Skip to content
30/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 24
  • Azərbaycan-Pakistan biznes forumu keçirilib

Azərbaycan-Pakistan biznes forumu keçirilib

admin 24/02/2025
şerif-ilham

 

Fevralın 24-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif biznes forumda çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti çıxış edib.

Prezident İlham Əliyev deyib:

– Hörmətli cənab Baş nazir, əziz qardaşım.

Xanımlar və cənablar.

Əziz qardaşım, Sizi Azərbaycanda bir daha salamlayıram. Şadam ki, Sizin dövlət səfəriniz çərçivəsində böyük şirkət nümayəndələrinin iştirakı ilə Bakı şəhərində biznes forum təşkil edilib. Forum bizim ikitərəfli gündəliyimizi əks etdirir və bu gün cənab Baş nazirlə müzakirə etdiklərimizin nümunəsidir. Biz çox məmnunuq ki, siyasi sahədə ikitərəfli münasibətlərimiz müstəsna səviyyədədir. Eyni zamanda, biz təəssüfləndik ki, ikitərəfli ticarətimiz siyasi səviyyədəki əməkdaşlığımıza uyğun gəlmir. Bu gün artıq verilən mesajlar, bizim müzakirələrimiz daha geniş çərçivə yaradacaq ki, şirkətlər arasında fəal əməkdaşlıq olsun və ticarətimiz artsın. Bizim bunda marağımız var və biz hesab edirik ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri biznes dairələri üçün yaxşı bir platforma olmalıdır. Bəzən bizim daha fəal biznes təmaslarımıza mane olan məsələ planlarımız, iqtisadi gündəliyimiz, infrastruktur layihələri ilə bağlı məlumatın olmamasıdır. Həmin boşluğu doldurmaq üçün bu cür toplantılar çox vacibdir. Çünki biznes forum çərçivəsində müxtəlif təqdimatlar keçirilir, biznes imkanları təqdim edilir, hüquqi formatlar, vergi və gömrüklə bağlı məsələlər müzakirə olunur. Bunun hamısı biznes dairələri və işgüzar insanlar üçün çox vacibdir ki, onlar yeni bazarlara daxili olsunlar. Əminəm ki, Azərbaycandakı biznes mühiti və bizim hökumətimizin səyləri sayəsində xarici və daxili sərmayənin cəlb edilməsi haqqında kifayət qədər məlumat verilib. Bu da xalqımız və dövlətimiz üçün geniş imkanlar yaradıb ki, yeni iş yerləri açılsın və zəruri infrastruktur qurulsun. Gözəl siyasi münasibətlərimiz əlbəttə ki, qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapmalıdır.

Ötən ilin yayında mənim Pakistana səfərim zamanı biz bəyan etdik ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq. Bizim heyətlər bu istiqamətdə gərgin çalışıb və ötən ilin noyabrında mənim əziz qardaşımın COP29 çərçivəsində Bakıya səfəri zamanı biz bunu bir daha müzakirə etdik, konkret layihələr müəyyənləşdirdik və onlar hazırda nəzərdən keçirilir. Bu səhər də keçirdiyimiz görüşlər nəticəsində iqtisadi sektora məsul olan şəxslərə mən müvafiq təlimatlar verdim ki, onlar tezliklə Pakistana səfər etsinlər. Biz belə bir qərara gəldik ki, bir ay ərzində bütün bu işlərlə bağlı razılıqlar əldə olunsun. Ümid edirəm ki, Novruz bayramından sonra, – o, mart ayının sonuna təsadüf edir, – biz artıq əhəmiyyətli nailiyyətlər görəcəyik.

Biz enerji sahəsində də maraqlıyıq. Enerji ilə bağlı infrastruktur sahəsinə maraq göstəririk və yeri gəlmişkən, bu gün bizim enerji şirkətlərimiz bir sıra sənədlər imzalamışdır ki, bu da praktik əməkdaşlıq elementinə çeviriləcəkdir. Enerji sahəsində əməkdaşlıq,- bu gün bu sahəyə maye qaz daxildir,- əminəm ki, daha da genişlənəcək və növbəti sahələri əhatə edəcəkdir.

Eyni zamanda, biz nəqliyyat sektorunda da imkanları nəzərdən keçirdik. Azərbaycan öz ərazisində iki mühüm beynəlxalq dəhlizi təşviq edir – Şərq-Qərb və Şimal-Cənub. Azərbaycan hər iki dəhlizin marşrutu üzərində yerləşir, fəal üzvdür və bağlantı nöqtələrini yaratmaqla biz daha geniş imkanlar təqdim edə biləcəyik. Bununla bağlı nəqliyyat sahəsinə məsul olan şəxslərə müvafiq təlimatlar verilib ki, regional əməkdaşlığa daha geniş yanaşaq, limanlarımız, dəmir yolu qurumları arasında təmaslarımız yaransın və daha geniş mənada nəqliyyat sahəsində əməkdaşlıq təmin edilsin.

Eyni zamanda, biz bu gün müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var. Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır.

Biz digər sahələrdə də çox böyük potensial görürük. Bunun üçün çox böyük əsas var. O da bizim iki ölkə arasında olan qardaşlıq və qarşılıqlı siyasi iradədir. Bunun nəticəsində biz işgüzar əlaqələrimizi də siyasi səviyyəyə bərabər inkişaf etdirə bilərik.

Bir daha, əziz qardaşım, Azərbaycana səfər etdiyinizə görə Sizə təşəkkür edirəm. Təşəkkür edirəm ki, Sizi biznesmenlərdən ibarət çox böyük nümayəndə heyəti müşayiət edir. Siz vətəninizə gəlmisiniz. Biz də, eyni zamanda, Sizin gözəl ölkənizdə olarkən özümüzü evimizdəki kimi hiss edirik. Biz əziz qardaşımla verdiyimiz bütün təlimatların tam icra olunacağına əminik. Aprel ayında sənədlərin hazır olmasını gözləyirik.

Sonra Pakistanın Baş naziri çıxış etdi.

Baş nazir Məhəmməd Şahbaz Şərif deyib:

-Təşəkkür edirəm, əziz qardaşım, Zati-aliləri İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.

Hörmətli nazirlər, Azərbaycanı və Pakistanı təmsil edən dövlət rəsmiləri, əlbəttə ki, olduqca məşhur şirkətləri təmsil edən iş adamları.

Xanımlar və cənablar, hər vaxtınız xeyirli olsun.

Əziz qardaşım İlham Əliyevin çox gözəl ifadə etdiyi kimi, bizim iki qardaş ölkə arasında münasibətlərimiz çox əladır, mən hətta cənab Prezidentin bu barədə dediklərinə nəsə əlavə etməyə söz tapmıram. Ancaq onu deməliyəm ki, bu münasibətlər, səmimiyyət, məqsədyönlü şəkildə irəli aparılan, qarşılıqlı etimada əsaslanan bir münasibətdir. Bunun onilliklərlə tarixi var və əlbəttə ki, iki xalq arasında rəğbət və məhəbbətə əsaslanır. Əziz qardaşım Prezident İlham Əliyevin də Pakistan xalqına və Pakistan dövlətinə böyük rəğbəti var. Mən hər zaman çalışıram ki, onun bu məsələdə əzminə bərabər səylər göstərim. Ancaq cənab Prezident hər zaman məndən öndə gedir və onun səyləri nəticəsində bu gün bu cür gözəl münasibətlərimiz var.

Bu gün biz mühüm bir nailiyyət əldə etmişik. Çox gözəl və məhsuldar görüşümüz oldu. Nümayəndə heyətləri öz aralarında görüşdülər. Biz bütün məsələləri müzakirə etdik və qərara gəldik ki, çox aydın bir fəaliyyət planımız olsun. Çox şadam ki, avqust ayında həm Pakistandan, həm də Azərbaycandan nümayəndələrin iştirak etdiyi bir tədbir təşkil ediləcək. Təəssüf olsun ki, bu gün ticarətimiz 14 milyon dollara bərabərdir və bu, qətiyyən bizim siyasi səviyyədə olan münasibətlərimizi əks etdirmir. Bu gün biz artıq bəyan edə bilərik ki, sərmayələri qısa bir zamanda 2 milyard dollar səviyyəsinə çatdıracağıq. Bu, sadəcə, bəyanat deyil. Məsələn, Pakistandan idxal olunan “Basmati” düyüsünə Azərbaycanda əziz qardaşımın tapşırığına əsasən, tətbiq edilən rüsum aradan qaldırılıbdır və əminəm ki, Azərbaycanda istehsal olunan müəyyən məhsullar var ki, biz də onların Pakistanda satışını təşviq edə bilərik. Biz tarifləri aşağı sala bilərik. Bizim kommersiya nazirimiz burada əyləşibdir.

Əlbəttə, maye qaz daha bir əmtəədir və bu məsələ də bizim ticarət gündəliyimizə daxil edilə bilər. Əlbəttə, JF17 hərbi qırıcı təyyarəmiz var və Azərbaycanla Pakistan həmin təyyarə ilə bağlı fəal işlər aparır. Xanımlar və cənablar, onu da bəyan edə bilərəm ki, biz gündəlik əsasda səylərimizi səfərbər etsək, 2 milyard dollar həcmində ticarət dövriyyəsinə nail ola bilərik.

Daha növbəti bir xəbər ondan ibarətdir ki, əziz qardaşım bunu qeyd etdi. Bu, 2 milyard dollar həcmində sərmayə bəyanatı cənab Prezidentin Pakistana sonuncu səfəri zamanı verilib və bu gün bildirdik ki, müvafiq heyətlər tərəfindən artıq bir çox gözəl işlər görülüb. Mən bu fəaliyyəti təqdir edirəm. Ancaq ortada müəyyən boşluqlar qalmaqdadır, ona görə biz son tarixi müəyyən etmişik ki, aprel ayında cənab Prezidenti İslamabadda salamlayacağıq və həmin 2 milyardla bağlı sazişlər imzalanacaq.

Onu da qeyd etməliyəm ki, əziz qardaşım, Sizə minnətdaram, bu, həqiqətən də qarşılıqlı faydalı işlər olacaqdır. Hər iki ölkə bundan fayda görəcəkdir. Ancaq biz bunu tərəfinizdən çox böyük bir jest kimi qəbul edirik və bunu heç vaxt unutmayacağıq. Eyni zamanda, mən Azərbaycan heyətinə təşəkkür etmək istəyirəm. Öz heyətimizə də təşəkkür etmək istəyirəm ki, artıq böyük işlər görülüb. Əminəm ki, Fars körfəzinin və Xəzər dənizinin suları birləşəcək. Bu, ölkələrimiz arasında mühüm bir sinerji və enerjidir. Həqiqətən də bu, bizim qardaşlıq münasibətlərimizi daha yüksək səviyyəyə, misilsiz səviyyəyə qaldıracaq.

Daha bir məsələni qeyd etmək istərdim. Zati-aliləri, Siz onu artıq qeyd etdiniz. Bu, məlumatın qıtlığıdır və ya məhdud məlumatın verilməsidir. Çünki burada işgüzar dairələr bildirməlidir ki, Azərbaycan Pakistana və Pakistan Azərbaycana nələri təqdim edə bilər, nə təklif edə bilər? Bir daha qeyd edim ki, burada tariflərlə, kənd təsərrüfatı, informasiya texnologiyaları ilə bağlı məlumat verilməlidir. Ona görə də bu gün bəyan etmək istərdim ki, biz Azərbaycanda daimi İnformasiya Məlumat Bürosu təsis edəcəyik. Bu, hər bir avadanlıqla tam təchiz edilən bir mərkəz olacaq. Burada süni intellekt vasitəsilə də Pakistan haqqında hər bir məlumat təqdim ediləcək. Əminəm ki, çox səmərəli bir layihə olacaq. Mənim həmkarlarım buradadır, məni eşidirlər. Eyni zamanda, cənab Prezident, Siz də məsul şəxslər müəyyən edəcəksiniz və bu, güclü bir mexanizm olacaq. Sadəcə, bu, bir nümunədir və bizim səylərimizə çox böyük töhfə verəcək.

Bundan əlavə, müdafiə sənayesi sahəsində əməkdaşlığa gəldikdə, bizim bu sahəmiz çox inkişaf edib. Biz uzun illərdir əməkdaşlıq edirik, ancaq zamanı yetişib ki, biz birgə istehsal müəssisələri yaradaq – Azərbaycan-Pakistan birgə müəssisələri yaradılsın. Nümayəndə heyəti tezliklə – aprel ayında Pakistana səfər edərkən bu, gündəliyimizdə duran başlıca məsələ olacaq. Əziz qardaşım, Siz Pakistana gələndə artıq biz məhz bu sahədə də müqaviləyə imzalarımızı ata biləcəyik. Şimal-Cənub dəhlizi məsələsinə gəldikdə, bizim burada səmərəli nəqliyyat sistemi olmasa, bu sahədə hədəflərimizə nail ola bilmərik. Bunun üçün isə bu gün səmərəli müzakirələrimiz olub. Bu məsələ geniş tərkibdə müzakirə edildi və biz Sizin baxışınızı tam dəstəkləyirik. Sizi əmin edirəm ki, Pakistanın Qvadar limanı bu işdə həlledici rol oynaya bilər, həm ixrac, həm də idxal baxımından. Ona görə də mən təklif edirəm ki, biz diqqətimizi bu məsələyə də yönəldək. Əziz qardaşım, Sizi əmin etmək istərdim ki, biz bu sahədə də Sizinlə çox sıx əməkdaşlıq edəcəyik.

Azərbaycanın Ticarət Palatasının İslamabadda nümayəndəliyi təsis edilib və bu da imkan verəcək ki, bizim ikitərəfli ticarətimiz inkişaf etsin. Cənab Prezident, bu da Sizin baxışınıza uyğundur və biz də Pakistan Ticarət Palatasının nümayəndəliyini Bakıda təsis edəcəyik. Bu iki palata sıx əməkdaşlıq edərək bir-birini qarşılıqlı şəkildə məlumatlandıra və potensial sərmayəçilərə də əlavə informasiya verə bilər.

Əziz qardaşım, Sizin vaxtınızı çox almaq istəmirəm. Bir daha Sizə təşəkkür etmək istəyirəm. Bu sahədə əzminizə və bu məsələyə sadiqliyinizə görə, Sizi tam səmimiyyətlə əmin etmək istərdim, mən əlimdən gələni edəcəyəm ki, Sizin əzmkarlıq səviyyənizə çatım və bu əlaqələri gücləndirim. Vaxt gələcək ki, Azərbaycan, Türkiyə və Pakistan arasında səylər üçtərəfli şəkildə müzakirə ediləcək və burada çox böyük imkanlar var. Vacib məsələ iradədir, əzmkarlıqdır, o da bizdə var. Yaşasın Azərbaycan-Pakistan dostluğu!

Prezident İlham Əliyev: Əziz qardaşım, təşəkkür edirəm. Bizim qısa – təqribən 10 dəqiqəlik təqdimatımız var. Mən ötən ilin yayında qardaş ölkəyə səfər edərkən biz cənab Baş nazirlə müzakirə apardıq ki, Azərbaycan Pakistanın müasirləşdirilməsində və müəyyən tarixi abidələrin bərpasında hansı dərəcədə iştirak edə bilər. O vaxtdan bizim heyət orada idi və Pakistan tərəfi ilə razılaşdırılmış şəkildə fəaliyyət göstərirdi. Hesab edirəm ki, bu gün o təqdimatı görmək hər kəs üçün maraqlı ola bilər. Bu, bizim qardaşlıq münasibətlərimizə verə biləcəyimiz qısa, kiçik töhfədir.

Baş nazir Məhəmməd Şahbaz Şərif: Əziz qardaşım tərəfindən İslamabada göndərilmiş ekspertlər heyətini qeyd etməyə bilmərəm. Bildiyiniz kimi, İslamabad çox gözəl şəhərdir və dağ ətəyində yerləşir. Həmin ekspertlər orada gözəl işlər görürlər. Həm bizim şəhərimizi yaşıllaşdırırlar, həm də landşaftla bağlı müəyyən işlər görürlər. Hesab edirəm ki, bu, İslamabadı daha da gözəlləşdirəcək. Əlbəttə, o, gözəllik baxımından Bakının bərabəri ola bilməz, ancaq ən azı onunla rəqabətə girməyə başlayacaq. Bir daha dərindən təşəkkür edirəm.

Sonra “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov rəhbərlik etdiyi qurumun Pakistanın paytaxtında həyata keçirdiyi təmir-bərpa layihələri barədə məlumat verdi. Qeyd etdi ki, “Bakı Abadlıq Xidməti” tərəfindən İslamabadda icra olunan layihələrdən biri yekunlaşıb, üç layihə üzrə isə işlər davam edir.

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan Prezidenti və Pakistanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
Next: Bu gün Novruzun ilk – Su çərşənbəsidir

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.