Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 8
  • Valideyn-övlad münasibətlərindəki ziddiyyətlər – Yeni dövrün fərqli uşaqları

Valideyn-övlad münasibətlərindəki ziddiyyətlər – Yeni dövrün fərqli uşaqları

admin 08/03/2025
valideyn-

 

Yeniyetmə üçün ailə ilə birlikdə olmaqla yanaşı, bəzən tək qala və öz düşüncələrinə qapıla biləcəyi şəxsi zonanın, zamanın olması vacibdir. Valideynlər onların gündəlik fəaliyyətlərini, davranışlarını nəzarətdə saxlamaqdan və ya tənqid etməkdən çəkinməlidir.

Ötən həftə yazıçı Müşfiq Xanın oğlunun dərs oxumaqdan bezdiyi üçün evdən qaçması onu tanıyan, tanımayan hər kəsi narahat etmişdi. Ümumiyyətlə, uşaqların yetkinlik dövründə oxumaqdan bezmələri, valideynlərlə normal ünsiyyət qura bilməmələri kimi hallar müşahidə olunur. Etiraz üçün evdən qaçanlar da var, hətta daha irəli gedib başqa variantlara əl atanlar da. Valideyn övladının gələcəyi üçün çalışdığını deyir, uşaq isə o gələcəyi istəmədiyini bildirir.

Bəs valideyn qızıl ortanı necə tapmalıdır? Ümumiyyətlə, yeni dövrün yeni yanaşma tələb edən uşaqları ilə tərbiyə metodları necə olmalıdır?

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik:

Təcrübədə rast gəlinən problemlər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə məsələləri şöbəsinin əməkdaşı, psixoloq Zülfiyyə Sadıq bildirib ki, cəmiyyətdə uşaq və yeniyetmələrlə bağlı rastlaşdığımız problemlərin kökündə həmişə ailədaxili münasibətləri əsas götürürük:

“Təcrübədə rast gəlinən problemlər sırasına yeniyetmələrin valideynləri tərəfindən başa düşülməməsi, hüquqlarının məhdudlaşdırılması, şəxsi həyatlarına müdaxilə edilməsi, onları özləri ilə müqayisə etmələri, eyni həyat tərzini və tərbiyə metodlarını yeniyetmələrə tətbiq etmələri, seçim hüququnun verilməməsi, yaş dövrünün xüsusiyyətlərinin nəzərə alınmaması kimi hallar daxildir. Bunlar valideyn-övlad münasibətlərində gərginliklərin yaranmasına səbəb olur”.

Böhran vəziyyətində valideyn nə etməlidir?

Mütəxəssis bildirib ki, yeniyetmə üçün ailə ilə birlikdə olmaqla yanaşı, bəzən tək qala və öz düşüncələrinə qapıla biləcəyi şəxsi zonanın, zamanın olması da vacibdir:

“Buna görə də valideyn onların gündəlik fəaliyyətlərini, davranışlarını nəzarətdə saxlamaqdan və ya tənqid etməkdən çəkinməlidir. Yeniyetmələrin psixi sağlamlığını təmin etmək üçün ailə və dostlarla münasibəti sağlam olmalıdır. Onun sosial həyatını davam etdirə biləcəyi mühit təmin edilməlidir. Sosial təcrid vəziyyətində yeniyetmələr günlərini doldurmaq üçün müxtəlif faydasız fəaliyyətlərlə məşğul ola bilərlər. Bu da internet və oyun aludəçiliyi yaradır”.

Mütəxəssis qeyd edir ki, yeniyetmələri maraqlarına uyğun fəaliyyətə yönləndirmək vacibdir. Lakin onları internetdən istifadə və ya oyun oynamaqdan tamamilə məhrum etmək olmaz. Problemi həll etmək üçün birlikdə gündəlik oyun və əlavə fəaliyyətlər fikirləşmək olar:

“Böhran vəziyyətinə səbəb olan hadisəni aydın şəkildə izah etməyə və bütün sualları cavablandırmağa çalışmaq, ailədə və ya uşağa yaxın insanlar arasında itki olduqda bu barədə yeniyetmə ilə danışmaq lazımdır. Valideyn yeniyetmə ilə ünsiyyət zamanı onu aktiv dinləməli, göz kontaktında olmalı, nə deməsindən asılı olmayaraq, mühakimə etməməli, günahlandırmamalı, problemlərinin həllinə səbirlə yanaşmalı, yeniyetmənin hiss və emosiyalarını ifadə etməsinə imkan verməlidir. Yeniyetmə də valideynlə ünsiyyətdən qaçırsa, ən azı iki həftə davam edən əhval-ruhiyyədə düşkünlük, fəallığın azalması, tez yorulma, marağın və zövqalma hissinin itirilməsi, çarəsizlik hissi, özünüqiymətləndirmə və özünəinamın aşağı olması və s. kimi depressiv əlamətlər və ya əsassız olan təşviş hissinin olduğu müşahidə edildikdə mütləq peşəkar psixoloji xidmətə müraciət edilməsi tövsiyə olunur”.

Kobudluq, itaətsizlik, höcətlik…

Z.Sadıq bildirib ki, yeniyetmələrin davranışında yaranan neqativ reaksiyaların əsas səbəbləri valideyn-övlad münasibətlərindəki ziddiyyətlər, ailədaxili münasibətlərin düzgün qurulmaması, ailədaxili ünsiyyətin zəif olması, yeniyetmənin özünü qeyri-adekvat qiymətləndirməsi, özünəinamsızlıq, qrupdaxili mövqeyinin sabit olmaması və s.-dən qaynaqlanır. Yeniyetməlik dövründəki neqativ davranış reaksiyaları böyüklərin himayə və nəzarətindən xilas olmaq cəhdində, açıq emansipasiya reaksiyası – kobudluq, itaətsizlik, höcətlik, böyüklərin fikir və göstərişlərini, mövcud qayda-qanun və ənənələri saymamaqda, gizli emansipasiya reaksiyası – səfillik, cinsi sərbəstlik, qeyri-formal asosial qrupların yaradılmasında özünü göstərir.

“Uşaqdır”, “mən nə deyirəmsə, onu etməlidir”

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev deyir ki, müasir dövrün uşaqları daha çox informasiyalıdırlar. Valideyn uşağa yanaşanda artıq onu əvvəlki ənənələrə əsasən, “uşaqdır”, “mən nə deyirəmsə, onu etməlidir” tipli qəbul etməli deyil:

“Valideyn uşağın ailənin bir hissəsi olduğunu, uşağın da ailədə söz haqqı olduğunu qəbul etməlidir. Ailə ilə bağlı hansısa qərarlar verildikdə uşağa bildirmək, məsləhətləşmək lazımdır ki, o da özünü ailənin bir hissəsi hesab edə bilsin. Əks halda, o, özünü tək hiss edə, bu zaman öz istədiyi qərarları verə bilər. Uşaq başa düşməlidir ki, verdiyi qərarlarla onun da ailədə məsuliyyəti var”.

“Problemin kökündə dərs yükünün çox olması dayanmır”

Həmsöhbət bildiribr ki, problemin kökündə dərs yükünün çox olması dayanmır:

“Hazırda Azərbaycanda elə uşaqlar var ki, bir gündə 3-4 hazırlığa gedir, fərqli istiqamətlərdə hazırlaşır, hətta bununla yanaşı, beynəlxalq sertifikat üçün çalışanlar da var. Həmin uşağı analiz edəndə görürsən ki, hər şey qaydasındadır, ailə ilə bağları yerindədir. Çünki uşaq ailənin bir hissəsi olduğunu dərk edir və ona ailədə hörmət olunur. Yorğunluq, əlbəttə, ola bilər, amma buna görə ailədən imtina etmək o deməkdir ki, ailənin bir hissəsi olduğunu dərk etmir, geridə qalanların necə narahat olacağını düşünmür. Yaxud da onun başa düşməyi üçün nələrsə olunmayıb”.

“Məktəbdə bu narahatlıq görünməyibsə…”

Mütəxəssis vurğulayır ki, belə məqamlarda məktəblər də öz funksiyasını yerinə yetirməlidir:

“Yəni məktəblər sosial emosional inkişafla bağlı işlər görməlidirlər. Hər bir yeniyetmənin emosional çətinliyi məktəbdə və ailədə aşkar oluna bilər. Məktəbdə bu narahatlıq görünməyibsə, bu da problemdir. Məktəblər prosesə qoşulmalı, pedaqoqların uşaqların emosional vəziyyətlərini dəyərləndirmələri üçün bacarıqları artırılmalıdır. Müəllim uşağın davranışından, ifadə tərzindən başa düşməlidir ki, onda çətinlik var və məktəbin psixoloqunu cəlb etməlidir”.

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan-Türkiyə tandemi daha geniş coğrafiyada
Next: Bu ixtisaslar üzrə keçid balı artacaq

OXŞAR MÖVZULAR

adnaa

ADNA-da törədilən terror aktından 17 il ötür

admin 30/04/2026
xtq_xususi_teyinatli

XTQ-nin yaradılmasından 27 il ötür

admin 30/04/2026
hesablama palata

Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir

admin 29/04/2026

XƏBƏR LENTİ

  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026
  • Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq 29/04/2026
  • Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib 29/04/2026
  • Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir? 29/04/2026
  • Bankların kredit sirri açıldı — Bu peşə sahiblərinə şad xəbər 29/04/2026
  • Paşinyan seçilsə, Kreml nə edəcək? – Silayev 29/04/2026
  • Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.