Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 22
  • Fövqəladə Hallar Nazirliyi özü satır, özü də alır – Bəs “Azəri Biznes” MMC nə edir?

Fövqəladə Hallar Nazirliyi özü satır, özü də alır – Bəs “Azəri Biznes” MMC nə edir?

admin 22/04/2025
fhn-ofis
Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən keçirilən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 3 çıxışlı Cəbrayıl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının tikintisi işlərinin satın alınması məqsədilə açıq tender müsabiqəsində “AZƏRİ BİZNES” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin Cəmiyyətlə 3.200.426,42 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Bununla bağlı məlumat satınalmaların portalında 21.04.2025-ci ildə dərc edilib.
Aktualinfo.org sözügeən şirkətin fəaliyyət sferasını araşdırmışdır.  “”Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu. MMC-nin müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi barədə də açıq mənbələrdə heç bir məlumat yoxdu. Amma təcrübəsi var.  Bu təcrübəni də Fövqəladə Hallar Nazirliyinə tabeli digər qurumların keçirdiyi satınalmalarda əldə edib.
Qeyd edək ki bu “Azəri Biznes” MMC ilə Fövqəladə Hallar Nazirliyinə tabeli digər qurumlar arasında bağlanan ilk satınalma müqaviləsi deyil.
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti “Azəri Biznes” MMC ilə Bakı şəhəri, Səbayıl rayonu, “Badamdar 20-ci sahə” sürüşmə sahəsində mühəndis axtarış işləri üzrə 10.997.093,63 manat müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 16.05.2023-cü ildə dərc edilib. Amma portalda müqavilənin başlanma tarixi 14.10.2022-ci il bitmə tarixi isə 25.12.2022-ci il göstərilib. İki ay on günə Azəri Biznes” MMC az qala 11 milyon manata nə kimi işlər görə bilər?
Sözügedən qurum Bakı şəhəri, Səbayıl rayonu, “Badamdar 20-ci sahə” sürüşmə sahəsində mühəndis axtarış işləri üzrə “Azəri Biznes” MMC ilə 5.661.524,7  manat məbləğində bir müqavilə də bağlayıb. Bu məlumat da satınalmaların portalında 16.05.2023-cü ildə dərc edilib. Portalda isə müqavilənin başlanma tarixi 20.08.2022-ci il bitmə tarixi isə q15.12.2022-ci il göstərilib.
Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti “Azəri Biznes” MMC ilə bir müqavilə də Hacıqabul şəhəri, Ə.Vahid küçəsi 47 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binanın sakinləri üçün Hacıqabul-Şirvan yolunun qərbində yaşayış binasının tikintisi üzrə bağlayıb. Bu müqavilənin dəyəri 1.588.339,89 manat təşkil edib. Satınalmaların portalında 21.01.2022-ci ildə dərc edilib. Başlanması və bitməsi cəmi 15 gün çəkib.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZƏRİ BİZNES”  (VÖEN: 1401122631) Məhdud Məsuliyyətli Cəmiyyətinin 12.04.2007-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olanMMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BÜLBÜL PR., ev 55, m. 16, qanuni təmsilçisi kimi isə Ağayev Laçın Şirvan oğlu oğlu qeyd olunub. MMC-yə müəyyən vaxtlarda Cəmilə İsmayılzadə Eyyub qızı da rəhbərlik edib. O, həm da müxtəlif vaxtlarda “Gilan Holdinq”ə bağlı olan başqa şirkətlərə də rəhbərlik edib.
“Azəri Biznes” MMC ilə bağlı rəsmi mənbələrdə olan məlumatlar bu qədər. Elektron mediada bu şirkətlə bağlı daha nə kimi məlumatlar var.
Mediada yer alan məlumatlara görə “Gilan Holdinq”ə bağlı çoxsaylı şirkətlər var. Həmin ünvanda qeydiyyatda olan çoxsaylı şirkətlərin də “Gilan Holdinq”ə bağlı olduğu məlumdur. Bu ünvanda qeydiyyatda olan “Palace İnşaat” MMC-nin rəhbəri Ağayev Laçın Şirvan oğlu həm də “Gilan Satış” MMC-nin rəhbəridir. Açıq mənbələrdəki məlumatlar isə göstərir ki, “Gilan Holdinq”ə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar rəhbərlik edib.
Bundan əlavə Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun oğlunun ingilis mətbuatına ağızdolusu danışdığı daha bir tamamilə fərqli biznes sahəsi xalçaçılıq bağlıdır. Söhbət Cəbrayıl Xanlarovun ailə biznesinə daxil olan “ZİLİ ART” Məhdud Məsuliyyətli Cəmiyyəti eyniadlı xalça fabrikinin fəaliyyətini tənzimləyir. 4 il əvvəl təsis edilmiş MMC-nin qanuni təmsilçisi LAÇIN AĞAYEV ŞİRVAN OĞLU olsa da, şirkət Xanlarovlar ailəsinin üzvü olan Aydan Xanlarovaya məxsusdur.
Göründüyü kimi Fövqəladə Hallar Nazirliyinə tabeli digər qurumlar son 3 il ərzində “Azəri Biznes” MMC ilə ümumi dəyəri 21 447 385 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Görsənən bir də odur ki, Kəmaləddin Heydərovun rəhbəri olduğu qurum özü satır, özü də alır.
Aktualinfo.org

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Heykəltəraş Zurab Sereteli vəfat edib
Next: Ədliyyə Nazirliyi yanında İctimai şuraya 7 nəfərdən ibarət yeni tərkib seçilib

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.