Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 11
  • Qərbin gizli planları ifşa oldu – Bakıdan prinsipial mövqe

Qərbin gizli planları ifşa oldu – Bakıdan prinsipial mövqe

admin 11/04/2025
azerbaycan_3d

 

Son illərdə Azərbaycana qarşı yönəlmiş məqsədli təzyiq kampaniyaları diqqət çəkir. Qərb dairələrinin məqsədyönlü və planlaşdırılmış şəkildə ölkə daxilində sabitliyi pozmaq, siyasi proseslərə təsir göstərmək və dövlətçiliyə xələl gətirmək cəhdləri müxtəlif formalarla özünü göstərib. Bu cəhdlər özünü fərqli formalarda – vətəndaş cəmiyyəti institutlarının manipulyasiyası, maliyyə vəsaitlərinin qeyri-qanuni dövriyyəsi, xarici media resurslarında aparılan qərəzli kampaniyalar və regionda müxtəlif informasiya təxribatları ilə büruzə verib.

Əvvəlki dövrlərdə vətəndaş cəmiyyəti institutları vasitəsilə ölkədə ictimai rəyə təsir etmək və daxili sabitliyi pozmaq üçün ciddi səylər müşahidə olunub. Xüsusilə, Qərbdən maliyyələşən QHT-lərin bir hissəsi əslində siyasi məqsədlər güdən, müxalifətə bağlı strukturlar kimi fəaliyyət göstəriblər. Bu təşkilatların əsas maliyyə mənbələri isə xarici qrantlar olub və bu vəsaitlərin Azərbaycana daşınması qeyri-qanuni yollarla həyata keçirilib. Həmin dövrdə Qərb mediasında aparılan anti-Azərbaycan təbliğatı da bu fəaliyyətlərin tərkib hissəsi idi.

2000-ci illərin əvvəllərində Azərbaycanın maliyyə sisteminin hələ kifayət qədər möhkəmlənmədiyi dövrdə bəzi Qərb təşkilatları, o cümlədən Milli Demokratiya İnstitutu (National Democratic Institute), ölkədə dövlət çevrilişi planları hazırlayıb. Bu çərçivədə 2005-ci ildə ABŞ Dövlət Departamentinin dəstəyi ilə Azərbaycanda “narıncı inqilab” ssenarisi gerçəkləşdirilməyə çalışılıb. Lakin ölkə rəhbərliyinin çevik və qətiyyətli mövqeyi nəticəsində bu cəhdlərin qarşısı alınıb.

Hazırda Azərbaycan öz maliyyə sisteminə tam nəzarət edir. Xaricdən gələn hər hansı vəsait, xüsusilə də QHT-lərə yönələn qrantlar dövlət qeydiyyatından keçməlidir. Bu, pul qaçaqmalçılığının qarşısını almağa və xarici müdaxilələrin məhdudlaşdırılmasına imkan verir. Lakin Qərb dairələri bundan sonra da müxtəlif yollarla, o cümlədən Gürcüstandan kuryerlər vasitəsilə Azərbaycana vəsait daşımağa cəhd göstəriblər. Bu fəaliyyətlərin əksəriyyəti ifşa olunub və qarşısı alınıb.

Bütün bu cəhdlər boşa çıxdıqdan sonra Qərb mediası Azərbaycana qarşı qərəzli və sistemli informasiya kampaniyasına start verib. Bu kampaniyada məqsəd beynəlxalq arenada Azərbaycanın imicinə zərbə vurmaq olub. Lakin bu cəhdlər də uğursuz alınıb.

Bu baxımdan Prezident Donald Trampın ABŞ-də başladığı islahatlar Azərbaycan tərəfindən ümidverici istiqamət kimi dəyərləndirilib. USAID kimi qurumların korrupsiya bataqlığında olduğu qeyd olunur. “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” kimi media orqanlarının fəaliyyətlərinin dayandırılması bu istiqamətdə atılan ilk addımlar kimi qiymətləndirilir, lakin bu prosesin daha dərinə getməsi gözlənilir.

Eyni zamanda “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency İnternational” kimi təşkilatların Azərbaycana qarşı fəaliyyətləri də diqqət mərkəzindədir. Bu təşkilatların yaratdığı infrastrukturun fəaliyyətsiz hala gətirilməsi üçün səylər davam edir.

Azərbaycan tərəfi bəyan edib ki, ABŞ Prokurorluğuna və hüquq-mühafizə orqanlarına Trampın sələfləri dövründə həyata keçirilən qeyri-qanuni və dağıdıcı fəaliyyətlərlə bağlı bütün məlumatları təqdim etməyə hazırdır.

Beləliklə, Azərbaycan dövləti öz suverenliyini və daxili sabitliyini qorumaq üçün Qərbin müxtəlif dairələrinin müdaxilə cəhdlərinə qarşı ardıcıl və prinsipial mövqe sərgiləyir. Bu mübarizənin əsas məqsədi ölkənin müstəqilliyini qorumaq və gələcək inkişafını təmin etməkdir.

Azərbaycan beynəlxalq tərəfdaşlığa açıq olduğunu dəfələrlə nümayiş etdirib, lakin bu əməkdaşlıq yalnız qarşılıqlı hörmət və suverenliyə riayət prinsipi əsasında qurulmalıdır. Ölkə daxili işlərə müdaxilə cəhdlərini yolverilməz hesab edir. Azərbaycanın xarici siyasət fəlsəfəsi balanslı əməkdaşlıq və qarşılıqlı faydaya əsaslanır, lakin hər bir tərəfdaşlıq əlaqəsi ölkənin daxili sabitliyi və müstəqilliyinə hörmət çərçivəsində inkişaf etməlidir./mill.az

PAYLAŞIN:

Continue Reading

Previous: Bank kartlarındakı pullarımız necə oğurlanır? – Ekspert şok detalları AÇIQLADI
Next: Ərdoğan: Türkiyə yerləşdiyi coğrafiyanın sahibidir

OXŞAR MÖVZULAR

vuf-baku

Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək

admin 12/05/2026
ilham-zəngilan

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş…

admin 12/05/2026
mixail-kalugin

Rusiya Azərbaycanın təklifini dəstəklədi

admin 12/05/2026

XƏBƏR LENTİ

  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.