Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 27
  • Bakı şəhər sakinindən “Azərişıq” sədri Vüqar Əhmədova bir neçə sual

Bakı şəhər sakinindən “Azərişıq” sədri Vüqar Əhmədova bir neçə sual

admin 27/05/2025
vuqar-işıqaz

 

Nəsimi rayonu, 20 Yanvar küçəsi, bina 23b, ev 36-da yaşayan Quliyev Elşən Məmməd oğlu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin  rəhbəri Vüqar Əhmədova bir neçə sualla müraciət edib.

Aktualinfo.org sözügedən müraciəti olduğu kimi təqdim edir.

Hörmətli Vüqar müəllim!

Mən istefada olan zabit, təqaüdçü Quliyev Elşən Məmməd oğlu Nəsimi rayonu, 20 Yanvar küçəsi, bina 23b, 36 saylı mənzilin sahibi bir neçə suala cavab tapmaq məqsədilə sizə müraciət edirəm. Təxminən 4-5 il əvvəl qeyd etdiyim binada köhnə sayğaclar sökülərək əvəzinə yeni nəsil, SMS tipli “mütərəqqi” sayğaclar quraşdırıldı. Binada yaşayanların və eləcə də mənim qara günlərim bundan sonra başladı.Deməli günün istənilən saatında balans bitir balansı artırırsan ancaq enerji bərpa olmur,düşürsən kimisə axtarmağa,bilmirsən komendanta zəng vurasan,  bilmirsən ərazi üzrə aidiyyəti şəxsi axtarasan. Balansda məbləğ bitir, balansa vəsait qoyursan enerji verilişi bərpa olmur ki, olmur. Bu hal sayğac quraşdırılandan sonra dəfələrlə baş verib və bu gün də davam edir. Şəxsən mənim bütün əsəblərim bu məsələ ilə bağlı korlanıb. Bununla əlaqədar mən “Azərişığa” yazılı elektron şikayət,199 xidmətinə dəfələrlə şikayətlər etmişəm. Nəhayət bir gün ərazi üzrə nümayəndə Fərid adlı şəxs mənə məlumat verdi ki, bəs narahat olmayın, sizin nömrə sistemdə qeydə alınıb, artıq balansa məbləğ daxil olan kimi həmən enerji verilişi bərpa olacaq. Ancaq dünən gecə baş verənlər bir daha sübut etdi ki, sistem nə mənim nömrəmi, nə də  mənim ödədiyim məbləği görmür və bu hal davam edir. Bəli, gecə saat 1-ə qalmış mənzildə işıqlar söndü, balansı 10 manat artırdım və 20 dəqiqə keçməsinə baxmayaraq enerji bərpa olunmadı. İndi təsəvvür edin, bir müddət əvvəl stasionar ev  telefon xətlərimiz də müasir dövrə uyğun yeni nəsil “mütərəqqi” optik xətlərlə əvəz olunduğundan və modemlə işlədiyindən 199 xidmətinə mobil telefonla zəng etmək məcburiyyətində qaldım. Cavab verən xanıma bildirdim ki, balansımda vəsait var, ancaq işiq yanmır və səbəbini öyrənmək üçün bir xeyli gözlədikdən sonra xanım əməkdaş bildirdi ki, müraciətim yönləndirilir. Təxminən 20 dəqiqə sonra bir nəfər mobil nömrədən zəng edərək nə baş verdiyini soruşdu. Məlumat verdim ki, mənzildə işiq yoxdur. Biləndə ki, binada işiq var etirazla bildirdi ki, biz yüksək gərginliyə baxırıq, niyə bizə müraciət edirsiniz. Dedim ay yoldaş, sizə mən yox, sizin operator müraciət ünvanlayıb. Nə isə, təkrar 199 xidmətinə müraciət etdim və xanıma bir daha bildirdim ki, binada işıqlar yanır, mənzildə işiq yoxdur. Onu da deyim  ki, bu barədə mən ona artıq birinci zəngimdə məlumat vermişdim. Dedim siz baxın görək bəlkə ödənilən məbləğ hesaba orurmayıb. Təxminən 5 dəqiqə araşdırma apardıqdan sonra bildirdi ki, təəssüf bu barədə sizə köməklik edə bilmərəm, sabah iş vaxtı müraciət edin. Səhər saat 9 radələrində təkrar olaraq 199 xidmətinə zəng edib axşam daxil etdiyim məbləğin hesabımda olmasının yoxlanılması barədə müraciət etdim. Və nəhayət…15 dəqiqədən sonra, 9 saat əvvəl sönmüş işıqlar yandırıldı.
Hörmətli Vüqar müəllim, indi sizdən xəbər almaq istəyirəm, zəhmət olmasa deyin, “mütərəqqi” sayğac xidməti budurmu? Nə üçün vəsait ödədikdən sonra enerji bərpa olunması əvəzinə mən haralarasa kimlərəsə zəng vurmalıyam? Nə üçün mən vəsait ödəyib gecə qaranlıqda mənzildə fanarla gəzməliyəm. 199 xidmətinə mobil nömrədən 6 dəfə zəng etmişəm, təxmini 6 manat balansımdan pul çıxılıb. Nə üçün mən sizin “mütərəqqi” SMS sayğacınızın yararsız olması ucbatından əlavə xərcə düşməliyəm. Hörmətli Vüqar müəllim, bilmək istərdim,  sizin də mənzilinizdə bu ‘mütərəqqi” sayğacdan quraşdırılıb? Sizdəmi işıqlarınız sönəndə vəsaiti ödəyib sonra ərazi üzrə nümayəndəni,binan sədrini axtarırsınız? Sizdəmi  qeyri-iş vaxtına düşəndə səhərə kimi işıqsız qalırsınız? Və sonda,bu biabırçılıq nə vaxt bitəcək?
Elşən Quliyev
PAYLAŞIN:

Continue Reading

Previous: Xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin etdi
Next: Laçında İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirilib

OXŞAR MÖVZULAR

adil-qobustan

Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir?

admin 13/05/2026
meyveli-ebulf

Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı

admin 12/05/2026
omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026

XƏBƏR LENTİ

  • İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib 13/05/2026
  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.