Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 3
  • Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər

Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər

admin 03/06/2025
penitensiar xid

Ədliyyə Nazirliyinin Penitensiar Xiidməti istilik sistemlərinin çəkilişi işləri üzrə 06.03.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “EUROSERVİSE” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 611.864,21 manat məbləğində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulur. Məlumat satınalmaların portalında 30.05.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Penitensiar Xidməti 22.01.2025-ci ildə də “EUROSERVİSE” MMC ilə istilik sistemlərin çəkilməsi üzrə 760.796,26 manat dəyərində satınalma müqaviləsi bağlamışdır. Bu tenderin şərtlərinə görə MMC Bakı İstintaq Təcridxanası, 6 saylı Cəzaçəkmə Müəssisəsini, 15 saylı Cəzaçəkmə Müəssisəsini və digər tabeli qurumlarda polipropilen borulardan daxili su təchizatı və istilik sistemlərinin boru kəmərlərinin çəkilməsi, su qızdırıcılarının quraşdırılması işlərini həyata keçirib.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EUROSERVİSE”  (VÖEN: 1503047971) Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.11.2015-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AŞIQ MOLLA CÜMƏ, ev.1, m.11,  qanuni təmsilçisi kimi isə Nəcəfov Elşən Məcid oğlu  qeyd olunub. MMC-yə vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

MMC-nin portalına yerləşdirilmiş məlumata görə şirkətin ilk əsas fəaliyyəti qaz xətlərinin layihələndirilməsini, qaz xətlərinin çəkilişini və qaz sayğaclarının quraşdırılmasını yüksək keyfiyyətlə və sərfəli qiymətlərlə həyata keçirmək olmusdur. Son 3 ildə kifayət qədər maddi-texniki bazaya malik olan şirkətimiz tikinti sahəsində də öz bacarıqlarını sınayaraq tenderlərdə iştirak etmiş və bir çox tenderlərin qalibi olmuşdur.

Göründüyü kimi Ədliyyə Nazirliyinin Penitensiar Xiidməti bu şirkətlə uzun müddətdir işbirliyində olub. Apardığımız araşdırmalar zamanı məlum oldu ki,  Penitensiar Xidməti “EUROSERVİSE”  MMC ilə bağladığı satınalma müqavilələri bunlarla bitmir. Belə ki, 28.07.2020-ci ildən 30.05.2025-ci ilə qədər Penitensiar Xidmət və ona tabeli qurumlar sözügedən şirkətlə ümumi olaraq 4 358 851 manat məbləğində 35 satınalma müqaviləsi bağlayıblar.

Qeyd edək ki, “EUROSERVİSE” MMC Penitensiar Xidmətiə tabeli qurumlara istilik sistemlərinin çəkilişi işləri ilə barəbər cari və əsaslı təmir işlərini həyata keçirib. Məsələn MMC 15.11.2022-ci ildə Salyan rayonu 5 saylı Cəzaçəkmə Müəssisəsi ilə cari və əsaslı təmir işləri üzrə ümumi dəyəri 78 308 manat olan iki satınalma müqaviləsi bağlayıb.

Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəsisəsi isə əsaslı təmir işlərinin satınalınması üzrə “EUROSERVİSE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 37.846,22 manat məbləğində, cari təmir işlərinin satınalınması üzrə isə sözügedən şirkətlə 38.039,7 manat məbləğində satınalma müqavilələri bağlayıb. Bu məlumatlar satınalmaların portalında 02.06.2022-ci ildə dərc edilib.

Xatırlatmaq istərdik ki, bu Penitensiar Xidmətin həmin 12 saylı Cəzaçəkmə Müəsisəsidir ki, iyunun 1-də saat 13:10-da məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçmuşdu. Medianın yaydığı məlumatda bildirilirdi ki, nəticədə bir nəfər məhkum xəsarət almışdır. Sonra isə Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyünün uçması nəticəsində xəsarət alan məhkumun ölməsi barədə məlumat yayıldı. APA-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, iyunun 1-də saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir nəfər məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlunun iyunun 2-də aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib.

Satınalmaların portalında “EUROSERVİSE” MMC-nin Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində nə kimi təmir işlərinin aparması barədə ətraflı məlumat yoxdu. Şübhələr də elə buradan yaranır. Bəlkə elə MMC 12 saylı Cəzaçəkmə Müəssisəsində uçan dam örtüyünü keyfiyyətlə təmir etməyib? Bu təbii ki, aidiyyatı qurumlar tərəfindən araşdırıldıqdan sonra bəlli olacaq.

Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mirsaleh Seyidovdur. O, 2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib. Daha əvvəllər isə Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib. 2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayınadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışıb.

 

Aktualinfo.org

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Bu gün Türkiyə parlamentində sədr seçkiləri keçiriləcək
Next: DİM: Kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıtı qabaqlayır

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.