Skip to content
07/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 14
  • Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ

Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ

admin 14/05/2025
klinik-x-na

 

Həkim Firdovsi İbrahimov hikkəsi və inadkarlığı ilə, müxtəlif əsassız bəhanələr gətirməklə, 2‐ci qrup müharibə əlilinin müayinəsindən imtina edib…

Bu iddia Siyəzən rayonu, M.V. Vidadi küçəsi, ev 45 ünvanında yaşayan Zeynalov Mabəddin Qabil oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciətdə yer alır…Həkim Firdovsi İbrahimovun rezidenti bizimlə telefon danışığında səslənən iddiaları cavablandıracaqlarını bildirsə də, olmadı(?)
Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlərlə dərc edirik:

“Məlumat üçün yazıb Sizə bildirmək istəyirəm ki, 2‐ci qrup müharibə əlili atam Zeynalov Qabil Mabəddin oğlu yüksək şəkərli diabet xəstəliyi, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkdiyi üçün 18 aprel 2025‐ci il tarixdə vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyulmuş, təcili yardımın köməyi ilə xəstə Bakı şəhəri, Mərkəzi Klinikaya təxliyə edilmişdir. Mərkəzi Klinikada kardiologiya şöbəsinin müdiri, həkim‐kardioloq kimi fəaliyyət göstərən Firdovsi İbrahimov, atam Qabil Zeynalovu müayinə etdikdən sonra, onda ürəy damarının tutulması aşkar edilərək, onun ürəyinin damarına angioplastika yolu ilə STENT qoyulduqdan sonra, təkrarən 26 aprel 2025‐ci il tarixdə növbəti müayinədən geçməsini bildirmişdir. 26 aprel 2025‐ci il tarixdə atam Qabil Zeynalov yaxın ailə üzvlərimizin köməyi ilə birgə Mərkəzi Klinikaya Firdovsi həkimin baxışından keçməsi, təkrarən müayinə edilməsi üçün gətirilsə də, Mərkəzi Klinikada qeydiyyat şöbəsinə yaxınlaşan zaman, oradakı əməkdaşlar qanunsuz olaraq, pul köçürmələrini tələb edərək, əks halda xəstəyə baxmayacaqlarını bildirmişlər. Firdovsi həkimin köməkçiləri də eyni sözləri bildirərək xəstə yaxınlarından pul köçürmələrini tələb etmişdir.

Nəzərinizə çatdırmaq istəyirəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunda göstərilir ki, vətəndaş qeydiyyatda olduğu ərazi üzrə tibbi xidmətlərin göstərilməsi, bu mümkün olmadığı təqdirdə, vətəndaşa tibbi xidmətlərin göstərilməsi üçün aidiyyəti üzrə tibb müəssisəsinə göndəriş verilərək, həkim müayinəsindən keçə bilər. Həkim müalicəsindən sonra vətəndaş təkrarən tam ödənişsiz qaydada 45 (qırx beş) gün ərzində müalicə aldığı həkim tərəfindən müayinə oluna bilər. Burdanda açıq‐aydın görünür ki, Mərkəzi Klinikanın qeydiyyat şöbəsinin əməkdaşları və Firdovsi həkimin köməkçiləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunun bu tələbini kobud şəkildə pozmuşlar. Bununla bağlı xəstənin yaxınları Firdovsi həkimin otağına yaxınlaşaraq xəstənin 2‐ci qrup müharibə əlili olduğunu qeyd etsələr də, əfsuslar olsun ki, Firdovsi həkim və köməkçiləri isə ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibə əlillərinin daim diqqət mərkəzində saxlanılması və onların incidilməməsi haqqında tapşırıq və tövsiyyələrinə əməl etməyərək, atam Qabil Zeynalovu sovet dönəmində vuruşduğunu, onu müharibə əlili kimi tanımadıqlarını açıq şəkildə ifadə edərək, müharibə əlilləri arasında ayrı‐seçkiliy salmaqla bu kimi təxribatla da məşquldurlar. Buna dair biz də onların videogörüntüləri və səsyazıları mövcuddur. Lazım gələrsə həmin faktları aidiyyəti üzrə təqdim etməyə hazıram. Onu da bildirmək istəyirəm ki, əlacsız qalmaları səbəbindən Firdovsi həkim və köməkçilərinin dedikləri ilə razılaşmaq məcburiyyətində qalan xəstə yaxınları, xəstənin ixtisaslı müayinə və müalicə olunması üçün Mərkəzi Klinikaya ödənişlər etmişdir. Həmin ödənişlərə dair bizdə qəbzlər də var. Ödənişləri etdikdən sonra, xəstəni kardioloq Firdovsi İbrahimovun qəbuluna keçirən zaman, xəstəxananın mühafizə xidməti yaxınlaşaraq, həkimin xəstəni qəbul etmək istəmədiyini bildirmişdir. Səbəb də o, olmuşdur ki, Firdovsi həkimin dediyinə görə guya ki, biz ondan yuxarı instansiyalara şikayətlər etmişik. Halbu ki, belə şey baş verməmişdir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq, hər bir vətəndaşın təklif, ərizə və şikayət etmək hüququ vardır. Nə mən, nə də ki, digər ailə üzvlərimizin Firdovsi İbrahimovun barəsində şikayətlər etmədiyini xəstənin yaxınları Firdovsi həkimin diqqətinə çatdırsalarda, bütün bunlara baxmayaraq, həkim Firdovsi İbrahimov hikkəsi və inadkarlığı ilə rəftar edərək, müxtəlif əsassız bəhanələr gətirməklə, 2‐ci qrup müharibə əlili atam Zeynalov Qabil Mabəddin oğlunu ixtisaslı müayinə və müalicə etməkdən, bir sözlə xəstəsindən əsassız və qanunsuz, həmçinin qərəzli olaraq imtina etmişdir. Mən və demək olar ki, əksər ailə üzvlərimiz dərhal bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi’nin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ‐ 1542 və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi’nin ‐ 815 qaynar xətlərinə zəng edib məlumat bildirdikdən sonra, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələ ilə bağlı Mərkəzi Klinika’nın müvafiq şəxsləri ilə əlaqə yarıtmağa çalışsada həkimlər danışmaqdan boyun qaçırmışlar. Əlavə olaraq bildirmək istəyirəm ki, mən bundan öncə də qeyd etdiyim məsələ ilə bağlı 26 aprel 2025‐ci il tarixdə, AR‐nın Səhiyyə Nazirliyi’nin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyi ‐ 1542 və TƏBİB‐nin ‐ 815 qaynar xətlərinə zəng edib şifahi məlumat bildirməyimlə yanaşı, eyni zamanda müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazaraq, 2‐ci qrup müharibə əlili, atam Zeynalov Qabil Mabəddin oğlunun başına hər hansı bir xoşagəlməz hadisə gələrsə, ilk növbədə tələbimizin Firdovsi İbrahimovdan olacağını bildirmişdim. Lakin, onunla bağlı heç bir tədbir görülmədiyindən, atam Qabil Zeynalov həmin hadisənin səhəri günü yəni 27 aprel 2025‐ci il tarixdə dünyasını dəyişmək məcburiyyətində qaldı. Həmin 26 aprel 2025‐ci il tarixli müraciətimi də indi ki, ərizəmə əlavə edərək Sizə göndərirəm.
Odur ki, yuxarıda qeyd edib göstərdiyim xüsusat və faktların öz nəzarətiniz altında kökündən, tam, hərtərəfli və obyektiv araşdırılaraq, Mərkəzi Klinikada kardiologiya şöbəsinin müdiri kimi fəaliyyət göstərən həkim‐kardioloq Firdovsi İbrahimovun xəstəmizə qarşı etmiş olduğu qanunsuz və cinayət xarakterli hərəkətlərinə obyektiv hüquqi qiymət verilərək, onun barəsində qanunamüvafiq ciddi tədbirlər görməyinizi Sizdən artıq dərəcə də xahiş edirəm.
Hörmətli sayt rəhbəri bu müraciətimin işıqlandırılmasında mənə köməklik göstərəsiniz”. /yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Beş ayda iki böyük qalmaqal – İmişlinin icra başçısı kimdir?
Next: Korotçenko: “İrəvan ona görə silahlanır ki, təxribata əl atsın”

OXŞAR MÖVZULAR

medaura-klinik

240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir?

admin 06/03/2026
bsih

BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir

admin 06/03/2026
nerimanov-tik

Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək?

admin 06/03/2026

XƏBƏR LENTİ

  • DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb 06/03/2026
  • Tehranın “pul kisəsinə” zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır 06/03/2026
  • “İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır” – Hikmət Babaoğlu 06/03/2026
  • 240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir? 06/03/2026
  • BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir 06/03/2026
  • İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır 06/03/2026
  • İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb 06/03/2026
  • Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək? 06/03/2026
  • Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb 06/03/2026
  • Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir” 06/03/2026
  • Prezident Moldovanın Baş nazirinin müavinini qəbul etdi 06/03/2026
  • ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb 06/03/2026
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! 06/03/2026
  • İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov 06/03/2026
  • HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib 06/03/2026
  • İranda ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəymiş binaların sayını açıqlanıb 06/03/2026
  • Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır – Baş katib 06/03/2026
  • İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO 06/03/2026
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər? 05/03/2026
  • İpoteka limitləri saniyələr sonra bitdi? 05/03/2026

Sağlamlıq

meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026
xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.