Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 11
  • Evini kirayə verənləri nə kimi TƏHLÜKƏ GÖZLƏYİR

Evini kirayə verənləri nə kimi TƏHLÜKƏ GÖZLƏYİR

admin 11/03/2025
ev-kiraye

 

Bakının Nərimanov rayonu ərazisində yerləşən evlərin birində müvəqqəti yaşayan şəxsin həmin ünvanda kirayənişin qalan 2 nəfərin mobil telefonunu oğurlaması barədə polisə məlumat daxil olub. Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətmiş paytaxt sakini 23 yaşlı Fikrət Ramazanov saxlanılıb. Onun F.X.Xoyski küçəsində yerləşən elektronika və məişət avadanlıqları satılan mağazalar şəbəkəsindən, eləcə də kirayədə yaşadığı daha 3 evdən oğurluq etdiyi də müəyyən olunub. Göründüyü kimi, kirayədə yaşadığı evdə digər kirayənişinlərin əmlakını oğurlayıb. Bu faktın üzə çıxması isə bir daha kirayə mənzillərdə qeydiyyat məsələsini aktuallaşdırır.

Yeri gəlmişkən, son vaxtlar polis əməkdaşları qapı-qapı gəzərək mənzildə yaşayan şəxsləri sorğu-sual edir. Bununla bağlı sosial şəbəkələrdə çox sayda paylaşımlar edilir. Qeyd olunur ki, DİN əməkdaşları mənzilin kimin adına olduğunu və s. soruşur. Bu vəziyyət paytaxt sakinlərinin bəziləri arasında narahatlığa səbəb olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev mətbuata açıqlamasında bu sorğuların nə üçün aparılması məsələsinə aydınlıq gətirib:

“Yaşayış sahələrində kriminal vəziyyətin diqqətdə saxlanılmasına, yaxud tam aradan qaldırılmasına xidmət edən profilaktik tədbirdir. Daha təfərrüatlı sakinlərin təhlükəsizliyinə xidmət edir. DİN-dən polisə göstəriş verilib ki, inzibati ərazidə kim yaşayır bilsin, qeydiyyatı olmayan şəxslərin qeydiyyat məsələləri həll edilsin. Başqa sözlə, bu evlər, kriminal vərdişlərin alətinə çevrilməsin”, – DİN rəsmisi bildirib.

Qeyd edək ki, qanunvericiliyə görə, kirayə verən kirayənişinlə notarial qaydada təsdiq olunmuş kirayə müqaviləsi imzalamalıdır. Müqavilə ilə ödəmə mənbəyindən tutulan vergi tətbiq olunur və bu, rəsmi daxil olan məbləğin 14 faizi həcmində müəyyən olunur. Kirayədə qalanlar mütləq bir ay ərzində yaşadıqları ərazi üzrə polis idarəsinə sənədlərini və kirayə müqaviləsini təqdim etməklə müvəqqəti qeydiyyata düşməlidirlər.

Əgər kirayədə qalanlar qeydiyyata düşməsələr, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə əsasən xəbərdarlıq edilir və ya 30 manat məbləğində inzibati qaydada cərimə olunurlar.

Hüquqşünas Əkrəm Həsənov açıqlamasında kirayə verənlərlə kirayənişinlər arasında müqavilə bağlamağın önəminə diqqət çəkdi:

“Bundan əlavə, kirayədə qalan şəxs olduğu yer üzrə daxili işlər orqanlarında qeydiyyata düşməlidir. Bu, qanunun tələbidir. Sadəcə, təcrübədə buna riayət olunmur. Kirayənişinin qeydiyyata düşməsini kirayə verən tələb etməlidir. Adətən kirayə verənlər 14 faiz vergi ödəməli olduqları üçün müqavilə bağlanmasına maraq göstərmirlər.  Yəni kirayə verən vergidən yayınmaq üçün müqavilə bağlanmasına göz yumur. Amma nəticədə neqativ hadisələrlə üzləşməyə məcbur olur”.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov mövzunu şərh edərkən qeyd etdi ki, təəssüf ki, kirayə götürən şəxslər fiziki korlamalar, oğurluqlar, vaxtında ödəniş etməmək kimi  neqativ hallara yol verirlər. Ekspert vurğuladı ki, hətta müqavilə imzalansa belə, ödənişi vaxtında etməyərək kirayədə qalıb borc yaradan kirayənişinlər var: “Borc yaradan, hətta evdən qaçarkən evin əşyalarını oğurlayan kirayənişinlər var. Bunun qarşısını almağın ən effektiv yollarından biri depozit almaqdır. Sadəcə, Azərbaycanda depozit alınması o qədər də geniş yayılmayıb. Nisbətən ucuz qiymətə təklif olunan kirayə evlərə aşağı gəlirli insanlar maraq göstərdiyi üçün onlarda ehtiyat pul olmur. Digər məsələ qanunvericiliklə nəzərdə tutulmuş qaydada vətəndaş bir evdə 6 aydan çox qalırsa, qeydiyyata alınmalıdır. Öncə rəsmi müqavilə bağlanmalıdır, bu zaman isə rəsmi qeydiyyat məsələsi gündəmə gəlir. Kirayənişinin qeydiyyata alınması kirayə verəni heç nədən sığortalamır. Bu, sadəcə, daxili işlər orqanlarının işini  asanlaşdırır, o cümlədən seçkilərdə və digər proseslərdə önəmlidir”./musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Bayram günlərində rayonlarda istirahət NEÇƏYƏ BAŞA GƏLİR?
Next: Məcəllə təsdiq olundu: kimlər pulsuz ev alacaqlar?

OXŞAR MÖVZULAR

söküntü-1

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

admin 16/04/2026
vergi-v

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

admin 16/04/2026
ət-m

Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.