Skip to content
16/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 16
  • AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar…

AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar…

admin 16/05/2025
aqta-şirvan
Şirvanda AQTA-nın regional bölməsi sahibkarlara və vətəndaşlara müsibət yaşadır...

Əslində AQTA-nın Şirvanda etdikləri ağıla və məntiqə sığmır, çünki bu qurumun vəzifəsi bu gün Şirvanda etdiklərinin baş verməsini önləməkdir. Amma onlar qurumum təməl qaydalarını özləri pozurlar.

Bu barədə Şirvan şəhərində və yaxın rayonlarda fəaliyyət göstərən ət dükanlarının və şadlıq evlərinin sahiblərindən aldığımız çoxsaylı şikayətlərdə bildirilir. Şikayətlərdə qeyd edilir ki, AQTA-nın Şirvan-Salyan Regional Bölməsinin nəzdində cəmi bir Ət Kəsim Məntəqəsi fəaliyyət göstərir və bu məntəqə sözün tam anlamıyla sahibkarların və vətəndaşların kabusuna çevrilib.

Şikayətlərə əsasən Şirvanda yerləşən Regional Ət Kəsim Məntəqəsinin fəaliyyəti sadəcə olaraq regionun ətlə təminatını çətinləşdirməyə və sahibkarlıq fəaliyyətinə mane olmağa, əhalinin qeyri-sağlam qida ilə təmin olunmasına yönəlib.

İnsanlara zülm, biznesə zərər…

Qeyd edək ki, AQTA-nın Şirvan-Salyan Regional Bölməsinə Şirvan şəhəri, Salyan, Biləsuvar, Hacıqabul və Neftçala rayonları aiddir. Şikayətçilər sual edirlər ki, 1 şəhəri və 4 rayonu əhatə edən Regional ərazidə cəmi bir Ət Kəsim Məntəqəsinin fəaliyyət göstərməsi sakinlərin və sahibkarların regional probleminə çevrilib.

Açığı bu qədər böyük bir ərazidə ancaq bir Ət Kəsim Məntəqəsinin fəaliyyət göstərməsinin izahı belə yoxdur. Nəzərə alsaq ki, AQTA ət dükanlarından və şadlıq evlərindən heyvan kəsimini ancaq Regional Ət Kəsim Məntəqəsinhə həyata keçirməyi tələb edir, o zaman insanlara verilən zülm və biznesə dəyən zərəri təsəvvür edin…

Bir tərəfdən sahibkarlar rayonlardan heyvanları Şirvana gətirmək əziyyətinə qatlaşır, əlavə xərclərə düşürlər, digər tərəfdən isə çəkdikləri əziyyətin və xərcin qarşısında gördükləri xidmət onları sadəcə şoka salır. Çünki saatlarla məntəqədə qalan ət sadəcə xarab olur və istifadəyə yararsız hala gəlir.

Təsəvvür edin ki, Biləsuvardan, ya da Neftçaladan Şirvana heyvanı gətirib kəsdirmək və geri aparmaq sahibkarlar üçün nə boyda xərc və nə boyda əziyyətdir. Bu zaman ərzində isə ətin xarab olması da qaçılmazdır. Heyvanı öz dükanında kəsən sahibkarlar isə AQTA tərəfindən 1500 manat miqdarında cərimələnir və cəriməni ödəməyənlərin dükanları bağlanır.

Regional Ət Kəsim Məntəqəsində cəmi bir qəssab çalışır

1 şəhər və 4 rayona xidmət göstərən Şirvan Regional Ət Kəsim Məntəqəsində cəmi bir qəssab və onun bir köməkçisi çalışır. Sahibkarlar deyir ki, bu da məntəqədə böyük növbənin yaranmasına səbəb olur. Əlavə xərclərə məruz qalaraq heyvanlarını kəsim üçün Şirvana gətirən sahibkarlar burda növbəyə durmağa məcbur olurlar. Saatlarla məntəqənin qarşısında növbə gözləyən sahibkarlar əti vaxtında alıcıya və şadlıq evlərinə çatdırılmır və faktiki olaraq insanlar həm əziyyət çəkir, həm də ziyana düşürlər.

Digər bir problem isə odur ki, heyvanları kəsdikdən sonra əti sahiblərinə vermirlər. Çünki kəsilmiş ətlərə məntəqənin müdiri sənəd verməlidir ki, bu sənədin də verilməsi saatlarla uzanır. Antisanitar şəraitdə ət saatlarla məntəqədə saxlanılır və bəzi hallarda xarab olur.

Sahibkarlar deyirlər ki, əgər Şirvan Regional Ət Kəsim Məntəqəsinin müdiri İsmayıl Tərlanov əlavə qəssab çalışdırmağı özü üçün artıq xərc hesab edirsə, o zaman onlara öz heyvanlarını kəsmək imkanı versin. Xatırladaq ki, ət dükanlarının sahibləri hamısı uzun illər fəaliyyət göstərən peşəkar qəssablardır.

Məntəqədə ətin heç bir müayinəsi aparılmır

Şirvan Regional Ət Kəsim Məntəqəsində ətin heç bir müayinəsi aparılmır. Sahibkarlar bildiririrlər ki, məntəqədə həkim və laboratoriya otaqları olsa da, o otaqların qapısı həmişə bağlı olur. Heç məntəqədə ətin müayinəsini həyata keçirmək üçün avadanlıq və mütəxəssis də yoxdur. Laboratoriya və həkimin missiyasını Şirvan Regional Ət Kəsim Məntəqəsinin müdiri İsmayıl Tərlanov həyata keçirir. Cənab Tərlanovun gözüyumlu imzalayıb möhürlədiyi sənəd isə daşdan da keçir. Bu zaman ətdə hər hansı bir xəstəliyin olub-olmaması isə məntəqə müdirini maraqlandırmır. Qeyd edək ki, regionda tarixən bruselyoz xəstəliyi yayğın olur.

Sahibkarların iddasına görə məntəqədə heç həkim və laborant ştatları belə yoxdur. Məntəqə özəl müəssisə olaraq fəaliyyət göstərsə də, bu ştatların olmaması isə AQTA-ya qarşı böyük suallar yaradır. Çünki Ət Kəsim Məntəqələrini AQTA məhz ətin müayinəsini təşkil etmək və əhaliyə sağlam qida təmin etmək üçün yaradıb. Əgər bu məntəqələrdə laboratoriya və həkim xidməti yoxdursa, o zaman məntəqənin fəaliyyətinə hansı lüzum var? Ümumiyyətlə AQTA-nın Şirvan-Salyan Regional Bölməsi regionda Ət Kəsim Məntəqəsini hansı məntiqlə təşkil edib? Yalnız insanlara zülm edib pul qazanmaq üçünmü? Bu məntiqdən belə çıxır ki, əhalinin sağlam qida ilə təmin olunması AQTA-nın Şirvan-Salyan Regional Bölməsini maraqlandırmır. Yəqin ki, elə AQTA-nın mərkəzi rəhbərliyini də maraqlandırmır. Hər halda görünən mənzərə bunu deməyə əsas verir.

Məntəqədə heyvanları elektromişarla kəsirlər və dini qaydalara riayət etmirlər

Sahibkarların bizə açıqladığı tükürpədici faktlardan biri də heyvanların kəsilmə qaydasıdır. Bütün sahibkarlar iddia edirlər ki, məntəqədə kəsim islam qaydalarına uyğun aparılmır və bu da yerli sakinlərin və sahibkarların narazılığına səbəb olur. Ən dəhşətli faktlardan biri isə kəsim qaydasıdır. Şikayətçilər bildirirlər ki, kəsim elektromişarla aparılır. Qeyd edək ki, heyvanlara qarşı çox ciddi qeyri-humanitar aktdır və belə bir qeyri-humanitar kəsim qaydası kəskin şəkildə pislənməli və ortadan qaldırılmalıdır.

Digər tərəfdən isə heyvanların dini qaydalardan kənar kəsilməsi də ciddi nöqsandır. Xalqımız uzun illərdir ki, heyvan kəsimində bu qaydalardan istifadə edir və bu qaydalara riayət olunmayaraq kəsilən ət haram hesab olunur.

Kəsim məntəqəsində antisanitariya hökm sürür

Sabibkarlar bildirirlər ki, kəsimin həyata keçirildiyi yerdə anti-sanitariya hökm sürür. Bu isə ümumiyyətlə AQTA-nın qaydalarına ziddir. Yəni AQTA-nın kəsim məntəqələrini hansı səbəbdən yaratması yenidən sual yaradır. Əgər kəsim məntəqələrində ət müayinə olunmursa və ət anti-sanitar şəraitdə kəsilirsə, o zaman bu məntəqələrini yaradılmasının hansı zərurəti qalır?

Qeyd edək ki, sahibkarların iddasına görə, bur çox hallarda sahiblərinə çox gec verildiyinə görə, məntəqədə ət xarab olur və istifadəyə yararsız hala gəlir.

Məntəqə xidmət haqqını özü müəyyən edir

Şirvan Regional Ət Kəsim Məntəqəsinin xidmətindən istifadə etdiklərinə görə sahibkarlardan və yerli sakinlərdən dana kəsiminə görə 51 manat, quzu kəsiminə görə isə 12 manat alınır. Məntəqənin xidmətindən istifadə edən sahibkarlar bu ödənişin qanunsuz olduğunu, onlara ödənişə görə heç bir qəbz verilmədiyini, ya da qəbz tələb edərkən xidmət haqqının 6 manat yazıldığını bildirirlər. Əgər ödəniş belə qanunların tələbinə uyğun şəkildə aparılmırsa, o zaman rüsumun qanuniliyi də öz mahiyyətini itiririr. Maraqlıdır ki, kəsimə görə ödəniş qiymətinin kim tərəfindən təyin olunduğunu da sahibkarlar bilmir. Onlara sadəcə bu barədə məlumat verilmir. Sahibkarlar isə bir dana üçün 51 manatın həddindən artıq çox olduğunu bildirirlər. Üstəlik bura heyvanı məntəqəyə gətirmək və digər xərclər də əlavə olunur. Bütün bunlar isə təbii olaraq ətin bazardakı qiymətinə təsir edir.

Yəni faktiki olaraq, AQTA-nın təşkil etdiyi Kəsim Məntəqələri ətin keyfiyyətini aşağı salaraq, bazara qeyri-sağlam qidanın çıxarılmasının iştirakçısı olaraq və sahibkarlara problemlər yaradaraq bazarda ətin qiymətinin artmasını təmin edirlər. Bu isə o deməkdir ki, AQTA fəaliyyət mahiyyətininin tamamilə əksinə olan fəaliyyətlə məşğul olur.

AQTA sahibkarları əsasız yerə cərimə edir

Faktiki olaraq heç bir əməli və qanuni fəaliyyətə göstərməyən və bütün fəaliyyəti sahibkara ziyan vurmağa, eyni zamanda bazarda ətin qiymətinin artmasına yönələn AQTA-nın Şirvan-Salyan Regional Bölməsi və Şirvan Regional Ət Kəsim Məntəqəsi əlbir şəkildə sahibkarların cərimlənməsini də təşkil edirlər. Sahibkarlar qeyd edirlər ki, məntəqəyə getməkdən, ya da rüsumun çox olması ilə əlaqədar olaraq ödəniş etməkdən imtina edənlər və şikayətçi olunanlar Şirvan Regional Ət Kəsim Məntəqəsinin müdiri İsmayıl Tərlanov tərəfindən Şirvan-Salyan Regional Bölməsinə şikayət olunur. Bundan sonra isə Regional Bölmənin əməkdaşları həmin ət dükanını 1500 manat cərimə edirlər və cəriməni ödəməkdən imtina edənlərin dükanları isə bağlanır. Maraqlıdır ki, cərimə nağd şəkildə alınır və bu zaman dükan sahiblərinə qəbz verilmir. Yəni faktiki olaraq dövlət büdcəsinə gedəcək pullar Regional Bölmənin əməkdaşlarının cibinə gedir.

AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar...
AQTA-nın Şirvan-Salyan Regional Bölməsinin müdiri Ruslan Əsgərov

Sahibkarlar onu da bildiriblər ki, “kal armud kimi onların boğazına keçən” Şirvan Regional Ət Kəsim Məntəqəsinin müdiri İsmayıl Tərlanovun hamisi və əsas şəriklərindən biri də Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini–Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayevdir. Buna görə də sahibkarların üzləşdikləri dözülməz vəziyyətlə bağlı icra hakimiyyətinə şikayətləri də bir qayda olaraq cavabsız qalır və sonradan həmin şikayətçilər AQTA-nın Şirvan-Salyan Regional Bölməsinin təzyiq və təqibləri ilə üzləşirlər. Eyni vəziyyət sahibkarların AQTA-ya müraciəti zamanı da təkrarlanır. Yəni sahibkarlar faktiki olaraq “sehirli dairə”də dözülməz şəraitə tabe olmağa məcbur edilirlər.

AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar...
Şirvan Regional Ət Kəsim Məntəqəsinin müdiri İsmayıl Tərlanov

Qeyd edək ki, sadalanan problemlər və qüsurlarla bağlı AQTA-nın mətbuat xidməti ilə əlaqə saxladıq və vəziyyəti şərh etmələrini xahiş etdik. Mətbuat xidmətindən bizə bildirdilər ki, rəsmi sorğu ilə müraciət edək və onlar bu sorğunu araşdırıb bizə cavab verəcəklər. Sorğumuzu göndərəndən sonra dəfələrlə AQTA-nın mətbuat xidməti ilə əlaqə yaratmağa cəhd etsək də, qarşı tərəf telefon zənglərimizə cavab vermədi. Buna baxmayaraq, Şirvan-Salyan Regional Bölməsində yaramış vəziyyətlə və səsləndirilən tükürpədici iddialarla bağlı AQTA-nın mövqeyini dərc etməyə hazırıq. /poliqon.info

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: “Bahar Enerji Limited” şirkətinə “DUR” deyən olacaqmı -“Vəziyyət biabırçı haldadır”
Next: Əhalinin xərclərində ərzağın payının yüksək olması həyat səviyyəsinin aşağı olmasını göstərən amillərdən biridir

OXŞAR MÖVZULAR

ATU-716x403

Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı

admin 16/03/2026
qht-gilavar

QHT Agentliyinin köhnə problemləri: qaydalar kağız üzərində, qərarlar isə “tanışlıq prinsipi” ilə

admin 13/03/2026
qht-aygün

Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi – Adı başqa, içi başqa QHT layihələri

admin 13/03/2026

XƏBƏR LENTİ

  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026
  • İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR 16/03/2026
  • Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib” 16/03/2026
  • “Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır 16/03/2026
  • “Tramp İranda siyasi fiaskoya uğradı” – “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək…” 16/03/2026
  • “Xamenei Moskvaya aparılıb…” – “Putin Pezeşkiana təklif edib ki…” 16/03/2026
  • ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir- Quru əməliyyatı baş tuta bilər 16/03/2026
  • Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı 16/03/2026
  • Tramp İranla müharibədə məğlub olacaq 16/03/2026
  • Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi. 16/03/2026
  • İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər 16/03/2026
  • Avstraliya və Yaponiya Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edib 16/03/2026
  • Tokayev: Bütün dünyaya qazax cəmiyyətinin siyasi mədəniyyətini göstərdik 16/03/2026
  • Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək 16/03/2026
  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.