Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 27
  • Bu il universitetlərə qəbul zamanı keçid ballarında artım ola bilərmi?

Bu il universitetlərə qəbul zamanı keçid ballarında artım ola bilərmi?

admin 27/02/2025
imtahan-dim

 

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu artıq başlanıb. Abituriyentləri maraqlandıran əsas məsələlərdən biri ali təhsil müəssiəslərinə qəbul zamanı ixtisaslara görə keçid ballarının artması ilə bağlıdır.

Bu il keçid balları arta bilərmi?

Mövzu ilə bağlı danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, bu il universitetlərə qəbul zamanı keçid ballarında artım olub-olmayacağını müəyyən etmək üçün bir neçə əsas faktoru nəzərə almaq lazımdır:

“Keçid balları əsasən qəbul planı (yerlərin sayı), abituriyentlərin ümumi nəticələri və ixtisaslara olan tələbat əsasında müəyyən edilir.

İlk olaraq, qəbul planında dəyişikliklər mühüm rol oynayır. Əgər universitetlərdə tələbə qəbulu yerlərinin sayı artırılarsa, keçid balları müəyyən qədər aşağı düşə bilər. Əksinə, bəzi ixtisaslarda və universitetlərdə qəbul planı azaldılarsa, keçid ballarının artması mümkündür.

Ötən illərdə bəzi universitetlərdə yerlərin sayı artırıldığı üçün bəzi ixtisasların keçid ballarında cüzi azalmalar müşahidə olunmuşdu. 2025-ci il üçün qəbul planı hələ tam açıqlanmasa da, son illərin tendensiyasına əsasən, texniki və mühəndislik ixtisasları üzrə qəbul yerlərinin artırılması ehtimalı var.

İkinci mühüm faktor abituriyentlərin ümumi nəticələridir. Əgər bu il imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin olarsa və abituriyentlərin nəticələri aşağı düşərsə, keçid ballarında azalma müşahidə oluna bilər.

Əksinə, imtahanlar daha asan olarsa və yüksək bal toplayan abituriyentlərin sayı çox olarsa, keçid ballarının artması ehtimalı yüksəlir. Dövlət İmtahan Mərkəzi (DİM) son illərdə imtahan suallarını beynəlxalq standartlara uyğun tədricən çətinləşdirdiyi üçün bu il də bəzi fənlər üzrə mürəkkəb sualların sayının artması mümkündür”.

K.Əsədov qeyd edib ki, ixtisaslara olan tələbat da keçid ballarına təsir edir.

“Son illərdə tibb, informasiya texnologiyaları, mühəndislik və biznes sahələrinə maraq artıb. Xüsusilə Tibb Universitetinin ixtisasları üzrə keçid ballarının yüksəlməsi müşahidə olunur. Bu il də bu tendensiyanın davam etməsi gözlənilir. Eyni zamanda, bəzi humanitar ixtisaslara maraq azaldığı üçün həmin sahələrdə keçid ballarında stabil qalma və ya cüzi azalma ola bilər.

Dövlət İmtahan Mərkəzinin qəbul planına dair rəsmi açıqlamaları tam elan edildikdən sonra keçid balları ilə bağlı daha dəqiq proqnoz vermək mümkün olacaq. Lakin ümumi tendensiyalara əsasən, bəzi ixtisaslar üzrə keçid ballarının artması mümkündür, xüsusilə tibb və informasiya texnologiyaları sahələrində. Əgər qəbul planında ciddi artım olarsa və abituriyentlərin nəticələri əvvəlki illərə nisbətən aşağı olarsa, bəzi ixtisaslar üzrə keçid ballarında azalma da müşahidə edilə bilər.

Abituriyentlər qəbul planına və keçid ballarına dair son yenilikləri diqqətlə izləməli, seçdikləri ixtisas üzrə keçid ballarının əvvəlki illərdə necə dəyişdiyini araşdırmalı və imtahanlara sistemli şəkildə hazırlaşmalıdırlar”, – deyə o əlavə edib.

Təhsil eksperti Rizvan Fikrətoğlu isə bildirib ki, heç bir imtahan olmadan bu haqda hər hansı bir rəy vermək çətindir:

“İmtahan olar, əldə bir nəticə olar, bilinər ki, nə qədər şəxs nə qədər nəticə yığıb, onda daha yaxşı fikir bildirmək olar. Amma belə bir şey var ki, keçid ballarını aşağı salan və ya qaldıran əsas iki səbəb olur. Birincisi plan yerləridir, digər məsələ isə abituriyentlərin topladığı baldır. Hazırda plan yerləri haqqında rəy bildirə bilərəm. Plan yerləri keçən il 60 min ətrafında olduğu halda, bu il 75 minə qədər olması gözlənilir. Hələ növbəti mərhələdə, bəlkə də, bu, artırıla bilər. Ümumilikdə 15 minə yaxın plan yerlərinin artırılması çox müsbət addımdır və sevindirici haldır”.

Ekspert qeyd edib ki, ikinci bir məsələ isə keçid ballarına təsir edən test imtahanı, abituriyentlərə düşən sualın hansı dərəcədə olmasıdır.

“Biz baxsaq ki, hazırda 70 minə qədər şəxs artıq ali məktəbə sənəd vermək üçün qeydiyyatdan keçib, qeydiyyat martın 5-ə kimi davam edəcək və bu rəqəm daha çox olacaq. Belə olduğu halda, güclü rəqabətn gözlənilir. Ola bilər ki, müəyyən ixtisaslarda balların qalxması və ya enməsi prosesi baş verəcək. Biz bunu görəcəyik. Amma ümumilikdə düşünürəm ki, ümidverici fikirlər səsləndirməyə dəyər. Bu il abituriyentlər üçün uğurlu il olacaq”, – deyə o əlavə edib.

PAYLAŞIN:

Continue Reading

Previous: Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Xocalı faciəsi ilə bağlı tədbir keçirildi
Next: Hansı sektorlarda qiymət artımı ola bilər? – Ekspert AÇIQLADI

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.