Skip to content
15/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 23
  • Tikinti biznesinin “iç üzü”… – “Azərbaycanda tikinti – maliyyə piramidasıdır”

Tikinti biznesinin “iç üzü”… – “Azərbaycanda tikinti – maliyyə piramidasıdır”

admin 23/04/2025
ekrem-ekspert

 

Tanınmış iqtisadçı ekspert, vəkil, bank sektoru sahəsində hüquqşünas Əkrəm Həsənov Bakıda tikinti şirkətlərinin maxinasiyalarını ifşa edib. O, işbazların vətəndaşların əmlakını necə əlindən aldığını, bu zaman dövlət qurumları ilə hansı sövdələşmələrə getdiklərini detallı şəkildə açıqlayıb.

Ə.Həsənovun qeydlərini oxuculara təqdim edirik: “Azərbaycanda tikinti biznesi (çoxmərtəbəli yaşayış binalarının tikintisi) dərəbəyliyin hökm sürdüyü ən böyük sahədir. “Dövlət-özəl tərəfdaşlığı” bizdə varsa, əsasən elə bu sahədədir. Amma bu tərəfdaşlıq mənfi mənadadır. Məmurlar da qazanır, tikinti işbazları da. İtirən isə ölkəmiz və vətəndaşlarımızdır. Çoxları bu sahənin necə işlədiyini bilmir. Odur ki, açıram sandığı – tökürəm pambığı.

1.Tikinti işi bizdə peşəkarlar, yaxud kifayət qədər vəsaiti olan şəxslər tərəfindən edilmir. Sadəcə, əlində bir neçə yüz mini olan işbazlar məşğul olur. Hamı pulunu harasa qoyub qısa müddətdə böyük qazanc götürmək istəyir. Tikinti sahəsi də ən uyğunudur.

Deməli, proses təxmini belə olur. Bir-iki nəfər fürsətçinin gözü düşür hansısa köhnə yaşayış binasına – orada yeni bina tikmək istəyirlər. Öyrənirlər ki, şəhər icra hakimiyyətindən (ŞİH) ilkin razılığın alınmasına nə qədər vəsait lazımdır. Sonra başlayırlar ətraflarına şəriklər toplamağa. Tutaq ki, 10 nəfər olurlar, hərəsi 500 min pul qoyur. Deməli, əllərində 5 milyon manat var: bu pulla bina tikmək olmaz, xüsusilə məmurlara ödənilən böyük rüşvətlər fonunda. Buna görə də “maliyyə piramidası” işə düşür.

ŞİH pərdəarxası anlaşma əsasında qanunsuz olaraq sərəncam verir ki, işbazların gözü düşdükləri köhnə binanın altındakı torpağı bu on nəfərin yaratdığı hansısa “Evyıxan” MTK-nın istifadəsinə verir (sərəncam ona görə qanunsuzdur ki, binanın altındakı torpaq oradakı sakinlərin istifadəsindədir və başqasının istifadəsinə verilə bilməz). Sərəncamda gözdən pərdə asmaq üçün qeyd olunur ki, MTK sakinlərlə razılığa gəlməlidir (yeri gəlmişkən, bu məqamda tikiləcək binanın heç təsdiqli layihəsi də olmur: tam özbaşınalıqdır). Amma təbii ki, razılığa gəlinmir: sakinlərin böyük hissəsi çıxmaq istəmir. MTK həyasızcasına hüquq mühafizə orqanlarının, icra məmurlarının və məhkəmələrin əli ilə binanı qanunsuz olaraq sökür (guya bina qəzalıdır), sakinləri oradan qovur və söz verir ki, hər ay kirayə haqqı verəcək, yekunda isə onlara yeni binada mənzil verəcək.

Bütün bunları qanuni yolla da etmək olar: belə ki, torpağı dövlətdən alaraq tikiləcək binadakı mənzilləri qabaqcadan qeydiyyata aldıraraq gələcək mülkiyyətçilərinə vermək olar, amma etmirlər. Çünki bu halda pul məmurların cibinə deyil, büdcəyə gələcək, bu isə heç kəsə sərf etmir. Buna görə də keçmiş sakinlərlə dəyəri üzərində yazıldığı kağızdan çox olmayan müqavilələr bağlanır (bir müddətdən sonra heç kirayə haqqı da ödəmirlər). Onlar qovulduqdan sonra isə başlayırlar reklam kampaniyasına ki, kim indi buradan mənzil alsa, ona ucuz başa gələcək. Camaat da başlayır əksər hallarda heç normal təsdiqli layihəsi olmayan tikiləcək binadan mənzil almağa və heç bir hüquqi qüvvəsi olmayan müqavilə müqabilində bu işbazlara pul ödəməyə.

Elə ki, pul axını başlayır, şəriklər ilk növbədə çalışırlar ki, tikinti ilə yanaşı mayalarını çıxarsınlar. Axın güclü olduqda bina nisbətən tez (amma yenə də söz verildiyi müddətdən gec) tikilir. Əks halda, proses uzanır, çünki şəriklər gələn pulun başına daş salırlar. Sonra pul çatmır və başlayırlar bir mənzili bir neçə dəfə satmağa. Bütün bunları fiktiv direktor edir ki, axırda cinayət məsuliyyətinə də o cəlb olunsun. Bu arada ev tikilsə belə (bəzən heç tikilib bitirilmir və ya bəyan edildiyindən az mənzil olur), həm şəriklər arasında dava düşür (kimsə daha çox pul yeyir və s.), həm də bir mənzili bir neçə dəfə almış şəxslərlə MTK arasında. Hələ sökülmüş binanın sakinlərini demirəm. Yekunda direktoru həbs edirlər, pulunu itirmiş vətəndaşlara isə deyirlər ki, günahkar cəzasını aldı, pulunuz isə batdı. Ara yerdə məmurlar da işbazlardan yenə pul qoparır.

2.Yekunda mənzil yiyəsi olanlar sevinir ki, bəxtləri gətirdi (bəzən həmin şəxslər elə şəriklərin adamı olur: onların adına yekunda arxa tarixlə müqavilə qayırırlar və onlar da vicdanlı mənzil alanların üzünə durur ki, sizdən əvvəl almışam, mənzil mənimdir). Baxmayaraq ki, bina nəinki standartlara cavab vermir və xeyli problemi var, hətta mənzillərin sahəsi də bəyan edildiyi sahədən az olur.

3. Şəriklər tikilmiş binadan da əllərini çəkmirlər. Baxmayaraq ki, qanuna görə binanı mənzil mülkiyyətçiləri idarə etməlidir, MTK idarəetməni əldən vermir ki, əlavə gəlir götürsün. Bina üçün heç bir iş görmədən sakinlərdən pul yığırlar. Hətta ölkənin ən nüfuzlu tikinti şirkətləri (ən tanınmış holdinqlər) həyasızcasına mənzil alqı-satqısı müqaviləsinə bənd daxil edirlər ki, binanı tikəndən sonra da idarəetməni biz həyata keçirəcəyik. Göz doymur axı! Yəni bu tanınmış holdinqlər əlbəttə yuxarıda qeyd etdiyim bütün bu özbaşınalıqları etmirlər, amma inhisarçı mövqelərindən sui-istifadə edərək mənzilləri çox baha satırlar və hər bir halda sonrakı idarəetməni də sakinlərə sırıyırlar.

Beləliklə, yekunda qazanan korrupsioner məmurlar və tikinti işbazları (şəriklər) olur. Fiktiv direktor da bir neçə il kurort şəraitində həbsxanada cəzasını çəkib çıxır. Ən böyük zərəçəkənlər isə əvvəlki binada mənzilini itirənlər və yeni binada mənzil üçün pul verib mənzil ala bilməyənlərdir.
Mənzil əldə edənləri də udmuş tərəf saymaq olmaz. Çünki bina keyfiyyətsizdir (şəhərin özünün infrastrukturu da bərbad vəziyyətdədir – yağış zamanı görürük), mənzilin sahəsi azdır, idarəetmə isə işbazların əlindədir və s.

Üstəlik, mənzili yaşamaq üçün deyil, guya sərmayə məqsədilə alanlar ən acınacaqlı vəziyyətdədir. Çünki Azərbaycanda tikinti maliyyə piramidasıdır. Məmurlar və işbazlar əhalidən pul çıxarmaq üçün dayanmadan tikir və mənzilləri baha satır. Əhalinin pulu isə azala-azala gedir. Bizi yaxın 10 ildə gözləyən kəskin iqtisadi tənəzzül (neftimiz qurtarır, normal hüquqi və iqtisadi sistem yoxdur, başqa nə olmalıdır ki?!) nəticəsində daşınmaz əmlakın qiyməti guppultu ilə düşəcək. Və onda bu bərbad infrastrukturlu şəhərdə keyfiyyətsiz binalarda real dəyərindən qat-qat çox pul ödəmiş mənzil sahibləri dizinə döyəcək…” /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Kredit kartlarından istifadədə rekord – Vətəndaşlar borclarını ödəyə bilmirlər
Next: Tovuz Sosial-İqtisadi Kollecin direktoru gülünc vəziyyətinə düşüb – Ödənilməyən 7 aylıq əmək haqqının “səbəbi”

OXŞAR MÖVZULAR

celil-x-

“İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir”

admin 14/03/2026
mişel-şarl

Şarl Mişel: Azərbaycanla Ermənistanın sülhlə bağlı razılığa gəlməsi böyük cəsarət tələb edirdi

admin 12/03/2026
ghebreyesus_

ÜST Baş direktoru: Təhlükələrə qarşı birlikdə cavab vermək üçün etimadı bərpa etməliyik

admin 12/03/2026

XƏBƏR LENTİ

  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026
  • İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir? 15/03/2026
  • ABŞ-ın İrana qarşı 2 planı alınmadı – C planı işə düşdü 15/03/2026
  • Orta Dəhlizin inkişafı balanslaşdırılmış yanaşma tələb edir – İrfan Əli 14/03/2026
  • “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” 14/03/2026
  • Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var? 14/03/2026
  • Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir 14/03/2026
  • BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib 14/03/2026
  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI 14/03/2026
  • Gəzinti zamanı siqaret çəkməyin ölümcül təhlükəsi 14/03/2026
  • “Tramp Avropa İttifaqını parçalamağa çalışır” – Ali nümayəndə ABŞ-ni ittiham etdi 13/03/2026
  • 50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı? 13/03/2026
  • Müharibə maliyyə bazarlarını silkələyir – Neftin qiyməti artır, səhmlər ucuzlaşır 13/03/2026
  • Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir – Siyahı 13/03/2026
  • İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi? 13/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.