Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 1
  • Nazirlə Əmiraslanov arasında qarşıdurma – Komitə sədri aptek xaosunu sərt tənqid etdi – VİDEO

Nazirlə Əmiraslanov arasında qarşıdurma – Komitə sədri aptek xaosunu sərt tənqid etdi – VİDEO

admin 01/05/2025
teymur-ehliman
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun Milli Məclisdə apteklərlə bağlı açıqlaması, onun Səhiyyə naziri Teymur Musayevlə münasibətlərinin sərin olduğunu ortaya çıxarıb. Ə.Əmiraslanov aptek bolluğunun ciddi problemlər yaratdığını vurğulayaraq, səhiyyə sahəsindəki çatışmazlıqları tənqid edib. Bu çıxış, həmçinin səhiyyə sistemindəki bəzi vacib məsələlərdə fikir ayrılığının mövcud olduğunu da üzə çıxarıb.
Əhliman Əmiraslanov açıqlamasında qeyd edib: “Bəlkə də dünyanın heç bir ölkəsində bu qədər aptek yoxdur. Hər addımda aptek görürük. Məsələn, bir binanın altında bir neçə aptek fəaliyyət göstərir. Görünür ki, vaxtında insanlar müraciət edib və lisenziya alıb. Həmin apteklərin fəaliyyətinin nə dərəcədə qanunauyğun olub-olmadığını bilmirəm. Hesab edirəm ki, əczaçılıq sahəsində kifayət qədər çatışmazlıqlar var. Seçicilərlə görüş zamanı hətta dərmanların keyfiyyəti ilə bağlı, əlçatanlıq və qiymətlə bağlı müraciətlər olur”.
Bakupost.az
Səhiyyə komitəsinin sədri, Səhiyyə naziri Teymur Musayevlə də bu məsələni müzakirə etdiyini bildirib: “Səhiyyə naziri Teymur Musayevlə danışıqlarımız da olub. Əczaçılıqla bağlı geniş beynəlxalq tədbir keçiriləcək. Bütün bu kimi məsələlərin orada müzakirə ediləcəyi nəzərdə tutulub”.
Bu açıqlamadan sonra İTV-nin “Sabaha Saxlamayaq” verilişində məsələ müakirəyə çıxarılıb. Həmin verilişdə iştirak edən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Feyzullayev Əhliman Əmiraslanovun açıqlamalarını təkzib edərək, Azərbaycanda aptek sayının əhalinin ehtiyacına uyğun olduğunu vurğulayıb. Feyzullayevin sözlərinə görə, aptek sayı ilə bağlı heç bir problem yoxdur. O,ə Bakı əhalisinin 5 milyon olduğunu iddia edərək, aptek bolluğunu normal hesab edib. Ancaq rəsmi məlumatlara görə, Bakıda əhalinin sayı 3,5 milyon civarındadır.
Bu açıqlama, səhiyyə sisteminin ağsaqqallarından biri hesab olunan Əhliman Əmiraslanov ilə Səhiyyə naziri Teymur Musayev arasında yaranan qeyri-rəsmi qarşıdurmanı ortaya qoyur. Əhliman müəllimin səhiyyə sistemindəki problemləri qabartması nazirin xoşuna gəlməyib və ona Səid Feyzullayevin vasitəsilə cavab verib.
Apteklərin sayı ilə bağlı dünya təcrübəsi və Azərbaycandakı vəziyyət
Əhliman Əmiraslanovun qeyd etdiyi apteklərin sayının çoxluğu, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da ticarət maraqları və tənzimləmənin zəifliyi ilə bağlıdır. Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, hər 3000-3500 nəfərə 1 aptek xidmət etməlidir. Lakin Bakı şəhərində təxminən 3000-dən çox aptek fəaliyyət göstərir. Bu isə normadan 3-4 dəfə çoxdur. Belə bir vəziyyət, həm apteklərin keyfiyyətinə, həm də onların fəaliyyəti ilə bağlı ciddi narahatlıqlara səbəb ola bilər.
Bakupost.az
Aptek sayının çox olmasının əsas səbəbləri aşağıdakılardır:
1.Ticarət maraqları: Aptek sektoru Azərbaycanda yüksək gəlirli sahəyə çevrilib. Xüsusilə paytaxt Bakıda tələbat böyük olduğundan aptek açmaq sərfəlidir.
2.Tənzimlənmənin zəifliyi: Apteklərin yerləşməsi və sayı ilə bağlı ciddi məhdudiyyət və strateji planlama olmadığı üçün demək olar ki, istənilən nöqtədə aptek açmaq mümkündür.
3.Əhali yaşlanması və xroniki xəstəliklərin artması: Xüsusilə şəkər, ürək-damar və tənəffüs xəstəlikləri artdıqca dərmana ehtiyac da çoxalır.
 
Bundan əlavə, apteklərin qanunauyğun fəaliyyət göstərməsi məsələsində də ciddi problemlər var:
1.Aptek açmaq üçün rəsmi lisenziya tələb olunsa da, bəzi apteklər sənədləri tam qaydasında olmadan fəaliyyətə başlayır.
2.Qanuna görə, aptekdə mütləq ixtisaslı əczaçı olmalıdır. Amma bəzi apteklərdə bu şərt formal yerinə yetirilir.
3.Dərmanların satış qaydasında da ciddi problemlər var. Reseptsiz satılması qadağan olan dərmanlar belə, bəzən sərbəst şəkildə satılır.
Bakupost.az
Azərbaycanda apteklərin sayı niyə artır?
Aptek fəaliyyətinin artırılmasının əsas səbəblərindən biri əhalinin sağlamlıq səviyyəsinin aşağı olmasıdır. Son illərdə Azərbaycanda xroniki xəstəliklər artıb. Şəkərli diabet, hipertoniya, onkoloji xəstəliklər, stress və depressiya ilə bağlı dərman istifadəsi kəskin yüksəlib. Sağlam həyat tərzinin təşviqi zəif aparıldığından profilaktik tədbirlər azdır və əhalinin sağlamlıq savadlılığı (health literacy) aşağı səviyyədədir.
Əhalinin dərman istifadəsi artıb: Yaşlıların, xroniki xəstələrin və stresslə əlaqədar psixoloji dərman istifadəçilərinin sayı çoxalıb. Özünümüalicə halları artaraq insanların həkimə getmədən dərman alıb istifadə etməsinin ümumi tendensiyaya çevrilməsinə səbəb olub.
Nəzarət mexanizmi zəifdir
Səhiyyə Nazirliyi aptekləri yoxlamaq səlahiyyətinə malikdir, lakin daimi və sistemli nəzarət hələ də normal səviyyədə deyil. Monitorinq və reydlər aparılır, amma bu tədbirlər yetərli olmur.
Bakupost.az
Redaksiyadan:
Əhliman Əmiraslanovun apteklərlə bağlı tənqidlərinin ardınca, bu məsələnin daha bir mühüm aspekti üzə çıxır. Aptek sayının azaldılması, peşəkar kadr çatışmazlığının aradan qaldırılmasına böyük ciddi göstərə bilər. Çünki apteklərin sayı azaldıqca, orada ixtisaslı kadrların cəmlənməsi və onlara daha yüksək əmək haqqı təklif edilməsi asanlaşar. Hazırda aptek sahəsində çalışmaq istəyən çox sayda ixtisaslı kadr, 500-600 manatlıq maaşla işləmək istəmir.
Azalan aptek sayı həm də bu sektorda kadrların daha yüksək standartlarla çalışmasına şərait yarada, mütəxəsislərin  cəlb edilməsi və onların peşəkar bacarıqlarının artırılması sahəsində ciddi irəliləyişlərə yol aça bilər./bakupost.az
PAYLAŞIN:

Continue Reading

Previous: Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər
Next: Baş prokuror: “Azərbaycan Prokurorluğu bundan sonra da üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcək”

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.