Skip to content
16/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 27
  • İrandan müəmmalı Zəngəzur açıqlaması – Tehranın yeni PLANI

İrandan müəmmalı Zəngəzur açıqlaması – Tehranın yeni PLANI

admin 27/05/2025
iir-serh

 

İrəvanda keçirilən “Yerevan Dialoqu 2025” beynəlxalq forumunda iştirak edən İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib ki, “Ermənistan İran üçün vacib ölkədir. Biz Ermənistandan açıq şəkildə eşitmək istəyirik ki, dəhliz olmayacaq. Zəngəzur dəhlizi İran üçün qəbuledilməzdir”.

S.Xətibzadə Zəngəzur dəhlizi ilə bağlı açıq şəkildə qərəzli yanaşma sərgiləyərək, bu layihənin region üçün təhlükə doğuracağını iddia edib. Halbuki İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərindən əvvəl AzTV-yə müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini belə ifadə etmişdi: “İran tərəfi düşünür ki, Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını, ərazi bütövlüyünü pozmursa, problem yoxdur”.

S.Xətibzadənin “Ermənistandan eşitmək istəyirəm ki, dəhliz olmayacaq” fikri Tehranın rəsmi ritorikasının daha açıq səsləndiyini göstərir. İran onsuz da uzun müddətdir ki, Zəngəzur dəhlizi məsələsinə “dəhliz” sözünün özü ilə bərabər ciddi strateji və geosiyasi təhdid kimi yanaşır. Başqa cür desək, Tehran üçün bu layihə sadəcə nəqliyyat infrastrukturu deyil, İranın Ermənistan üzərindən Avrasiya və Avropa ilə əlaqə imkanlarının zəifləməsi və regionda Türkiyə–Azərbaycan tandeminin güclənməsi deməkdir.

Pezeşkianın AzTV-yə müsahibəsində səsləndirdiyi yumşaq mövqe  Tehranın iki səviyyəli ritorika strategiyasını ortaya qoyur. Belə ki, Tehran Prezident səviyyəsində Ermənistanın suverenliyinə toxunulmadığı təqdirdə dəhlizə qarşı olmadıqlarını bəyan edir və beləcə əslində beynəlxalq aləmdə İranın “konstruktiv vasitəçi” obrazını qorumağa çalışır.

Hesab edirəm, bu, İranın daxili elita balansında mövcud olan siyasi fikir müxtəlifliyinin xarici siyasətə təsiridir. Misal üçün bir neçə gün öncə “Azad İran” informasiya kanalının İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən yaydığı məlumata əsasən, ali rəhbər Ayətullah Seyid Əli Xameneinin Azərbaycandakı ofisinin yenidən fəaliyyətə başlayacağı bildirildi. Qısa müddət sonra bu məlumat APA tərəfindən təkzib edili.

İran cəmiyyəti və siyasi elitası daxilində fərqli güc mərkəzləri var: Prezident, Ali rəhbər , SEPAH və Xarici İşlər Nazirliyi fərqli ritorikalarla çıxış edə bilir. Bəzən İran daxilindəki sərt qanad – xüsusilə SEPAH – region ölkələri ilə münasibətləri daha aqressiv çərçivədə yenidən dizayn etmək istədiyi halda, prezident və diplomatik qanad bu yanaşmanı balanslaşdırmağa çalışır.

Hazırkı mərhələdə İran–Azərbaycan münasibətləri diplomatik kalibrasiya dövrünü yaşayır. Tehranın bəzi dairələri Azərbaycanı regional güc olaraq qəbul etmək istəmir və Ermənistanla əməkdaşlığı strateji balans vasitəsi kimi qorumağa çalışır. Digər tərəfdən, İranın iqtisadi elitası və beynəlxalq əlaqələrə açıq qanadı Azərbaycanın enerji və tranzit layihələrində iştirak etmək istəyir.

Azərbaycanda ofis məsələsi isə süni şəkildə dövriyyəyə buraxılmış bir sınaq ola bilər. İstisan deyil ki, Tehran bu sınaqla Azərbaycan ictimai rəyinin, mediasının və rəsmi dairələrinin reaksiyasını ölçmək istəyib. Lakin nəticə etibarilə Bakının reaksiyası sərt oldu və geri çəkilmək məcburiyyətində qaldılar.

Zəngəzur dəhlizi ətrafında baş verənlər, Xameneinin guya Azərbaycanda ofis açacağı barədə yayılan və təkzib edilən məlumat, eləcə də İran rəsmilərinin ziddiyyətli bəyanatları birbaşa əlaqəli hadisələrdir. Bunlar İranın regionda geosiyasi mövqelərini qorumaq üçün müxtəlif istiqamətlərdə apardığı strateji oyunun elementləridir. Lakin bu oyun artıq təkqütblü deyil. Azərbaycan öz milli maraqlarını təmin etmək üçün həm diplomatik, həm də iqtisadi alətlərdən istifadə edərək güc balansında yeni reallıqlar formalaşdırır. İran isə bu reallıqları ya qəbul etməli, ya da regional təcrid riskini daha da dərinləşdirməlidir. /globalinfo.az

PAYLAŞIN:

Continue Reading

Previous: Hesablama Palatası: Dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlər bank hesablarında saxlanılıb
Next: İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

OXŞAR MÖVZULAR

markov-yeni

Müctəbanın ilk müraciəti – İran öz yolunu seçdi

admin 13/03/2026
pashinyan-yeni (2)

Konstitusiyada Qarabağ olmayacaq, Qzoyan da buna görə istefa verəcək – Paşinyan

admin 12/03/2026
abdulah-agar

Bakı və Ankaranı savaşa çəkmək İran üçün intihardır!

admin 12/03/2026

XƏBƏR LENTİ

  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026
  • İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR 16/03/2026
  • Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib” 16/03/2026
  • “Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır 16/03/2026
  • “Tramp İranda siyasi fiaskoya uğradı” – “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək…” 16/03/2026
  • “Xamenei Moskvaya aparılıb…” – “Putin Pezeşkiana təklif edib ki…” 16/03/2026
  • ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir- Quru əməliyyatı baş tuta bilər 16/03/2026
  • Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı 16/03/2026
  • Tramp İranla müharibədə məğlub olacaq 16/03/2026
  • Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi. 16/03/2026
  • İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər 16/03/2026
  • Avstraliya və Yaponiya Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edib 16/03/2026
  • Tokayev: Bütün dünyaya qazax cəmiyyətinin siyasi mədəniyyətini göstərdik 16/03/2026
  • Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək 16/03/2026
  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.