Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 10
  • Hitler, Putin və Trampı nə birləşdirir? – Psixoloq ortaq xüsusiyyətlərini açıqladı

Hitler, Putin və Trampı nə birləşdirir? – Psixoloq ortaq xüsusiyyətlərini açıqladı

admin 10/06/2025
2025-06-09-16-03-34zGqHpi7QgN8GTNVrmO4d_file

 

Almaniya diktatoru Adolf Hitler, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimr Putinin ortaq cəhəti onların narsisist tipli liderlik stilinə sahib olmalarıdır.
Amerikalı psixoloq Mark Trevers “Forbes” üçün yazdığı məqalədə üç lideri təhlil edib.
Belə bir liderlik üslubu özünü ucaldan düşüncə, daimi tərif və heyranlıq ehtiyacı, tənqidə qarşı həssaslıq və hakimiyyəti əldən buraxmaq istəməməklə xarakterizə olunur.
Psixoloqlar qeyd edirlər ki, liderlik üslubu çox vaxt insanın uşaqlıqda keçdiyi psixoloji təcrübələrlə bağlı olur. Narsisist liderlik isə adətən, travmatik və ya sevgi çatışmazlığı olan uşaqlıqdan qaynaqlanır.
2025-ci ilin mayında “Frontiers in Psychology” jurnalında dərc olunmuş tədqiqat da məhz bu mövzuya həsr olunub. Tədqiqatçı Adolf Hitlerin, Vladimir Putinin və Donald Trampın həyat yolunu təhlil edərək, erkən dövrdə formalaşan psixoloji amillərin onların sonrakı illərdə hakimiyyətə aludə olmuş liderlərə çevrilməsində necə rol oynadığını araşdırıb.
Psixoloq Mark Treversin sözlərinə görə, etik səbəblərə görə belə diaqnozlar yalnız şəxsi qiymətləndirmədən sonra qoyula bilər. Üstəlik, ABŞ Psixiatrlar Assosiasiyası tərəfindən qəbul edilən “Goldwater qaydası” ictimai şəxslərə uzaqdan diaqnoz qoymağı qadağan edir.
Bununla belə, tədqiqat böyük hakimiyyətə və nəzarətə can atan, lakin daxildə kövrək özünüdərkə sahib olan liderlərin necə formalaşdığını daha dərindən anlamağa imkan verir.
Adolf Hitler
Adolf Hitlerin uşaqlığı ciddi emosional ziddiyyətlər və travmalarla yadda qalıb. Araşdırmaya görə, atası Alox Hitlər son dərəcə avtoritar, sərt və fiziki cəzalara meyilli biri olub. O, tam itaət tələb edir, lakin sevgi və nəvaziş göstərmirdi.
Tanınmış psixoanalitik və tarixçi Alis Millerin də qeydlərinə əsasən, Hitlerin ailəsində qorxu və gərginlik hökm sürüb. Kiçik Adolf tez-tez şiddətli şəkildə döyülür, sərt intizama tabe etdirilirdi. Bu cür mühit onun gələcək psixoloji quruluşuna və liderlik stilinə güclü təsir göstərmiş ola bilər.
Vladimr Putin
Vladimir Putin 1952-ci ildə müharibədən sonrakı Leninqradda (indiki Sankt-Peterburq) dünyaya gəlib. O, ailəsi iki oğlunu itirdikdən sonra doğulan “əvəzləyici uşaq” olub.
Araşdırmaya görə, atası müharibə veteranı, yaralı və emosional baxımdan soyuq, eyni zamanda fiziki cəhətdən sərt bir insan idi. Əksinə, anası Vladimirin həyatında azsaylı istilik və təsəlli mənbələrindən biri olub.
Psixoloq Trevers qeyd edir ki, bu ailə dinamikası — yəni emosional olaraq uzaq, sərt ata ilə şəfqətli ana arasındakı kəskin ziddiyyət, eləcə də itirilmiş uşaqların yerini dolduran övlad statusu — Putinin şəxsiyyətinin və liderlik tərzinin psixoloji təməlini təşkil edə bilər.
Donald Tramp
Donald Tramp 1946-cı ildə Nyu-Yorkun Kvins bölgəsində anadan olub. Hakimiyyətin və uğurun ən ali dəyər sayıldığı bir ailədə böyüyüb.
Atası Fred Tramp uğurlu daşınmaz əmlak maqnatı idi. O, çox tələbkar, emosionallıqdan uzaq və yalnız nailiyyətlərə fokuslanan bir insan kimi tanınırdı. Tramp onu sərt biri kimi təsvir edir və bildirir ki, atası ona qatil olmağı öyrədib.
Anası Meri Tramp isə daha sakit və kövrək təbiətli idi, lakin tez-tez xəstə olurdu. Bu səbəbdən, Donaldın emosional inkişafında mühüm mərhələlər zamanı anası demək olar ki, həyatında yox idi.
Trampın sözlərinə görə, 13 yaşında hərbi məktəbə göndərilməsi onun formalaşmasında mühüm rol oynayıb. Amma araşdırma müəllifi bu addımı valideynlər tərəfindən “simvolik şəkildə rədd edilmə” kimi qiymətləndirir.
Tədqiqatçı əlavə edir ki, bu vəziyyət Tramp üçün utanc hissi, qəfil “cənnətdən qovulma” kimi bir mənaya gəlirdi, çünki onun qardaşları ailə komfortunu yaşamaqda davam edirdilər.
Donald Trampın böyük qardaşı Fred Jr. isə alkoqolizm problemi ilə mübarizə aparıb və gənc yaşda vəfat edib. Tramp bu hadisənin onun üzərində dərin təsir buraxdığını etiraf edib.
Məqalənin müəllifi yazır ki, bu emosional nüansların izi bu gün Trampın siyasi fəaliyyətində də aydın görünür. Onun mitinqləri, emosional çıxışları, tənqidə qarşı həssaslığı, izdihamın böyüklüyünə və media diqqətinə olan bağlılığı müdafiə mexanizmi ilə idarə olunan ehtişam ehtiyacından qaynaqlanır.
Mənbəyə görə, Tramp tərif və heyranlıq tələb edir və istənilən tənqidi bəlkə də mövcudluğuna yönəlmiş bir təhdid kimi qəbul edir.
PAYLAŞIN:

Continue Reading

Previous: Ramana-Maştağa yolunu “yedilər” – Zaur Mikayılov 8 milyonu hara xərclədi? VİDEO+FOTOLAR
Next: “Rusiyanın qarşısını almasaq, rusca öyrənməli olacağıq” – NATO baş katibindən həyəcanlı çağırış

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.