biridir. Elektron mediada yayılan məlumatlara görə MMC vaxtılə Dövlət Neft Şirkətinin vitse-prezidenti və əsas fiqurlarından biri olmuş Mikayıl İsmayılova məxsusdur.

Göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin satınalma müqaviləsi bağladığı şirkətlərin hər biri ayrı-ayrılıqda müxtəlif maliyyə pozuntularına yol vermişlər. Üstəlik qazandıqları tenderləri də ehtimal olunan qiymətlərdən dəfələrlə aşağı qiymətə udurlar.

Qeyd edək ki, bu “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin keçirdiyi satınalmalarda yol verdiyi ilk hal deyil. Daha əvvəlllər də bu mövzuya toxunmuşduq və bir daha xatırlatmaq istərdik ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən energetika sahəsi üçün lazım olan mal-materialların və avadanlıqların satın alınması üzrə 01.10.2024-cü ildə başlanılmış açıq tenderə yekun vurulub və “DELUXE ELECTRİC AZERBAİJAN”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.493.349,64 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat dövlət satınalmalarının vahid internet portalında 01.11.2024-cü il tarixdə dərc edilib. Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş mal-materialların və avadanlıqların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 2.444.151,46  manat müəyyən edilib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən tikinti mal-materiallarının satın alınması üzrə 13.09.2024-cü ildə başlanılmış açıq tenderə yekun vurulub və “GRAVİTY LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 639.999,31 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 15.11.2024-cü il tarixdə dərc edilib. Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş mal-materialların və avadanlıqların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.181.789,63 manat müəyyən edilib.

Göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin bağladığı satınalma müqavilələrinin əksəriyyətində ciddi qanun pozuntularına yol verilir. Təbii ki, malların və xidmətlərin satın alınması zamanı dövlət vəsaitlərinə qənaət etmək əsas şərtlərdən biridir. Lakin qanunda göstərildiyi kimi bu 20-25 faizdən aşağı olduqda alınan malların keyfiyyətində ciddi şübhələr yaradır. Burada suallar yaranır.  “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” dövlət vəsaitinə qənaət edir, yoxsa keyfiyyətsiz mal alıb, keyfiyyətsiz işlər görür?

 

Aktualinfo.org

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: 3-cü Dünya Müharibəsinə səbəb ola biləcək 10 mümkün amil
Next: Tramp və Putinin gizli planı: Zelenski silinir, əvəzində…

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər 22/05/2026
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran 22/05/2026
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…” 22/05/2026
  • Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər 22/05/2026
  • Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev 22/05/2026
  • Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT 22/05/2026
  • “Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib 22/05/2026
  • Yalçın Rəfiyev: Əhalinin mənzillə təmin edilməsi üçün beynəlxalq maliyyələşmənin genişləndirilməsi lazımdır 22/05/2026
  • Anar Quliyev: “WUF13-ə ev sahibliyi etmək milli transformasiya gündəliyimizi əks etdirir” 22/05/2026
  • Qızılın qiymətində kəskin ucuzlaşma – Ekspert səbəbləri açıqladı 22/05/2026
  • İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” 22/05/2026
  • Aliment ödəməyənlərin sayı sürətlə artır: Dövlət hansı tədbirləri görməyə hazırlaşır? 22/05/2026
  • Türkiyə siyasi həyatında fırtına: parçalanma olacaq 22/05/2026
  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.