Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 2
  • Arxitektura Komitəsinin “Bureau Mühit” MMC ilə işbirliyi hələ də davam edir

Arxitektura Komitəsinin “Bureau Mühit” MMC ilə işbirliyi hələ də davam edir

admin 02/06/2025
anar-arxitektura

 

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kəlbəcər rayonu Məmmədsəfi kənd yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasının hazırlanması xidmətləri üzrə başladığı açıq tenderə yekun vurduğunu elan edib. Bir mənbədən satınalma metodu ilə keçirilmiş tenderin qalibi “BUREAU MÜHİT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 188.130 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat portalda 29.05.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, elə həmin gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Kəlbəcər rayonu Qanlıkənd kənd yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasının hazırlanması xidmətləri üzrə keçirilmiş tenderin də nəticələri açıqlanıb. Bir mənbədən satınalma metodu ilə keçirilmiş tenderin də qalibi “BUREAU MÜHİT” MMC seçilib və tərəflər arasında 189.620 manat dəyərində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BUREAU MÜHİT”  (VÖEN: 2006792941) Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.06.2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, MƏHƏMMƏD HADİ, ev.82, m.3,  qanuni təmsilçisi kimi isə Bayramov Toğrul Şahin oğlu  qeyd olunub.

Bəs Bayramov Toğrul Şahin oğlu kimdir. O, “Ulduz İnformasiya Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə” İB sədridir. Bayramov Toğrul Şahin oğlu həm də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvüdür. O, 11 sentyabr 2021-ci il tarixində Komitədə gizli səsvermə yolu ilə keçirilən seçkilərdə vətəndaş cəmiyyəti institutlarından təqdim olunan 18 namizəd arasından səs çoxluğu qazanan 11 nəfərdən biri olub, Şuraya üzv seçilib.

Bəs qanun necə, Bayramov Toğrul Şahin oğlunun qanuni təmsilçisi olduğu “BUREAU MÜHİT” MMC-nin  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin keçirdiyi satınalmalarda iştirakına yol verirmi?

“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı (Satınalmalarda maraqlar toqquşması) maddəsində gıstərilir: 6.1.3. təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;

Belə olduğu təqdirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi buna necə yol verib?

Qey dedək ki, bunlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə “BUREAU MÜHİT” MMC arasında bağlanan ilk satınalma müqavilələri deyil.  Belə ki, 20.05.2024-cü ildən 29.05.2025-ci ilə qədər tərəflər arasında ümumi dəyəri 1408180 manat olan 7 satınalma müqaviləsi bağlanılıb.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarındann da göründüyü kimi “BUREAU MÜHİT”  MMC 18.06.2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 sentyabr 2021-ci il tarixində keçirdiyi iclasından da məlum olur ki, MMC-nin qanuni təmsilçisi Bayramov Toğrul Şahin oğlu Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvü seçilib.

Qeyd edək ki, Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvü seçildikdən səkkiz ay sonra Toğrul Bayramovun qanuni təsilçisi olduğu “BUREAU MÜHİT” MMC Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilə işbirliyinə başlayıb və 28.04.2022-ci ildən 01.11.2023-cü ilə qədər ümumi dəyəri 1 945 510 manat olan 8 satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və onun tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi qurumun İctimai Şurasının üzvü olan Toğrul Bayramovun qanuni təsilçisi olduğu “BUREAU MÜHİT” MMC ilə sob üç ildə 3 353 690 manat məbləğində satınalma müqavilələrim bağlayıb. Bütün bu müqavilər bir mənbədən satınalma metodu ilə bağlanıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Dövlət Satınalmaları Haqqında” Qanunun digər tələblərini də pozub. Belə ki, sözügedən Qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:
Amma Dövlət Şəhərsalma və Arxitektura Komitəsi onlarla əvəzedicisi və alternativi olan, bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalma prosesində qanun pozuntularına yol verildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, elektron mediada yayılan məlumatlara görə Qarabağda görülən işlərə cəlb olunan “BİMD” QSC və “Feniks-AA” MMC də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yaxın şirkətlərdir. Qurumun sədri Anar Quliyev başda olmaqla digər rəsmi şəxsləri də mediada dərc olunmuş bu kimi məlumatlara münasibət bildirməyib. Bu da onların törətdikləri qanunsuzlarla razı olduqlarına bir işarədir.

 

Aktualinfo.org

 

PAYLAŞIN:

Continue Reading

Previous: Zelenski tarixi əməliyyatın detallarını açıqladı – “Ukrayna tərəfindən planlaşdırılıb və icra olunub”
Next: Rusiya ən yaxşılarını itirdi, bərpa edə bilməyəcək – Kovalenko

OXŞAR MÖVZULAR

nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026
1732887242_mirelem-skoro-1536x983

Mirələm Cəlalov rəhbəri olduğu Təcili Tibbi Yardım Mərkəzində nə kimi işlər çevirir…

admin 14/04/2026
yusif-tender

Adı şübhəli satınalmalarda hallanan Yusif Yusifli yenə qalmaqal yaradır – “Nihat” MMC-nin pulunu vermir

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.