Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 29
  • Fərhan Quliyev: “Azərbaycan hava hərəkətinin idarə edilməsi strategiyasını yeniləyir”

Fərhan Quliyev: “Azərbaycan hava hərəkətinin idarə edilməsi strategiyasını yeniləyir”

admin 29/05/2025
a92c259a-cd52-34eb-b692-72236c96f15a_850

 

Heydər Əliyev Beynəlxalq Hava Limanı üçün 2045-ci ilə qədər planlaşdırma üfüqü olacaq kompleks Baş Plan hazırlanır.

Bu barədə “Azerbaijan Airlines” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin (HHİ) direktoru Fərhan Quliyev “Global Airspace Radar” nəşrinə müsahibəsində bildirib.

F.Quliyev qeyd edib ki, bununla paralel olaraq Azərbaycanın yeni Milli Hava Məkanı Strategiyasının (NAS) həyata keçirilməsi üzərində iş aparılır: “Strategiya Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və ölkənin aeronaviqasiya sisteminin müasirləşdirilməsində əsas mərhələ olacaq”.

AZANS-ın direktoru vurğulayıb ki, sənəd dörd əsas istiqamətdə milli prioritetləri nəzərə alacaq:

“Birincisi, hava məkanı strukturunun – səmərəliliyin və buraxılış qabiliyyətinin artırılması üçün – optimallaşdırılması nəzərdə tutulur. Bura hava məkanının təkmilləşdirilmiş sektorlaşdırılması, birbaşa marşrutlaşdırma və “Free Route Airspace” (sərbəst marşrut hava məkanı) konsepsiyasının tətbiqi daxildir.

İkincisi, hava hərəkətinin idarə edilməsi (ATM) sistemlərinin modernləşdirilməsi nəzərdə tutulur. Bura müasir rəqəmsal həllərin tətbiqi ilə: AIS2AIM, ATFM-platformaları, eyni zamanda ADS-B kosmik müşahidə sistemlərindən istifadəyə hazırlıq daxildir”.

F. Quliyevin sözlərinə görə, üçüncü istiqamət dayanıqlı inkişaf prinsiplərinin inteqrasiyasını nəzərdə tutur: “Bu, CO2 emissiyalarının azaldılması üçün uçuş trayektoriyalarının optimallaşdırılması, PBN-in (xüsusiyyətlərə əsaslanan naviqasiya) tətbiqinin genişləndirilməsi və buraxılış qabiliyyətinin artırılması zamanı ekoloji uyğunluğun təmin edilməsi vasitəsilə həyata keçirilə bilər.

Nəhayət, dördüncü istiqamət çərçivəsində idarələrarası və regional əməkdaşlığın gücləndirilməsi gözlənilir, o cümlədən mülki və hərbi strukturlar arasında koordinasiya, normativ bazanın uyğunlaşdırılıması və texniki tərəfdaşlığın genişləndirilməsi gözlənilir”.

O vurğulayıb ki, infrastruktur layihələr artıq aktiv icra mərhələsindədir: “Xüsusilə, NAS-ın flaqman layihəsi Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının inşası üçün aeronaviqasiya infrastrukturunun və hava məkanının yaradılmasını nəzərdə tutur”.

F.Quliyevin sözlərinə görə, bu hab təkcə Azərbaycanın logistik imkanlarını gücləndirməyəcək, həm də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və “Silk Way Group” ilə əməkdaşlıq çərçivəsində hazırlanan ölkədə ilk sertifikatlaşdırılmış “yaşıl hava limanı” olacaq.

AZANS HHİ-nin direktoru bildirib ki, yeni hava limanı aviasiya sənayesinin aparıcı istehsalçılarının qabaqcıl CNS/ATM sistemləri ilə təchiz ediləcək və onun əsasında ilkin olaraq ekoloji cəhətdən səmərəli və davamlı əməliyyat həlləri prinsipləri qoyulub: “Bu baxımdan AZANS aviasiya sənayesində ətraf mühitə təsirin azaldılmasına yönəlmiş “CANSO GreenATM” proqramına qoşulub”.

PAYLAŞIN:

Continue Reading

Previous: Ceyhun Bayramov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü ilə görüşüb
Next: Energetika Nazirliyi: Cənub Qaz Dəhlizi ilə 182 milyard kubmetrdən çox qaz nəql olunub

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.