Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 13
  • Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq

Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq

admin 13/05/2025
zengezur (2)

 

“Postpandemiya dövründə dünyada geostrateji tarazlığın yenidən qurulması prosesi, Rusiya-Ukrayna müharibəsi, ABŞ-nin dünya iqtisadiyyatına yönəlik yeni yanaşmaları qlobal iqtisadi parametrlərdə mühüm dəyişikliklər yaradıb.

Artıq iqtisadi güc yalnız ümumi daxili məhsulla deyil, enerji təhlükəsizliyi, logistik çeviklik və regional təsir imkanları ilə ölçülür. Bu mənada, Azərbaycanın artan rolu açıq şəkildə görünür.”

Bu sözləri açıqlamasında iqtisadçı alim Fuad İbrahimov deyib.

Ekspert qeyd edib ki, mövcud iqtisadi sabitliyi, zəngin təbii sərvətləri və bu sərvətləri iqtisadi dövriyyəyə cəlb etmək bacarığı fonunda formalaşan müasir infrastruktur layihələri – Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolunun strateji baxımdan nə qədər uzaqgörənliklə planlaşdırıldığını bu gün daha aydın görürük:

“Dünyada iqtisadi tələblər dəyişdikcə, Azərbaycan öz tranzit potensialı və əlverişli coğrafi mövqeyi ilə daha da cazibədar bir ölkəyə çevrilir. Çin və ABŞ arasında artan gərginlik fonunda alternativ bazarlara çıxış daha da əhəmiyyət kəsb edir.

Bu nöqtədə, Avropa bazarı hələ də ən güclü ödəniş qabiliyyətinə malik alternativlərdən biri olaraq qalır. Məsələn, 2019-cu ildə Çin-Avropa ticarət dövriyyəsi 540 milyard dollar təşkil edirdisə, bu rəqəm 2023-cü ildə pandemiyaya baxmayaraq, 750 milyardı ötüb və artım tempinə görə trilyona yaxınlaşır.

Bu həcmdə yükdaşımalar üçün Azərbaycan üzərindən keçən qlobal nəqliyyat qovşaqları – Zəngəzur dəhlizi, İran və ya Gürcüstan üzərindən keçən alternativ marşrutlar xüsusi əhəmiyyət daşıyır. Hər üç istiqamət mütləq şəkildə gücləndirilməli, texniki imkanları artırılmalıdır.

Əlbəttə, bu layihələr təkcə iqtisadi deyil, həm də strateji və ideoloji xarakter daşıyır. Türk dünyasının birləşməsi ideyası da bu kontekstdə aktualdır. Ancaq konkret olaraq Zəngəzur dəhlizi iqtisadi baxımdan daha çevik və yükaşırma qabiliyyəti baxımından üstün hesab olunur. Bu dəhlizin açılması Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün də yeni imkanlar yaradacaq.

İxrac dəhlizləri üzərində yerləşəcək istehsal obyektləri bir tərəfdən rəqabət mühitini formalaşdıracaq, digər tərəfdən isə qiymətlərin formalaşmasında şəffaf və bazaryönümlü mexanizmləri dəstəkləyəcək. Bu isə ümumilikdə Azərbaycanın qeyri-neft sektoru-xidmət sahələri, turizm, istehsal və digər istiqamətlər üçün ciddi bir inkişaf platforması olacaq.

Qısa müddətdə Azərbaycan həm tranzit, həm də logistika sahəsində əldə edəcəyi gəlirlərlə qeyri-neft sektoruna güclü impuls verəcək və iqtisadiyyatın şaxələndirilməsi prosesini daha da sürətləndirəcək.”

PAYLAŞIN:

Continue Reading

Previous: Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil təminatı tədbirləri davam edəcək
Next: Elektronika mağazalarının fırıldaqları niyə adi hal alıb

OXŞAR MÖVZULAR

ncfSzA2BWrTBFZt3gTDcRtEbwKgQFPlakjVbgNBE_1200

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

admin 25/05/2026
nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.