Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 8
  • Hacıyevlərlə bağlı ŞOK GƏLİŞMƏ: Qaçırdıqları pullar… – DETALLAR BU YAZIDA

Hacıyevlərlə bağlı ŞOK GƏLİŞMƏ: Qaçırdıqları pullar… – DETALLAR BU YAZIDA

admin 08/03/2025
zamire-cah

Sabiq bankirin xanımının malikanəsi və qolf klubu satışa çıxarılıb, vəsaitin 70 faizi Azərbaycana qaytarılacaq

Azərbaycan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın Londondakı malikanəsi və qolf klubu satışa çıxarılıb. Mal-mülkə ilkin olaraq 19 milyon 500 min funt sterlinq qiymət qoyulub. Zamirə Hacıyeva Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) 6 illik təhqiqatından sonra Askotdakı qolf klubun və Naytsbricdəki evinin müsadirəsinə razılaşıb.

Ötən ilin payızında bu aktivlərin satışa çıxarılacağı bilinib. Britaniyanın Milli Cinayət Agentliyi deyib ki, Zamirə Hacıyeva bu dəbdəbəli əmlakı Azərbaycanda “külli miqyasda dələduzluq və mənimsəmə, saxta uçot və çirkli pulların yuyulması yolu ilə dövlət bankının talanması nəticəsində” əldə edib. Zamirə Hacıyeva məhkəmə boyu ittihamları qəbul etməyib. O, Britaniya məhkəməsində deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri sayəsində müstəqil var-dövlət qazanmış qanuni iş adamı olub. Məhkəmə ondan mübahisə obyekti olan var-dövlətinin qanuni maliyyə mənbəyini göstərməyi tələb edirdi. Əvvəlki məhkəmələrdə Hacıyevaya aid aktivlərin ümumi məbləği 26 milyon funtdan çox, təxminən 56 milyon manat dəyərləndirilib.

Cahangir Hacıyevin şahid kimi ifadəsi elan olundu — Yenilənib

Zamirə Hacıyeva ilə razılaşmaya əsasən, əmlaklar satışından əldə olunan vəsait Britaniya dövlətinin nəzarətində olacaq. Zamirə Hacıyevaya əmlakların hərracla satışından əldə edilən məbləğin 30 faizi veriləcək. 70 faizdən isə Milli Cinayət Agentliyinin xərcləri çıxılacaq və sonra yerdə qalan vəsait Azərbaycana qaytarılacaq.  Hacıyevanın hüquqlarını qoruyan Gherson vəkillik şirkətinin açıqlamasına görə, Zamirə Hacıyeva ona görə razılaşmaya gedib ki, onu müdafiə etmək mümkün olmayıb.

Zamirə Hacıyevanın Londonda müsadirə edilən mülkləri satışa çıxarılıb

Cahangir Hacıyev 2001-2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri olub, hazırda vəzifə saxtakarlığı, vergidən yayınma və mənimsəmə ittihamları ilə 16 illik həbs cəzası çəkir. NCA ötən il bildirmişdi ki, qolf klubu və evin irimiqyaslı dələduzluq, mənimsəmə, saxta mühasibatlıq və çirkli pulyuma nəticəsində əldə olunmasına inanır. Qurumun məlumatına görə, bu aktivlərin alınmasında istifadə olunan vəsaitin mənbəyinə dair “ağlabatan” izah tapılmayıb. Qolf klubu 4.25 milyon funt-sterlinqə, ev isə 14.75 milyon funt-sterlinqə satışdadır. Vaxtilə Hacıyevanın “Harrods” ticarət mərkəzində 10 il ərzində 16 milyon funt-sterlinq (21.3 milyon dollar) xərclədiyi üzə çıxmışdı, onun 4.9 milyonu zinət əşyalarına sərf olunmuşdu. NCA sözçüsü ötən il deyirdi ki, qolf klubu və evin satışından əldə olunan pulun 70 faizi hökumətə keçəcək, 30 faizi Zamirə Hacıyevaya qaytarılacaq. Zamirə Hacıyeva üçün işləyən hüquq firması ötən il bildirmişdi ki, o və ailəsi “indi öz həyatlarına davam edə bildikləri üçün xoşbəxtdirlər”. “Gherson LLP” onu da bildirib ki, Böyük Britaniyada istintaq aparıldığı müddətdə Azərbaycan hakimiyyəti Hacıyeva və vəkillərinin Bakıda həbsxanada Cahangir Hacıyevlə əlaqə qurmasına qəsdən mane olub. Azərbaycan hakimiyyətinin bu iddiaya münasibəti bəlli deyil. Cahangir Hacıyev Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4 milyard 700 milyon manatlıq mənimsəmədə təqsirli bilinib. Amma özünü təqsirli bilməyib. O, həmin vəsaitlərin layihələrə xərcləndiyini, əldə olunan gəlirlərdən kreditlərin ödənildiyini bildirir. Onun sözlərinə görə, kreditlər hesabına yaradılan işlək müəssisələr onun həbsindən sonra ələ keçirilib. Lakin onları nə satıb tam məbləği bağlayıblar, nə də əldə olunan vəsaitlərdən kreditləri ödəyiblər.

Zamirə Hacıyeva bu ölkədə olsaydı, həbs edilmişdi Yeni Sabah

Zamirə Hacıyeva ilə bağlı araşdırmalar başlarkən, onun  Londonun məhşur mağazası Harrodsda təxminən 35 milyon manat xərcləməsi ilə dünya mediasının diqqətini çəkib. Bu, günə təxminən 7-8 min manat deməkdir. O, çay və qəhvəyə təxminən 50 min, meyvə və tərəvəzə 21 min, Godiva şokoladlarına 69 min manat xərcləyib, Britaniya mediası məhkəmə sənədlərinə istinadən yazıb. Məhkəmədə o da aşkar olunub ki, Hacıyeva bu 10 il ərzində təxminən 545 min manat oyuncaq mağazasında xərcləyib. Bundan başqa, o bu illər ərzində on minlərlə manatlıq zinət əşyası və geyim alıb./musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Tramp Cənubi Qafqazda nələri dəyişəcək? – Bıstritski
Next: “Müharibə namus, torpaq müharibəsiydi hər birimiz şəhid ola bilərdik, təəssüf ki, bu baş vermədi, amma yenidən doğulduq”-Babək Aslanov

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.