Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 26
  • Xocalı faciə deyil, soyqırımıdır

Xocalı faciə deyil, soyqırımıdır

admin 26/02/2025
xocalı-qetl

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara qarşı törədilən soyqırımdan 33 il ötür.

1992-ci il fevralın 26-da Xocalı şəhəri işğal edilərkən dinc əhaliyə qarşı etnik zəmində törədilən soyqırımı cinayəti münaqişənin ən qanlı səhifəsidir.

Belə ki, erməni silahlı birləşmələri tərəfindən aylarla blokada şəraitində saxlanılaraq, ərzaq, elektrik enerjisi və bütün kənar yardımlardan məhrum edilən 2500-ə yaxın Xocalı sakini düşmənin çoxsaylı təhdidlərinə baxmayaraq, şəhəri tərk etməkdən imtina etmişdi. Fevralın 25-dən 26-na keçən gecə davamlı artilleriya atəşindən sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə şəhərə hücum edərək, mülki əhaliyə misli görünməmiş vəhşiliklə divan tutublar.

Həmin qətliam nəticəsində 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, onlardan 150-nin taleyi isə indiyədək naməlum qalıb. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq valideynlərindən hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 şəxs, o cümlədən 76 uşaq məruz qaldıqları ağır fiziki və psixoloji işgəncələrdən ömürlük əlilə çevrilib.

Antiterror əməliyyatı nəticəsində azad olunan Xocalı bu gün quruculuq mərhələsindədir. Rayonun Ballıca kəndinin də bərpası artıq son mərhələdədir. Kənddə 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib.

Azərbaycan tərəfindən beynəlxalq ictimaiyyətə soyqırımı kimi tanıdılması üçün müxtəlif platformalarda qaldırılır.

Artıq dünyanın 20-dən çox ölkəsi Xocalı faciəsini soyqırımı kimi tanıyıb və qınayıb. Bu il də Azərbaycanın bir çox ölkələrdəki səfirlikləri, diaspor təşkilatları və hüquq müdafiəçiləri faciənin soyqırımı kimi tanınması üçün çağırışlarını davam etdirir.

Azərbaycanın rəsmi qurumları və xarici siyasət idarələri bir daha beynəlxalq təşkilatlara və dövlətlərə müraciət edərək Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanımağa və ədalətin bərpa olunmasına dəstək verməyə çağırıblar. Bununla yanaşı, bir sıra ölkələrin parlamentlərində və beynəlxalq tribunalarda faciənin hüquqi qiymətləndirilməsi ilə bağlı yeni təşəbbüslər müzakirə olunur.

Milli.Az-ın məlumatına görə, həm insanlıq anlamında, həm də beynəlxalq hüquqda soyqırımı insanlığa qarşı ən böyük cinayətdir. Bu, mübahisəli görünməsə də, ayrı-ayrı hadisələrə gəldikdə, dünyada nəyin soyqırımı sayıla biləcəyi ilə bağlı heç də həmişə fikir birliyi olmayıb. Soyqırımı anlayışı ilk dəfə hüquqi termin kimi 1943-cü ildə polşalı yəhudi hüquqşünas Rafael Lemkin tərəfindən istifadə edilib.

Lemkin yunanca irq və ya tayfa mənasını verən “genos” sözlərini latınca “cide” – öldürmək mənasını verən sözlə birləşdirmişdi.

O, yəhudi soyqırımının (Holokost) dəhşətlərinin şahidi olub və bir qardaşından başqa bütün ailəsi öldürülüb. Lemkin bütün həyatı boyu soyqırım anlayışının beynəlxalq hüquq tərəfindən cinayət kimi müəyyən edilməsi və qəbul edilməsi üçün mübarizə aparıb. Onun səylərinin töhfəsi ilə 1948-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının Soyqırımı Konvensiyası qəbul edilib və 1951-ci ilin yanvarında qüvvəyə minib. Konvensiyanın 2-ci maddəsində soyqırımı “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək məqsədi ilə törədilən aşağıdakı hərəkətlərdən hər hansı biri” kimi təsbit edilir:

– Qrup üzvlərini öldürmək,

– Qrup üzvlərinə ciddi fiziki və ya ruhi zərər vurmaq,

– Qrupu fiziki cəhətdən tamamilə və ya qismən məhv etmək üçün hesablanmış həyat şərtlərinin yaradılması,

– Qrup daxilində doğumların qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi,

– Qrupun uşaqlarını götürüb başqa qrupa vermək.

Bu Konvensiya həmçinin imzalayan dövlətlərin üzərinə soyqırımın qarşısının alınması və cəzalandırılması üçün ümumi məsuliyyət qoyur. Bəzi ekspertlər deyirlər ki, bu konvensiyada soyqırım anlayışı çox dar çərçivədə verilib və ona görə də imzalanandan bəri baş verən kütləvi qətllərin heç biri bu tərifə daxil edilməyib.

Bundan başqa, arqumentlərdən birinə görə, tərifdə axtarılan əməllərin arxasında məhvetmə məqsədinin dayandığını qeyd-şərtsiz sübut etmək çox çətindir.

Digər bir arqument isə bundan ibarətdir ki, konvensiyanın qeyri-müəyyən məqamlarına münasibət bildirəcək heç bir beynəlxalq hüquq institutu yoxdur.

Qrup üzvlərinin “qismən məhv edilməsi” anlayışının hansı miqyasda qətliamın soyqırımı sayıla biləcəyi ilə bağlı çətin sual yaratdığını iddia edənlər də var.

Xocalı sakinləri sırf azərbaycanlı olduqları üçün öldürülüb, əsir götürülüb və işgənclərə məruz qalıb. Beləliklə, Xocalı faciəsi beynəlxalq hüquq normalarına əsasən soyqırımı kimi qiymətləndirilməlidir, çünki burada etnik təmizləmə faktı açıq şəkildə özünü göstərir./milli.az

PAYLAŞIN:

Continue Reading

Previous: Dövlət rəsmiləri və vətəndaşlar “Ana harayı” abidəsini ziyarət edir
Next: Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Xocalı faciəsi ilə bağlı tədbir keçirildi

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.