Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 3
  • “Azercell” nömrəsi işlədənlərin diqqətinə – Yeni qayda belə olacaq

“Azercell” nömrəsi işlədənlərin diqqətinə – Yeni qayda belə olacaq

admin 03/06/2025
telefon (1)

 

“Azercell” 1 iyul tarixindən danışıq kartlarının istifadə müddəti və internet tarifləri ilə bağlı tətbiq etdiyi yeni dəyişikliklər geniş müzakirələrə səbəb olub. Xüsusilə, sosial şəbəkələrdə istifadəçilər dəyişiklər nəticəsində tariflərin qalxacağı və danışıq kartlarının nominalına uyğun istifadə müddətinin azalacağından şikayətlənərək, mobil operatorun boykot edilməsi yönündə çağırışlar edirlər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Teleqraf-a açıqlamasında bildirdi ki, əvvəllər insanlar sadəcə 1–2 manat balans yükləməklə nömrələrini daha çox açıq saxlaya bilirdilərsə, yeni qaydalarla bu artıq mümkün olmayacaq:

“Bu sistem azgəlirli ailələr, yaşlı istifadəçilər, yalnız əlaqə üçün nömrə saxlayan uşaqlı ailələr və kənd yerlərində yaşayanlar üçün müəyyən rahatlıq təmin edirdi.

Məsələn, indiyədək 5 manat ödəyib 1 ay aktiv nömrə işlətmək, yəni kiməsə zəng etməklə danışmaq mümkün idi. İndi təklif olunan qaydalara görə isə bu 5 manatla vətəndaşın nömrəsi yalnız 5 gün aktiv olacaq. Balansda pul olsa da, danışmaq mümkün olmayacaq, bundan sonra sizin konturunuzun bəlli bir danışıq günü olacaq.

Tarifə qoşulanlar üçün isə vəziyyət daha incədir: Tarifiniz varsa, yalnız o tarifin tam haqqını yüklədikdə (məsələn, 10 manat), nömrəniz 30 gün açıq qalacaq. Əgər balansa 1 və ya 2 manat yükləsəniz – heç bir resurs aktivləşməyəcək, nömrə də cəmi 1-2 gün açıq qalacaq. Tarif “varmış” kimi görünür, amma realda istifadə etməyə icazə verilmir. Hər halda, görünən hələlik belədir”.

Osman Gündüz qeyd edib ki, rəqəmsal taransformasiyaya cavabdeh qurumlar fərqində olmalıdır ki, “Azercell” dövlət şirkətinin bu addımı dolayısıyla rəqəmsallaşmaya da mənfi təsir göstərəcək:

“Düşünürəm ki, Azercell tarif qaydalarına yenidən nəzər salmalı, ”1 manat – 1 gün” prinsipi ləğv edilməli, daha ağlabatan, müştəriyə yönəlik tariflər müəyyən etməlidir”.

“Azercell” şirkətinin media açıqlamasında bildirilir ki, yeni qaydalara əsasən, abunəçi balansına tarif haqqı qədər vəsait əlavə etdikdə – misal üçün, 2 AZN – tarif avtomatik olaraq yenilənəcək və nömrə 30 gün müddətində aktiv qalacaq. Bu, təqdim olunan danışıq və internet resurslarından tam və fasiləsiz istifadə üçün imkan yaradacaq.

Qeyd edək ki, əvvəlki sistemdə nömrənin aktiv qalma müddəti balansa yüklənən məbləğə əsasən müəyyən edilirdi. Müddət bitdikdə balansda istifadə olunmamış resurslar mövcud olsa belə, xidmətlər dayandırılırdı. Məsələn, “Azercellim” və ya “Bölgə” tariflərinə qoşulmuş istifadəçi 2 AZN yüklədikdə nömrə yalnız 10 gün açıq qalırdı. Bu isə istifadə olunmamış internet və danışıq resurslarından yararlanmağa imkan vermirdi.

Yeni mexanizm bu məhdudiyyəti aradan qaldıraraq istifadəçilərə daha çevik və müştəri yönümlü təcrübə təqdim edir.

Dəyişiklik bütün növ danışıq kartlarına (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) və elektron balans artırma üsullarına şamil olunur. Artıq balansa yükləmə məbləğdən asılı olmayaraq, sadəcə tarif ödənişi etməklə nömrəni tarif müddəti ərzində aktiv saxlamaq mümkün olacaq.

Bu yenilik “Azercell Telekom”un müştəri təcrübəsini təkmilləşdirməyə və abunəçilərə gündəlik rabitə ehtiyaclarına uyğun daha səmərəli xidmətlər təqdim etməyə yönəlmiş strategiyasının bir hissəsidir.

İKT mütəxəssisi, texnobloger Fərid Pərdəşünas isə sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib ki, istifadəçilərin xəttlərinin aktiv saxlanması üçün gündə 1 manat, ayda 30 manat balansa ehtiyac yoxdur. Tarif planının aylıq haqqını ödəmək kifayət edir. “Azercell”im və “Bölgə” planlarında olanlar və ya indidən keçid edib və plandan çıxmayanlar ayda 2 manat ödəməklə davam edə biləcəklər.

“Beləliklə, 30 gün xəttiniz açıq qalacaq. Tarif hər ay 2 manata yenilənəcək. 2 manat yükləmədiyiniz halda isə xətt 90 gün bir tərəfli açıq qalacaq. Məsləhətim odur ki, tarif paketlərinizi indidən öyrənin və ödənişləri ona görə həyata keçirdin”, – mütəxəssis əlavə edib.

Xatırladaq ki, yanvar-aprel aylarında mobil operatorlar 388 milyon manat gəlir əldə ediblər. Bu sahədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 7,8% artaraq 1122,3 milyon manat təşkil edib ki, onun da 74,6%-i əhali tərəfindən istehlak olunub.

Hesabat dövründə rabitə xidmətlərinin qiymət indeksi 2024-cü ilin yanvar-aprel aylarına nisbətən 0.1% artıb.

PAYLAŞIN:

Continue Reading

Previous: “Azneft”: Neft hasilatında son 34 ilin ən yüksək göstəricisi əldə olunub
Next: Kibermüharibə: Növbəti hədəf – Azərbaycan

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.