Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 19
  • Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsinə “gül satan qız” əslində kimdi

Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsinə “gül satan qız” əslində kimdi

admin 19/05/2025
mingəçevir---

 

Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən 11.04.2025-ci il tarixində “Ağac tingləri, bəzək kolları və gül-çiçəklərin satınalınması” ilə əlaqədar dərc edilmiş açıq tender prosedurunda Sumqayıt şəhəri,məh 45,ev  7/29, 2m3 üvanından qeydiyyatda olan İsmayılova Arzu Bəhlul qızı qalib elan olunmuş və həmin şirkətlə 184.227,50 manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulur.  Məlumat satınalmaların portalında 16.05.2025-ci ildə dərc edilib.

Apardığımız araşdırma zamanı məlum oldu ki, bu Mingəçevir şəhər Yaşıllaşdırma idarəsi ilə İsmayılova Arzu Bəhlul qızı arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Ağac tingləri, bəzək kolları və gül-çiçəklərin satınalınması üzrə 06.09.2024-cü ildə bağlanmış bu müqavilənin dəyəri 146.084 manat təşkil edib.

Göründüyü kimi Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsi son doqquz ayda fiziki şəxs İsmayılova Arzu Bəhlul qızından ümumi dəyəri 330 212 manat olan ağac tingləri, bəzək kolları və gül-çiçəklər alıb. Buradan ortaya bəzi suallar çıxır.

Məlum olduğu kimi ağac tinglərini, bəzək kolları və gül-çiçəkləri yetişdirib ərsəyə gətirmək üçün bağçılıq təsərrüfatı olmalıdır. Bəs bir fiziki şəxs olaraq Arzu İsmayılovanın bu dövlət sifarişlərini yerinə yetirməyə maddi-texniki bazası varmı? Sumqayıt şəhəri,məh 45,ev 7/29, 2m3 üvanından qeydiyyatda olan bu xanımın bağçılıq təsərrüfatı varmı və hardadır?

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, Bakı şəhəri Yaşıllaşdırma Birliyində 5 nömrəli Ting yerləşdirmə sahəsinin sabiq rəisi ,Alim-aqronom Əsgərov Xanəhməd Əlioğlu hələ 2022-ci ildə mətbuata açıqlama verib. Açıqlamada qeyd edilir ki, “orada əlikən materialların əksəriyyətini ağac bəzək bitkiləri sovxozundan gətirib əkirlər. Ancaq 2.5 milyon yarım vəsaiti Abad Həyat şirkətinə köçürüblər. Şəhərimizdə əkilən materialları 5 və 4 saylı sahələrdən İsmayılova Arzu Bəhlul qızı daşıyır. Guya özündən gətirir. O, axırıncı dəfə 4 saylı sahədən 3 min ədəd şam ağacı aparıb. Heç bir qaimə yazılmayıb və sovxoza 1 qəpik də olsun vəsait ödənilməyib. Vəsait “ACCESS Bank” QCS Mərdəkan filialına İsmayılova Arzu Bəhlul qızının hesabına köçürülüb və oradan mənimsənilib.”

Bu məlumatlardan da göründüyü kimi Arzu İsmayılovanın heç bir bağçılıq təsərrüfatı və dövlət sifarişlərinə yerinə yetirməyə heç bir maddi texniki bazası yoxdur. Arzu İsmayılova ağac tinglərini, bəzək kolları və gül-çiçəklərini Bakı şəhəri Yaşıllaşdırma Birliyinə aid Ting yerləşdirmə sahələrindən alıb Mingəçevir şəhər Yaşıllaşdırma satır. Burada alınan bəzək bitkilərinin sayı da, qiyməti də bəlli deyil. Amma göründüyü kim Miingəçevir şəhər Yaşıllaşdırma İdarəsi son doqquz ayda fiziki şəxs İsmayılova Arzu Bəhlul qızının hesabına nə az, nə də çox, tam 330 212 manat dövlət vəsaiti köçürüb. Ağac tinglərinin, bəzək kolları və gül-çiçəklərin alınması adı ilə ayrılan bu vəsiatin nə qədər şişirdildiyi də bəlli deyil.

Qeyd edək ki, Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin yol verdiyi şübhəli satınalmalar bunlarla bitmir. Məsələn İdarə “TEXNOPARK AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2024-cü ilin avqust-sentyabr aylarında mal-materialların satın alınması üzrə ümumi dəyəri 364 443 manat məbləğində iki satınalma müqaviləsi bağlayıb.  Bundan əlavə İdarə 2024-cü ilin iyul-oktyabr aylarında isə maşın və avadanlıqların satın alınması üzrə ümumi dəyəri 368 330 manat məbləğində iki satınalma müqaviləsi də “QAZIXANLI”  MMC ilə bağlayıb.  Hər iki şirkətlə bağlanan bu müqavilələrdə də şübhə yeri az deyil.

Göründüyü kimi Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi 2024-cü ildə mal-materialların, maşın avadanlıqlarının, ağac tingləri, bəzək kolları və gül-çiçəklərin satın alınmasına bir milyon manatdan çox dövlət vəsaiti xərcləyib. Amma burada yol verilən qanunsuzluqları və şişirdilmiş rəqəmləri görməmək mümkün deyil.

Qeyd edək ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Tahir Abdullayevdir. Onun Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun yaxın adamlarından biri olduğu söylənilir.

 

Aktualinfo.org

 

PAYLAŞIN:

Continue Reading

Previous: İrəvan Azərbaycanı “preventiv müdafiə” zərbəsinə məcbur edir
Next: İllik maliyyə hesabatından gizlənən gömrük şirkətləri: Sistemli fırıldağın izləri

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026
  • Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub – İTTİHAM AKTI 25/05/2026
  • İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün 25/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT 25/05/2026
  • Qurban bayramı ilə bağlı fətva verildi 25/05/2026
  • Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı 25/05/2026
  • Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb 25/05/2026
  • Putini II Nikolayın taleyi gözləyir – Servis 25/05/2026
  • iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir – FOTO 25/05/2026
  • “Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb 25/05/2026
  • Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.