Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 4
  • Xalq “Azercell”i BOYKOTA çağırdı, tanınmışlar da qoşuldu – Şirkət geri çəkilir?

Xalq “Azercell”i BOYKOTA çağırdı, tanınmışlar da qoşuldu – Şirkət geri çəkilir?

admin 04/06/2025
az-sel

 

Azərbaycan xalqının boykot çağırışları fonunda “Azercell” geri çəkilmək məcburiyyətində qaldı.

Mobil operator şirkəti milyonlarla abonentini itirmək təhlükəsi ilə üzləşdiyini anlayaraq yanlış qərarını qismən düzəltmək qərarına gəlib. Əslində buna da tam olaraq əvvəlki şərtlərə qayıtmaq demək olmaz, lakin məlum absurd qərarla müqayisədə nisbətən geriyə addım kimi qiymətləndirmək mümkündür.
Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də yazıb. Onun fikrincə, görünür ki, “Azercell “1 manat -1 gün” tarif sistemindən imtina edib.
Sitat: “Baxıram ki, son 2 gündə Azercell yeni tariflərlə bağlı bir neçə fərqli açıqlamalar verib. Yeni açıqlamalarından da görsənir ki, nömrənin aktivliyi üçün “1 manat – 1 gün” sistemindən imtina ediblər. Yəni nömrənin AKTİV qalma müddətini məcburi olaraq BALANS ARTIRMA MƏBLƏĞİ ilə birbaşa əlaqələndirən əvvəlki sistemdən imtina edilib. Yeni təklif olunan sistemdə balansa məbləğdən asılı olmayan yükləmə ilə nömrəni aktiv saxlamağın mümkün olacağı görsənir. Dəyişiklik bütün növ danışıq kartlarına (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) və elektron balans artırma üsullarına şamil olunub”.
O.Gündüzün sözlərinə görə, istənilən halda, “Azercell”in son bir ayda tarif dəyişikliklərinə, son aylarda qiymət siyasətinə nəzər salanda görmək olur ki, bu dövlət şirkəti müştərilərə məcburi davranış dəyişikliyi təklif edir, seçimlər məhdudlaşdırılır, abonentləri daha çox xərcləməyə təşviq edir: “Bütün bunların da sosial narahatlıqlar və rəqəmsal bərabərsizliklər yaradacağı şəksizdir. Ümumiyyətlə, düşünürəm ki, bu dövlət şirkətinin apardığı siyasətlə bağlı aidiyyatı qurumların da iştirakı ilə bir ictimai müzakirənin təşkili faydalı olardı.
Özləri açıqlamasa da, beynəlxalq hesabatlara baxanda görmək olur ki, “Azercell”-də ARPU (hər abonent üzrə aylıq orta gəlir) təxminən 5-10 manat civarında dəyişir. Bəlkə də xərcləri hədsiz çoxdur. Belə olan halda isə bu dərəcədə sərt tarif siyasəti aparmaq, xüsusən də dövlət şirkəti üçün anlaşılan deyil”.
Qeyd edək ki, abonentlər sosial şəbəkələrdə #BoycotAzercell haştağı ilə kampaniya başladaraq provayderin yeni qərarına qarşı birləşiblər. Onlar “Azercell”in kartlarından imtinaya çağırırlar.
İqtisadçı Natiq Cəfərli də bildirib ki, əgər “Azercell” müştərilərini itirmək istəmirsə, bu qərarı ləğv etməlidir: “Çünki qərar həddindən artıq absurddur və müştərilərə seçim imkanı vermir. Ona görə də “Azercell” xeyli abonentə sahib mobil operator şəbəkəsi kimi bu addıma yenidən baxmalı və qərarı ləğv etməlidir. Dünyanın heç yerində belə sərt qərarlar yoxdur. Yəni ay ərzində işlətmədiyin qədər vəsait xərcləmək doğru-düzgün deyil. Mənə elə gəlir “Azercell” bu qərarına yenidən baxsa, daha yaxşı olar”.
“İnsanları “Azercell”i boykot etməyə çağırıram”. Bu fikirləri isə Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
O, qeyd edib ki, mbil operatorlardan, o cümlədən “Azercell”dən daim şikayətlər gəlir: “Ən müxtəlif ağla gəlməyəcək şikayətlər daxil olur onlardan. Son 8 ildə şikayətlərin bir qismi sanki mobil operatorlarla mobil telefon istehsalçıları arasında gizli bir əlaqənin olduğunu göstərir. Abonent bəzən şikayət edir ki, konturum boşuna gedir, bu zaman operatorlar deyirlər ki, sən nəyəsə qoşulmusan. Sanki mobil telefon istehsalçıları telefonlara elə funksiya qoyurlar ki, istehlakçılar istər-istəməz nəyəsə qoşulurlar. Şikayətlər olduğunda bunların servis mərkəzlərinə şikayət etmək üçün gedəndə elə mürəkkəb texniki şəkildə danışırlar ki, istehlakçı heç nə anlaya bilmir”./anxeber.com

 

PAYLAŞIN:

Continue Reading

Previous: Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək?
Next: PKK simpatizanı Kəlbəcərin quruculuğunda… – ŞOK FAKTLAR…

OXŞAR MÖVZULAR

xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026
azal-qeza---

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

admin 15/04/2026
vüqar-gülm

Vüqar Gülməmmədov: “Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib”

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.