Skip to content
15/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 26
  • Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…

Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…

admin 26/02/2025
goranb-rn

 

Bir müddət əvvəl 2024-cü ilin noyabr ayında Goranboy rayon Statistika İdarəsində cari təmir üçün dövlət büdcəsindən ayrılmış vəsaitin növbəti cinayət tərkibi ilə icra olunaraq mənimsənilməsi haqqında elektron mediada məlumatlar yayılıb. Ətraflı burada: https://hemlemedia.az/34846-goranboy-rayon-statistika-idaresinde-yo-tq-mmc-nin-temir-cinayetleri.html

Aktualinfo.org sözügedən məlumatlar ətrafında apardığı araşdırmanı təqdim edir.

Goranboy rayon Statistika Idarəsi tərəfindən inzibati binanın cari təmiri üzrə bir mənbədən satınalma metodu ilə keçirilmiş kotirovka sorğusunda “YO-TQ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 24.126 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının internet portalında 07.11.2024-ci ildə dərc edilib.

Bundan əlavə Goranboy rayon Statistika Idarəsi tərəfindən qaz xəttinin çəkilişi üzrə bir mənbədən satınalma metodu ilə keçirilmiş kotirovka sorğusunda “GASPROM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4.731,63 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının internet portalında 16.11.2024-ci ildə dərc edilib.

Qeyd edək ki, Goranboy rayon Statistika Idarəsi Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanunun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:

Göründüyü kimi Goranboy rayon Statistika Idarəsi hər iki kotirovka sorğusunu təcili tələbatı açıqlamadan, xüsusi hüquqlara malik olmayan, onlarla əvəzedicisi və alternativi olan şirkətlər olduğu halda, şübhəli MMC -lər ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalma prosesində qanun pozuntularına yol verildiyinə əsaslı şübhələr yaradır.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “YO-TQ” (VÖEN: 6100200071) Məhdud Məsuliyyətli Cəmiyyətinin 24.08.2007-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, GORANBOY RAYONU, XANQƏRBƏND, qanuni təmsilçisi kimi isə Bayramova Minayə Muxtar qızı qeyd olunub. Reyestr məlumatlarına edilmiş dəyişiklikdə MMC-nin Səfərov Yunis Məmməd oğlu tərəfindən təsis olunduğu göstərilir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Goranboy rayonunun Xanqərvənd kəndində Bayramova Minayə Muxtar qızı və  Səfərov Yunis Məmməd oğlu adında seçicilərin olmadığını aşkarladıq.

Qeyd edək ki, elektron mediada yayılan məlumatlarda “YO-TQ” MMC-nin işçilərinin olmadığını,Goranboy Statistika İdarəsinin rəisi Səxavət Qədirovun cari təmir işlərinin icrasını tikinti müəsisinə deyil, öz üzərinə götürduyu yazılır. Beləki, təmir işləri Statistika idarəsinin rəhbəri tərəfindən günəmüzd şəkildə gətirilmiş ixtisassiz fəhlələr ( bəzləri isə həmkəndliləri olmaqla) qeyri peşəkarlıqla, ümumilikdə 15 nəfərdən yuxarı işçilər tərəfindən qismən yerinə yetirilmişdir. Ümumiyyətlə 2024-cü ilin noyabr ayında işlər görülərkən həmin ümumilikdə 15 nəfərdən yuxarı işçilərlə cəmiyyət arasında heç bir əmək müqaviləsi bağlanmamış, materilaın alınması tikinti təşkilatınin vasitəsi ilə təşkil edilməmişdir.

Aktualinfo.org bütün bu araşdırılan və mediada göstərilən məlumatlara aydınlıq gətirilməsi məqsədi ilə Goranboy rayon Statistika Idarəsinin Satınalma Komissiyasına sorğu ünvanlamışdır. Sözügedən İdarədən sorğumuza verilən cavabda  bildirilir ki, “Sizin sorğunuza cavab olaraq bildiririk ki, Goranboy rayon Statistika idarəsinin satınalma komissiyası tərəfindən iki dəfə (16.07.2024, 30.07.2024) dövlət satınalmalarının vahid internet portalı olan “e-tender” satınalma portalında kortirovka sorğusu elan edilmişdir, lakin hər dəfə təklif təqdim edən təchizatçıların sayının qanunvericiliklə müəyyən edilmiş saydan az olması səbəbindən keçirilmiş kortirovka sorğuları ləğv edilmişdir. Bu səbəbdən, Goranboy Rayon Statistika İdarəsinin inzibati binasının cari təmir işlərinin görülməsi üçün bir mənbədən satınalma metoduyla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 31.10.2024-cü il tarixli razılıq məktubu əsasında podratçı “YO-TQ” MMC ilə idarə tərəfindən müqavilə bağlanılmışdır. Bağlanmış müqavilədə layihə smeta sənədlərində nəzərdə tutulan cari təmir işləri əvvəldən sonadək “YO-TQ” MMC tərəfindən tam və keyfiyyətlə yerinə yetirilmişdir.

Həmçinin bildirmək istəyirik ki, idarənin binasına qaz xəttinin çəkilişi üçün də dövlət satınalmalarının vahid internet portalı olan “e-tender” satınalma portalında üç dəfə (05.07.2024, 25.07.2024, 19.09.2024) kortirovka sorğusu keçirilmişdir, lakin hər dəfə təklif təqdim edən təchizatçıların sayının qanunvericiliklə müəyyən edilmiş saydan az olması səbəbindən keçirilmiş kortirovka sorğuları ləğv edilmişdir. Bu səbəbdən, Goranboy rayon Statistika idarəsinin inzibati binasına qaz xəttinin çəkilişi üçün bir mənbədən satınalma metoduyla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 04.11.2024-cü il tarixli razılıq məktubu əsasında podratçı “GASPROM” MMC ilə idarə tərəfindən müqavilə bağlanılmışdır. Qaz xəttinin çəkilişi layihə smeta sənədləri əsasında “GASPROM” MMC tərəfindən yerinə yetirilmişdir.”
Qeyd edək ki, Goranboy rayon Statistika Idarəsinin sorğumuza cavabında hər şeyin qanun çərçivəsində olduğu bildirilir. Lakin sorğuda bir sual cavabsız qalıb. MMC-ni kimlər idarə edir? Goranboy rayonunun Xanqərvənd kəndində seçicilərin siyahısında adı olmayan Bayramova Minayə Muxtar qızının görəsən bu işlərdən xəbəri varmı? Ümumiyyətlə bir mənbədən satınalma metodu ilə keçirilmiş kotirovka sorğusunda təchizatçıların müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, təcrübəsi,əmək müqaviləsi olan işçi qüvvəsi, maliyyə imkanları nəzərə alınırmı? Yoxsa elə bir mənbədən deyib kiminlə gəldi müqavilə bağlanılır. Bu sualın cavabını isə yəqin ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində axtarmaq lazım gələcək.
Aktualinfo.org

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı…
Next: Dövlət rəsmiləri və vətəndaşlar “Ana harayı” abidəsini ziyarət edir

OXŞAR MÖVZULAR

adsea-1

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026
seferber-xidm

Səfərbərlik Xidməti üçün satınalmalarda ehtimal qiyməti işləmir

admin 10/03/2026
leysan-ağdam

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır

admin 10/03/2026

XƏBƏR LENTİ

  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026
  • İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir? 15/03/2026
  • ABŞ-ın İrana qarşı 2 planı alınmadı – C planı işə düşdü 15/03/2026
  • Orta Dəhlizin inkişafı balanslaşdırılmış yanaşma tələb edir – İrfan Əli 14/03/2026
  • “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” 14/03/2026
  • Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var? 14/03/2026
  • Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir 14/03/2026
  • BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib 14/03/2026
  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI 14/03/2026
  • Gəzinti zamanı siqaret çəkməyin ölümcül təhlükəsi 14/03/2026
  • “Tramp Avropa İttifaqını parçalamağa çalışır” – Ali nümayəndə ABŞ-ni ittiham etdi 13/03/2026
  • 50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı? 13/03/2026
  • Müharibə maliyyə bazarlarını silkələyir – Neftin qiyməti artır, səhmlər ucuzlaşır 13/03/2026
  • Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir – Siyahı 13/03/2026
  • İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi? 13/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.