Skip to content
07/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 24
  • Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa…

Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa…

admin 24/04/2025
daşınmaz emlak

 

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC 23.04.2025-ci ildə satınalmaların portalında nəqliyyat vasitələrinin təmiri işləri və onların ehtiyat hissələrinin satınalınması üzrə 27.01.2025-ci ildə başladığı açıq tenderə yekun vurduğunu açıqlayıb. Tender müsabiqəsinin qalibi “İDEAL MOTORS”  MMC seçilib və tərəflər arasında 802.388,54 manat dəyərində satınalma müqaviləsinin bağlanılması gözlənilir.

Qeyd edək ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC  tərəfindən nəzərdə tutulmuş nəqliyyat vasitələrinin təmiri işləri və onların ehtiyat hissələrinin alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.255.227,16 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilatın müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçının təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC bu təchizatçını müsabiqədən kənar etməmiş, əksinə yeni müqavilə bağlamağı planlaşdırır.

Qeyd edək ki, bu “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC ilə “İDEAL MOTORS”  MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Tərəflər arasında nəqliyyat vasitələrinin təmiri və onların ehtiyat hissələrinin satın alınması üzrə 692.347,28 manat dəyərində bir müqavilə də 06.08.2024-cü ildə bağlanılıb. Satınalmaların portalında göstərilən vaxta görə “İDEAL MOTORS” MMC 05.08.2024-cü ildən 05.08.2025-ci ilə qədər servis xidməti göstərməlidir.

Mərkəz “İDEAL MOTORS” MMC ilə bir müqavilə də avtonəqliyyat vasitələrinin satınalınması üzrə bağlayıb. 22.11.2023-cü ildə bağlanmış bu müqavilənin qiyməti 217.500 manat təşkil edib və 5 ədəd yeni avtomobilin alınması nəzərdə tutulub.

Qeyd edək ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC bu satınalma da “Dövlət Satınalmaları haqqında” Qanunun 35.1.8. maddəsinin tələblərini ciddi şəkildə pozub. Belə ki, 1.397.908,24 ehtimal olunandan 50 faiz aşağı qiymətə.

Bu məlumatdalardan sonra “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin nəqliyyat vasitələrinin təmiri və onların ehtiyat hissələrinin satın alınması ilə bağlı keçirdiyi tenderləri araşdırdıq. Məlum oldu ki, MMC balansında olan nəqliyyat vasitələrinin təmiri və onların ehtiyyat hissələrinin satın alınması üzrə 243.283,43 manat dəyərində müqavilə “RN STRONG”  MMC ilə 23.11.2023-cü ildə bağlayıb. Müqavilənin başlanma tarixi 17.11.2023-cü il, bitmə tarixi 17.11.2024-cü ilə müəyyən edilib.

MMC  balansında olan nəqliyyat vasitələrinin təmiri və onların ehtiyyat hissələrinin satın alınması üzrə 292.669,85  manat dəyərində müqavilə “İDEAL MOTORS”  MMC ilə 19.04.2023-cü ildə bağlayıb. Müqavilənin başlanma tarixi 13.04.2023-cü il, bitmə tarixi 31.12.2023-cü ilə müəyyən edilib.

“Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC nəqliyyat vasitələrinin təmiri və onların ehtiyyat hissələrinin satın alınması üzrə 494.625,32 manat dəyərində bir müqavilə də 14.01.2022-ci ildə “ŞƏRQMOTORS” MMC ilə bağlayıb. Bu müqavilənin başlanma tarixi 14.01.2022-ci il, bitmə tarixi 10.01.2023-cü ilə müəyyən edilib.

Göründüyü kimi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC 2022-ci ilin yanvarından 2025-ci ilin aprelinə qədər  balansında olan nəqliyyat vasitələrinin təmiri və onların ehtiyyat hissələrinin satın alınmasına ümumi olaraq 2 525 312 manat vəsait ayırıb.

Buradan ortaya sual çıxır. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin balansında nə qədər avtomobil var ki, hər il servis xidmətinin göstərilməsinə yüzminlərlə dövlət vəsaiti ayrılır. İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırma zamanı bu barədə heç bir məlumat tapa bilmədik. Yalnız “emlak .gov.az” saytında  Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC -nin Bakı şəhəri üzrə 15 noyabr 2022-ci il tarixində keçirilmiş hərracda 16 avtomobilin satışa çıxarıldığı göstərilir.

Bundan əlavə 16 may 2023-ci il tarixində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC 3, iki Nissan Patrol və bir MITSUBISHI PAJERO markalı avtomobil satışa çıxardığını elan edib.

Bir maraqlı nüans da “İDEAL MOTORS” MMC ilə bağlanan ən son müqavilədə var. Məsələn Mərkəz bir “Volskvagen Passat 2013 WVWZZZ3CZDP035350” markalı avtomobilə 10 ədəd yağ filteri, 10 ədəd hava filteri, 50 litr mühərrik yağı, 4 ədəd əyləc diski, 8 ədəd təkər kimi.

Bir “Nissan X-Trail 2008 JN1TBNT30Z0111670” markalı avtomobilə 30 ədəd yağ filteri, 30 ədəd hava filteri, 30 ədəd kondisioner filtri, 450 litr mühərrik yağı,32 ədəd təkər, 10 ədəd akkumulyator, 30 ədəd ön amartizator kimi avtomobil ehtiyyat hissələrinin alınması və dəyişdirilməsi xidmətinə küllü miqdarda vəsait xərcləyir.Burada göstərilən markada neçə avtomobilə xidmət göstəriləcəyi bəlli olmur. Mərkəzin sifariş verdiyi ehtiyyat hissələrindən belə çıxır ki, hər bir avtomobil yenidən qurulur. Sayı bəlli olmadığından səkkiz yüz min manatın neçə avtomobilə servis xidmətinin göstərilməsinə ayrıldığını da sual altında qoyur. Sual altında qalan bir məsələ də odur ki, ayrılan bu vəsaitlər həqiqtən də avtomobillərə ehtiyyat hissələrinin alınmasına xərclənir, yoxsa…

İnternet axtarış sistemlərində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin direktoru vəzifəsini kimin tutuğunu öyrənə bilmədik.  Mərkəzin heç rəsmi saytı da yoxdu. Bütün bunlar isə MMC-nin sanki qapalı bir müəssisə olmasından xəbər verir.

Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri  Nigar Alimovadır. O, bu vəzifəyə 2021-ci ildə təyin edilmişdir. Daha əvvəllər isə Vergilər Nazirliyinin aparatın rəhbəri vəzivəsində çalışıb.

 

Aktualinfo.org

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Prezident İlham Əliyev “Energy China” şirkətinin sədri ilə görüşüb
Next: “Fitch”: ABŞ-nin gömrük tariflərinin artırılması Azərbaycan banklarına minimal təsir göstərəcək

OXŞAR MÖVZULAR

niyazi-yol (1)

Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib

admin 05/03/2026
zaur mikayıl

“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…

admin 02/03/2026
qaçqınkom

Bakı və Biləsuvarda köçkün evlərinin təmirinə ayrılan 3 milyona yaxın vəsait daha haralara xərclənəcək

admin 02/03/2026

XƏBƏR LENTİ

  • DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb 06/03/2026
  • Tehranın “pul kisəsinə” zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır 06/03/2026
  • “İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır” – Hikmət Babaoğlu 06/03/2026
  • 240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir? 06/03/2026
  • BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir 06/03/2026
  • İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır 06/03/2026
  • İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb 06/03/2026
  • Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək? 06/03/2026
  • Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb 06/03/2026
  • Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir” 06/03/2026
  • Prezident Moldovanın Baş nazirinin müavinini qəbul etdi 06/03/2026
  • ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb 06/03/2026
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! 06/03/2026
  • İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov 06/03/2026
  • HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib 06/03/2026
  • İranda ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəymiş binaların sayını açıqlanıb 06/03/2026
  • Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır – Baş katib 06/03/2026
  • İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO 06/03/2026
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər? 05/03/2026
  • İpoteka limitləri saniyələr sonra bitdi? 05/03/2026

Sağlamlıq

meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026
xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.