Məlum oduğu kimi mədəniyyət xalqlar arasında etibarlı körpü hesab edilir. Bu baxımdan son illər Özbəkistan -Azərbaycan arasındakı ədəbi-mədəni əlaqələr inkişaf etməsini də etibarlı bir körpü hesab etmək olar. Qeyd edək ki, Azərbaycan ilə özbək xalqları arasında əlaqələrin qədim və zəngin tarixi var.
Ümumtürk kimliyi, ortaq mədəni dəyərlər, əsrlərdir davam edən ədəbiyyat və sənət mübadiləsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdırıb. Bu gün iki ölkə arasında siyasi münasibətlər dövlət başçılarımızın müdrik siyasəti və şəxsi dostluqları sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Yüksək səviyyəli qarşılıqlı səfərlər, beynəlxalq layihələrdə iştirak, bədii kollektivlərin qastrolları dərin mədəni əməkdaşlığın göstəricisidir. Bu kimi tədbirlərin xalqlarımız arasındakı əlaqələrin inkişafında mühüm rol oynaması ilə bərabər ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında yeni səhifədir.
Eşanxonova Sarvara Özbəkistan Respublikasının Qaşqadərya vilayəti, Kasbi rayonunda yaşayır, yaradır. Özbəkistan -Azərbaycan arasındakı ədəbi-mədəni tədbirlər çərçivəsində tez-tez ölkəmizə səfərlər edib. Belə səfərlər zamanı ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin daha da genişlənməsinə səy göstərir.
Aktualinfo Sarvara Eşanxonovanın Azərbaycan dilinə tərcümə edilmiş şerlərini təqdim edir.
ОНА ДИЁРИМ
Бу кун таъриф этгум тароватингни
Борича, этмайман ортиқча мақтов.
Табиат инъоми саховатингни,
Заҳматкаш элингни ёд этай бирров.
Сенинг бағринг узра кўтарилса чанг,
Мен учун қадрли ҳар бир зарраси.
Ҳамюртим қалбидек гўзал, ранг-баранг,
Заминингда унган майса барраси.
Эй она ватаним, ёз кечалари
Юлдузлар парвози гўзал нақадар.
Сен томон интилиб бир нечалари,
Оташга айланиб кезар дарбадар.
Тунлари беланчак янги ой-ҳилол,
Оғушига олиб аллалар айтар.
Митти юлдузчалар кўзмунчоқ мисол,
Тун бўйи тизилиб, тонг чоғи қайтар.
Ёқимли шабада вужудинг узра
Оромбахш наводек сингаркан аста,
Энг ширин тушларни этгач у ҳадя,
Субҳидам кутмоқ-чун бўлур пайваста.
Гўёки қон бўлиб югурар танда,
Тонг чоғлари эсган салқин шаббода.
Ғайрат ва шижоат олур ҳар банда,
Ватаним ҳар саҳар шундай алфозда.
Гўзаллик бахш этар гулғунча, новда.
Меҳнатдан бахт топган-заҳматкаш элим,
Ғаллакор, пахтакор, чорвадорларим
Меҳнатин кўрганда яйрайди дилим,
Содда ва самимий қалби борларим.
Офтобдан қорайган юзингиз силай,
Қадоқ қўлларингиз кўзимга суртай.
Пешонангиздаги маржон тер бўлай,
Сара сатрларим сиз учун битай.
Сувда чайинаркан тупроқ кўчалар,
Димоққа урилар заминнинг бўйи.
Яна ҳам ёруғдир ойдин кечалар,
Кўнгилга хуш ёқар чирилдоқ куйи.
О она диёрим, гўзал ватаним,
Сенда бор онамнинг хушбўй ифори.
Сенинг-ла ҳамоҳанг бахтиёр оним,
Гўдаклик, етуклик, умримнинг бори.
ANA YURDUM
Bu gün vəsf eyləyim təravətini,
Boş tərif, mübaliğə etmərəm əsla.
Təbiət bəxş edən bol nemətini,
Zəhmətkeş elini anım ixlasla.
Sənin ağuşunda ucalarsa toz,
Mənə hər zərrəsi canım tək əziz.
Yurdumun qəlbitək əlvan, bəmbəyaz,
Torpaqda göyərən cücərti təmiz.
Ey ana vətənim, yay gecələri,
Səmada ulduzlar süzər birbəbir.
Sənə qovuşmağa can atan bəri,
Atəşli ürəklə çölləri gəzir.
Gecə bir beşikdir yeni doğan ay,
Qoynuna alaraq laylalar deyər.
Ulduzlar mirvari, gözmuncuğu say,
Düzülüb sübhədək sənə baş əyər.
Xoşbəxt bir meh əsər torpağın üzrə,
Ruh verən nəğmətək hopar astaca.
Ən şirin yuxunu bəxş edib bizə,
Dan yerin gözləyər sübhə çatınca.
Sanki bir qan olub car olar təndə,
Səhərlər can alan o sərin mehlər.
Qeyrət və şücaət tapar hər bəndə,
Yurdum hər dan yeri bəzənib gülər,
Gözəllik bəxş edər yarpaqlar, güllər.
Zəhmətlə bəxt tapan – ey ulu elim,
Taxılçım, pambıqçım, heyvandarlarım.
Əməyin görəndə şad olur dilim,
Sadə və səmimi qəlbi varlarım.
Gündən qaralmış o üzə toxunum,
Qabar əllərinizi gözümə bənd edim.
Alnın tərində bir mirvari olum,
Ən gözəl sətirləri sizə bəxş edim.
Su ilə yuyunarkən torpaq küçələr,
Dimağa toxunar torpaq qoxusu.
Daha da parlaqdır aydın gecələr,
Ruhuma xoş gəlir cırcırama səsi.
Ey ana məskənim, gözəl vətənim,
Səndədir anamın o xoş qoxusu.
Səninlə bəxtiyar hər anım mənim,
Uşaqlıq, gənclik, ömrün ruzisi.
ДУНЁ ГЎЗАЛ СЕН БИЛАН
Қобиқланган заминнинг тонг қароғида,
Кўз-кўз қилмоқ бўлар субҳидам борин.
Йўргакланган ғунча гул қучоғида,
Қуёшга интилиб сочар ифорин.
Тақдир инояти мўъжиза битган,
Бу ҳаёт аслида туганмас китоб.
Зулматни эритиб нурафшон этган
Дунёмиз гўзалдир сен билан, офтоб.
Юрагим остида яралган хилқат,
Қалбим ярасига ҳамиша малҳам.
Армуғон айлади менга муҳаббат,
Бу дунё гўзалдир сен билан, болам.
Онадек қадрли, фарзанддек азиз,
Дилимдагин айтсам борича ростдан.
Қучоғингда ўтган ҳар куним лазиз,
Дунё гўзал асли сен билан, Ватан.
DÜNYA GÖZƏLDİR SƏNİNLƏ
Gecə pərdəsinin sökülən anı,
Sübh çağı bəzəyər bütün cahanı.
Qönçə çiçəklərin açılan vaxtı,
Günəşə can atar ətri, təravəti.
Tale töhfəsidir möcüzə hər an,
Bu həyat bitməyən kitabdır inan.
Zülməti bəyaz qılan, nur saçan,
Dünya gözəldir səninlə, ey Günəş.
Ürəyim mülkündə yaranan mələk,
Dərdimin dərmanı, sən ey can bələk.
Mənə məhəbbətdən pay gələn dilək,
Dünya gözəldir səninlə, ay balam.
Ana tək müqəddəs, övlad tək əziz,
Könlümdən keçəni söyləyim hər an.
Qoynunda hər günüm şirindir, ləziz,
Dünya gözəldir səninlə, ey Vətən.
МАЪРИФАТ ҚЎРҒОНИ
Илм бирла англамоқлик
бу дунёнинг асрорин,
Яратгандан иноятдир
олий зот инсон учун.
Маърифатнинг зиёсидан
баҳра олиб ҳар банда,
Фан чўққисин эгалламоқ
ғанимат ҳар он учун.
Олам сирин англамоққа
интилганлар бор бўлсин,
Улар учун ҳар дақиқа,
бахту иқбол ёр бўлсин.
Аждодларнинг бой мероси
келажакка машъала,
Хаста жонга малҳам бўлур
Ибн Сино мадади.
Ҳадис илмин соҳиби ул
Бухорий бобомизга
Ислом олами ичра йўқ
эҳтиромнинг адади.
Буюк Турон фарзандлари-
донишлари бор бўлсин,
Авлиё-ю улуғларнинг
руҳи мададкор бўлсин.
Аҳли фозил бирдам бўлса,
енголмайди ҳеч бир куч,
Ёвузликдан ҳимоядир
маърифатнинг қалқони.
Дину тил, миллат айирмас
аслида илму урфон,
Бирдамлигу аҳилликда зоҳир
бўлур имкони.
Илми қўрғон барпо этмоқ
мақсадингиз бор бўлсин,
Ифори-ла маст айлаган
боғ ичра гулзор бўлсин.
Кашф этасиз тинмасдан сиз,
зиммангизда оғир юк,
Кўҳна Турон заминидан
истеъдодларни излаб.
Фороби-ю Фарғонийлар
авлодларин жам этиб,
Бирдамликда илму фаннинг
юксак чўққисин кўзлаб.
Беруни-ю Улуғбекнинг
издошлари бор бўлсин,
Кимки илм йўлин тўсса,
илмсизлик дор бўлсин.
Аждодлардан олар сабоқ
таъзим бирла авлодлар,
Кўҳна Туронимдир асли
маърифатнинг бешиги.
Ҳар бир сатри минг ҳикматдир,
ҳар амали минг ибрат,
Буюклардан қолган мерос-
тараққиёт эшиги.
Навоийнинг йўлин тутган
издошлари бор бўлсин,
Парвоз айлаб юксакликка
самоларда сор бўлсин.
“Гарчи тўлқин бўлмаски бил,
жавҳар кўрмас ер юзин
Қум остида жавоҳирнинг
ётса йўқ ҳеч қиймати”.
Истеъдод ҳам қулоч ёяр
устоз сабоғи бирла,
Олтинга ҳам сайқал берган
асли заргар меҳнати.
Маърифатнинг туғин тутган
аҳли илм бор бўлсин,
Токи икки олам қадру
ҳурмати бисёр бўлсин
ELM OCAĞI
Bu dünyada hər sirri elm ilə anlamaq,
Ulu Tanrı qatından insana bir töhfədir.
Maarif işığından pay alıb can saxlamaq,
Zirvələrə ucalmaq, hər an böyük bəhrədir.
Kainatın sirrini duyanlar var olsunlar,
Hər dəqiqə, hər saat bəxtiyar olsunlar.
Ulu əcdad mirası gələcəyə məşəldir,
Xəstə cana İbn Sina duası bir şəfadır.
Hədis elmin sultanı Buxari bir hikmətdir,
İslamın aləmində hörməti sonsuzadır.
Böyük Turan elinin müdriki var olsunlar,
Ulu övliyaların ruhu yar olsunlar.
Alimlər bir bədəndə, bir amalla birləşsə,
Şər güclər bu qüdrətlə qarşılaşa bilməz heç.
Maarif bir qalxandır pisliklər hədəf seçsə,
Elm dinə, millətə fərq qoyub ayırmaz heç.
Elmdən qala quran dostlar var olsunlar,
Ətri aləmi bürüyən güllər var olsunlar.
Kəşf edirsiz durmadan, çiyninizdə ağır yük,
Qədim Turan yurdundan istedadlar soraqlab.
Farabi, Fərqanitək nəsillər böyüdərək,
Elmin uca zirvəsin birlikdə hədəf qoyub.
Biruni, Uluqbəyin nəsli var olsunlar,
Kim ki elmi bənd etsə, qoy naçar olsunlar.
Əcdaddan dərs alaraq baş əyir yeni nəsil,
Qədim Turan yurdumdur maarif beşiyi bil.
Hər sətri min bir hikmət, hər işi ibrət asil,
Ulu şəxsiyyətlərdən qalan mirasdır bu il.
Nəvainin yolun tutan canlar var olsunlar,
Səmada pərvaz edən qartallar var olsunlar.
“Dalğa qalxmasa əgər, gövhər üzə çıxarmı?
Qum altında cəvahir qalsa, heç bir dəyəri?”
Ustadın dərsi ilə istedad ucalarmı?
Qızıla naxış vuran zərgərin əl əməyi.
Maarif bayrağını tutanlar var olsunlar,
İki dünyada hər an uca var olsunlar.
