Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 5
  • Deputatdan sülh müqaviləsi ilə bağlı mühüm açıqlama

Deputatdan sülh müqaviləsi ilə bağlı mühüm açıqlama

admin 05/05/2025
zahid-oruc

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin rəhbəri Zahid Orucun müsahibəsini təqdim edirik:

– Zahid müəllim, Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılaşma əldə olunsa da, tərəflər hələ də yekun sazişlə bağlı masaya oturmayıblar. Prosesin ləngidilməsi sülh şanslarının itirilməsi ilə nəticələnə bilərmi?

– Hər bir halda açıq platformalardakı görüşlər əvvəlki intensivlikdən qat-qat azalıb. Bu isə müəyyən bir göstəricidir. Belə olan halda reallıq, işarələr və mesajlar bizə ipucları verir, imkanlar yaradır. Danışıqlar hazırda xüsusi müddəaların üzərində belə davam etmir. Hətta bəziləri onu baza sazişi, çərçivə müqaviləsi adlandıra bilərdi. Bir müddət bu məsələlərin üzərində iş getdi. Azərbaycanın hərbi siyasi iradəsi, Ali Baş Komandan Prezident İlham Əliyevin liderliyində bu, diplomatik masaya daşındı. Görünən mənzərə ondan ibarət oldu ki, həqiqətən də döyüş meydanlarındakı kimi burada da öz mövqeyimizi uğurla təmsil edə bilirik. Təəssüflər olsun ki, belə bir hal Azərbaycan tarixində yaşanmayıb. Biz əksər hallarda taleyimizin başqa qüvvələr tərəfindən həll olunduğunu görmüşük. Bəlkə də mümkündür ki, bir azərbaycanlı şəxsin rütbəsindən, ranqından asılı olmayaraq imzalanan sənəddə onun adı keçib, amma əksər hallarda taleyimizi son dərəcə zərbə altında qoyan müqavilələr olub. Ona görə də indiki nəticələri Prezident İlham Əliyev qalibiyyətinin İlham Əliyev müqaviləsinə daşınmağı kimi də xarakterizə eləmək istərdik.

– Sülh prosesinə regional kommunikasiya xəttləri ilə bağlı məsələlərin təsirini necə dəyərləndirirsiniz? İddialar odur ki, İrəvan bu məsələyə əlavə qüvvələr cəlb etmək niyyətindədir…

– Fakt odur ki, Ermənistan tərəfi Zəngəzur məsələlərində prosesi bir neçə qütb, qüvvə, coğrafiyalar, əsasən də ATƏT-in Minsk Qrupunun keçmişdə üzvü olan Fransa və Amerikaya daşımaqla bölgəni beynəlmiləl mənafelərin toqquşması meydanına çevirməyə çalışdı. Bu isə onların növbəti bir xarici siyasi “doktrinası” oldu. Sözsüz ki, bu, qətiyyən təkcə Rusiyadan qopmaq deyil. 2016-cı ilin aprel döyüşlərindən sonra Ali Baş Komandan, Prezident İlham Əliyev tarixi, strateji bir fikir söyləmişdi ki, Ermənistan Qarabağa görə girovdur və özünün xarici siyasətini belə tələdə saxlayır. Sanki əsarətdədir və bu yüz illərdir ki, belədir. Qarabağ azad olanda Ermənistan da müəyyən qədər azad olacaq, beləliklə xarici siyasətini, dövlət idarəçiliyini hansısa paytaxtlarda deyil, məhz öz iradəsinə uyğun qura biləcək. Təəssüflər olsun ki, Ermənistanda bir qütbü digəri əvəz etməyə çalışdı. ABŞ-ın sabiq prezidenti Cozef Bayden Administrasiyası son günlərini yaşadığı vaxtda, yeni Amerika prezidentinin andiçməsindən üç gün əvvəl deklorativ xarakter daşıyan, amma “Ermənistan bizim qanadımız altında olacaqdır” müqaviləsi müttəfiqlik prinsipləri deyilən məsələnin nəticəsi idi. Hətta iddia edirdilər ki, “hərbi, maliyyə cəhətdən orduda müxtəlif islahatlardan sonra yeni quruculuq siyasətlərini biz idarə edəcəyik” kimi bir yanaşma idi.

– Azərbaycan isə İrəvan-Vaşinqton arasındakı məlum razılaşmadan sonra da sülh niyyətindən imtina etmədi…

– Ona görə də hazırda biz deyə bilərik ki, Azərbaycanın sülh danışıqlarında məhz konstruktiv mövqe göstərməsi düzgün bir yanaşma idi. Çünki 2020-ci ildəki Vətən Müharibəsinin şərtlərindən doğan əsas müddəalar tam olaraq yerinə yetirilib qurtarmalıdır. Əslində hər zaman belə bir düşüncə hakimdir ki, sülh müqaviləsi Zəngəzur dəhlizi açıldıqdan sonra mümkün olacaq. Yalnız o halda bu proses inandırıcı xarakter daşıyacaq ki, o sənəddə nəinki Minsk Qrupunun digər məsələlərin də həlli reallaşacaq. Nikol Paşinyan da indi iddia edir ki, Minsk Qrupundan imtina sülh müqaviləsi imzalanmaqla eyni zamanda həyata keçirilə bilər.

– Bununla nəyə nail olmaq istəyirlər?

– İndi sanki Azərbaycanı masaya gətirmək üçün mövqe sərgiləyirlər. Ancaq burada da Amerikanı fəal şəkildə moderatorluğa qatdılar. Xatırlayırsınıza, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Amerikada 5 saatlıq görüşü oldu. Həmçinin Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyində prosesi xeyli irəlilətmək mümkün olmuşdu. Bununla əslində sülh danışıqları sanki müxtəlif paytaxtlara daşınmışdı.

– Amma əsas nəticələr isə tərəflər arasında vasitəçi olmadan əldə edildi. Sülh prosesinin də bu şərtlər çərçivəsində yekunlaşması gözlənilirmi?

– Bu, həqiqətən də belədir. Vasitəçi olmadan prosesi irəli aparmaq şansları artdı. İndi isə delimitasiya prosesində əvvəlki fəallıq özünü göstəmir. Ola bilsin ki, Paşinyan cəmiyyətdən gələn mesajları dərindən hiss edir. Onlar Gümrü və onun çevrəsindəki seçkilərdəki məğlubiyyətlərini ümumxalq nəticələri kimi qəbul etmək istəmirlər. Amma Paşinyana erməni cəmiyyətinin münasibəti ondan ibarət idi ki, Ermənistan nəhayət Qarabağ yükündən azad olunursa, bu prosesi bir qədər də irəli aparsın, Azərbaycan və türk dünyası ilə münasibətləri qursun və bununla da missiyası başa çatsın. Bütün bunların fonunda Azərbaycan öz liderinin strategiyası və iradəsi ilə prosesi düzgün həyata keçirməkdədir. Düşüncəmiz də odur ki, Zəngəzur dəhlizi açıldıqdan sonra sülh müqaviləsinin də imzalanması reallaşacaq./teleqraf.com

PAYLAŞIN:

Continue Reading

Previous: Xalq artisti Adil İsgəndərovun doğum günüdür
Next: Neft qiymətlərinin çökməsi başladı – “Bu dövrü daha ağrısız-acısız keçirmək üçün ölkədaxili enerjimizi toparlamalıyıq”

OXŞAR MÖVZULAR

moodys_logo_new

“Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib

admin 22/05/2026
trend_gunel_gulieva

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı üzrə yeni ekoloji layihələr hazırlanır – Günel Quliyeva

admin 20/05/2026
4d2155f3-8402-4573-8d6e-116699cf4b66_740

Zaman eyni, qazanc fərqli… – Saatlıq maaş hansı ölkədə nə qədərdir?

admin 15/05/2026

XƏBƏR LENTİ

  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026
  • Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub – İTTİHAM AKTI 25/05/2026
  • İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün 25/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT 25/05/2026
  • Qurban bayramı ilə bağlı fətva verildi 25/05/2026
  • Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı 25/05/2026
  • Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb 25/05/2026
  • Putini II Nikolayın taleyi gözləyir – Servis 25/05/2026
  • iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir – FOTO 25/05/2026
  • “Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb 25/05/2026
  • Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb 25/05/2026
  • Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq 25/05/2026
  • Yeni tikililərlə bağlı VACİB dəyişiklik: Qərar mənzil bazarını silkələyəcək 25/05/2026
  • Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər 22/05/2026
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran 22/05/2026
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…” 22/05/2026
  • Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər 22/05/2026
  • Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev 22/05/2026
  • Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT 22/05/2026
  • “Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib 22/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.