Skip to content
17/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 18
  • Qərbi Azərbaycan qaçqınlarına bu imtiyazlar verilə bilər

Qərbi Azərbaycan qaçqınlarına bu imtiyazlar verilə bilər

admin 18/03/2025
qerbi azerbaycan

 

Qərbi Azərbaycan qaçqınlarının hüquqları keçmiş məcburi köçkünlərin hüquqlarına bərabər tutula bilər.

Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, Qərbi Azərbaycana qayıdış strategiyası nəzərə alınmaqla Qərbi Azərbaycan qaçqınlarının hüquqlarının keçmiş məcburi köçkünlərin hüquqlarına bərabər tutulması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış təkliflər baxılması üçün aidiyyəti qurumlara təqdim edilib.

Bəs keçmiş məcburi köçkünlərin hüquqları və imtiyazları nələrdir?

Qanunvericiliyə əsasən, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütamadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər  məcburi köçkün hesab olunurlar.

Məcburi köçkünlərin imtiyazları

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamının 2-ci bəndinə əsasən, məcburi köçkünlərin 1992-1998-ci illərdə mülkiyyət formasından asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması onlar öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçrülənədək dayandırılır;

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən, özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olunmuşdur ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər;

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə vahid aylıq müavinət verilir:

Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərə ayda 33 manat, digər yaşayış yerlərində yaşayan məcburi köçkünlərə isə ayda 60 manat olmaqla vahid aylıq müavinət ödənilir.

Eyni zamanda sıx məskunlaşma yerlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin istehlak etdikləri kommunal xidmət xərcləri (elektrik enerjisi, təbii qaz, su və məişət tullantılarının daşınması) dövlət tərəfindən ödənilir.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli Sərəncamına əsasən,  dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamına uyğun olaraq, 2011/2012-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrinin bakalavr və magistratura təhsil səviyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

orta ümumtəhsil məktəblərində təhsil alan məcburi köçkün şagirdlər dərsliklərlə pulsuz təmin olunurlar;

idarə, müəssisə və təşkilatlarda ştatların və işçilərin sayının ixtisarı zamanı işdə saxlanılmaq üçünüstünlük hüququna malikdirlər;

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formalı pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısında göstərilən dərman preparatları ilə  dövlət büdcəsi  vəsaiti hesabına  təmin edilirlər;

pulsuz tibbi müayinə və müalicə ilə təmin olunurlar;

şəxsiyyət vəsiqələrinin verilməsinə görə rüsumdan azaddırlar;

məhkəmələrə iddia ərizəsi ilə müraciətə görə rüsumdan azaddırlar;

şərti maliyyə vahidinin 55 misli miqdarınadək olan məbləğin gəlir vergisindən azaddırlar;

mənzil və ya ev alqı-satqısı zamanı notarial rüsumlardan azaddırlar.

PAYLAŞIN:

Continue Reading

Previous: Fransanın Mərkəzi Asiyada: “dostluq” adı altında hiyləsi
Next: Tramp Baydenin övladlarını dövlət mühafizəsindən məhrum etdi

OXŞAR MÖVZULAR

press_reliz_renew

Böyrək çatışmazlığının ilk əlamətləri – Səhiyyə ekspertindən tövsiyə

admin 12/03/2026
ramazan_oruc

Ramazanın ilk gününün imsak və iftar vaxtı AÇIQLANDI

admin 08/02/2026
OD2QnCBznwUs6Sial1XhEPLYVTwJFvkF3mI7eOop_640

Sayman Aruz: “İran hakimiyyəti yaxşı bilir ki, Təbriz qalxarsa…”

redaktor 06/01/2026

XƏBƏR LENTİ

  • Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ 17/03/2026
  • Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə müraciət etdi 17/03/2026
  • Hansı içki təzyiqi dərmansız salmağa kömək edir? 17/03/2026
  • “Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir” 17/03/2026
  • Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI 17/03/2026
  • Bu gün İlaxır çərşənbədir 17/03/2026
  • Buraxılış imtahanlarına etirazlar haqlıdırmı? – “Problem sualların məzmununda deyil…” 16/03/2026
  • “Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış 16/03/2026
  • Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək… 16/03/2026
  • Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək – Özər 16/03/2026
  • Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq 16/03/2026
  • İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib 16/03/2026
  • Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub 16/03/2026
  • Vətəndaş mövqeyi bəlli insan 16/03/2026
  • Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR 16/03/2026
  • Tramp 5 gün xahiş etdi, indi tələbə keçib… 16/03/2026
  • Üç uşaqlı ailələrə bayram öncəsi şad xəbər 16/03/2026
  • İlaxır çərşənbə üçün bazarlıq neçəyə başa gəlir? 16/03/2026
  • Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib 16/03/2026
  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026

Sağlamlıq

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026
c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.