Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 10
  • Kremldən ilk dəfə Qarabağ və işğal etirafı

Kremldən ilk dəfə Qarabağ və işğal etirafı

admin 10/06/2025
kreml

 

Rusiya lideri Vladimir Putinin köməkçisi Vladimir Medinskinin ötən gün Ukraynada “sülhsüz atəşkəsi” Qarabağla müqayisə etməsinə reaksiyalar təəccüb doğurur.

Medinski dedi ki, əgər münaqişəni cəbhə xəttində dayandırıb, əsl sülh olmadan, sadəcə atəşkəs bağlansa, – bilirsinizmi, Ermənistanla Azərbaycan arasında mübahisəli Qarabağ bölgəsi var idi, – bu region böyük bir Qarabağa çevriləcək, bir müddət sonra Ukrayna NATO-ya üzv olacaq, müttəfiqləri ilə birlikdə bu əraziləri geri almağa çalışacaq və bu, planetin sonu olacaq, bu, nüvə müharibəsi olacaq.

Əsas etiraz Medinskinin Qarabağı “mübahisəli ərazi” adlandırmasının üstündədir: hətta XİN Rusiyanın Qarabağın Azərbaycan ərazisi olduğunu işğal dövründə də tanıdığını arqument kimi Putinin köməkçisinə xatırladıb.

Medinski tarixçidir, hətta Kiyevin 12-ci əsrdən üzü bəri “tarixi haqda” İstanbulda geniş bir mühazirə də oxuyub ki, əksər danışıqçılar bundan narahatdırlar. Çünki söhbət tarixdən yox, hazırkı beynəlxalq öhdəliklərdən, sərhədlərin toxunulmazlığından, hüquqdan gedir.

Rusiyaya “beynəlxalq hüquq”, “sərhəd toxunulmazlığı” və s. dəyərlər keçmir ki! Bu ölkə tarixi də hər zaman saxtalaşdırıb, özü qurduğu saxta tarixə istinad edib, hüququ da ayaqlarının altına alıb!

Medinski məhz bunu, həm də ilk dəfə, həm də ən yüksək səviyyədə etiraf etmiş oldu! Tarixçidir axı – bütün prosesi yaxşı bilir: adam bircə cümlədə etiraf etdi ki, erməniləri 1828-ci il Türkmənçay müqaviləsindən sonra bölgəyə gətirib yerləşdirən, ermənilərə Azərbaycan torpaqlarında dövlət qayıran, Qarabağa muxtar vilayət statusu verən də bizik, keçmiş Dağlıq Qarabağı işğal edib, ermənilərə təqdim edən də!

İndi də eyni prosesi Rusiya Ukraynada aparır – ancaq bu dəfə “erməni” adıyla deyil, öz adıyla; bu dəfə erməniləri qabağa verib, “xalqların öz müqəddəratını təyin etmək hüququ” ilə manipulyasiya etmir, indi “milyonlarla rus icmasının hüququnu qorumaq” adı ilə Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazilərini işğal edir!

Medinski açıq şəkildə dedi ki, 1994-cü ildə, “başımız qarışıq” olanda Ermənistanla Azərbaycan atəşkəs imzaladı, nəticədə Azərbaycan 30 ilə yaxın zamandan sonra öz torpaqlarını işğaldan azad edə bildi – halbuki biz buna imkan verməyəcəkdik!

Medinski etiraf edir ki, 10 noyabr 2020-ci il sazişində niyə israr edib!

Medinski Putinin 2022-ci il 5 oktyabrda Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığından dolayı “şoka düşdüyünü” açıq şəkildə etiraf etməsini xatırladır bu sözlərlə – çünki Rusiyanın “planı” başqaydı.

Medinski Azərbaycan və Türkiyənin timsalında NATO-nun Cənubi Qafqazda Rusiyanın işğal etdiyi əraziləri geri qaytara bilməsini açıq şəkildə etiraf edir – bundan niyə təəccüblənirsiniz ki!

İndi də Rusiya Ukraynanın ərazisini işğal edib və bunu da dəqiqliyi ilə bilir; bilir ki, bu, beynəlxalq hüquqa ziddir, nüvə silahını əlindən almaq üçün təhlükəsizliyinə qarant olduğu bir ölkəni parçalamaqdır və ehtiyat edir ki, atəşkəs olar, Ukrayna güclənər və işğaldakı torpaqlarını geri alar!

Əslində etirafa görə Medinskiyə təşəkkür borcumuz var.

Medinski həm də qələbəmizin miqyasını daha doğru dərk etmək fürsəti verir…

PAYLAŞIN:

Continue Reading

Previous: Tramp Maskın narkotik istifadə etməsi ilə bağlı şayiələrə münasibət bildirib
Next: Əli Əsədov Özbəkistanda rəsmi səfərdədir

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.