Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 10
  • Medinski öz ritorikasında imperiya nostalgiyası ilə davranaraq Cənubi Qafqazın reallıqlarını inkar edir

Medinski öz ritorikasında imperiya nostalgiyası ilə davranaraq Cənubi Qafqazın reallıqlarını inkar edir

admin 10/06/2025
medinski_090625

 

Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibə verib.

Onun müsahibə zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur.

Belə ki, Vladimir Medinski şovinist, dayaz düşüncəli, Rusiyanı imperialist müharibələrə sürükləyənlərdən şəxslərdən biridir. Onun iddiasının əleyhinə olaraq, Qarabağ heç vaxt mübahisə predmeti olmayıb. Rusiyanın özü də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Medinskinin bu dayaz iddialarıyla bağlı siyasi şərhçi Tural İsmayılov  bildirib ki, onun Qarabağın guya “mübahisəli ərazi” olması barədə verdiyi bəyanat tamamilə qəbuledilməz, tarixi və hüquqi reallıqlardan uzaq, siyasi manipulyasiyadır.

“Medinski açıq-aşkar şəkildə Rusiya diplomatiyasının neytrallıq prinsipini pozur və revanşist dairələrin dili ilə danışır.
Qarabağ Azərbaycan torpağıdır və bu, BMT qətnamələri və beynəlxalq hüquqla tanınmış faktdır. Onun səsləndirdiyi “fikir” 2020-ci il 10 noyabr bəyanatına da ziddir. Medinski ya regionla bağlı məlumatsızdır, ya da bilərəkdən təxribatçı ritorika aparır. O, tarixçi olsa da tarixdən görünür ki, ya xəbərsizdir, ya da onu saxtalaşdırmağa çalışır. Qarabağ məsələsi 2020-ci ildə hərbi-siyasi baxımdan həll olunub və indi bu məsələni “mübahisəli” kimi təqdim etmək yalnız destruktiv məqsədlərə xidmət edə bilər. Bu cür bəyanatlar sülh prosesinə və regionun sabitliyinə zərbə vurur”.

T.İsmayılov qeyd edib kim Medinski öz ritorikasında imperiya nostalgiyası ilə davranaraq Cənubi Qafqazın geosiyasi reallıqlarını inkar edir.

“Onun sözləri Rusiya-Azərbaycan münasibətlərinə ziyan vurmaq potensialına malikdir. Diplomatik post tutan şəxs bu qədər məsuliyyətsiz açıqlamalar verməməlidir. Onun bu bəyanatı Ermənistanı yenidən ümidləndirmək və revanşist ritorikanı alovlandırmaq məqsədi daşıyır. Azərbaycan cəmiyyətində bu cür fikirlər yalnız qəzəb və narahatlıq doğurur. Medinski gərək başa düşə ki, artıq “mübahisə” dövrü deyil, post-münaqişə dövrüdür. Tarix saxtalaşdırmaqla deyil, həqiqəti qəbul etməklə yazılır – bunu bir tarixçi bilməlidir”.

Siyasi şərhçi Əziz Əlibəyli isə Trend-ə bildirib ki, köhnə normativləri canlandırmaq məsələyə münasibətdə haradan baxsaq yolverilməzdir.

“Azərbaycan özünün ərazi bütövlüyünü təmin edib. Qarabağ Azərbaycanın Beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bu proses böyük bir uğurla yekunlaşdırılıb. Bu əvvəlcə aktual olan normativ idi. Amma indi onun meydana gətirilməsi yersiz analogiyadan başqa bir şey deyil. Bunun meydana gətirilməsində əsas səbəb Ermənistanda hakimiyyət dəyişikliyinə zəmin hazırlamaqdırsa, belə bir arqument kimi bundan istifadə ədəbiyyatdan çıxsa yaxşı olar. Ümumiyyətlə Qarabağ Azərbaycanın daxili ərazisi kimi mövcuddur. Amma beynəlxalq siyasətdə hansısa konflikt predmeti kimi mövcud deyil.”

Ə.Əlibəyli qeyd edib ki, Qarabağ məsələsi haradan baxsaq separatizm məsələsidir:

“Bu ölkədən daxilində baş verən məsələ idi. Azərbaycan burada qalib gəldi. Rusiya-Ukrayna məsələsi isə iki müstəqil dövlət arasında baş verən və Rusiyanın işğalı ilə davam etdirilən təcavüz siyasətidir. Bu eyni məsələ kimi necə götürülə bilər?! Medinski Rusiya Ukrayna cəbhəsində savaş aparır amma Cənubi Qafqaz cəbhəsini də boş qoymuruq mesajını verirsə, bu məntiqlə qayıtması əlavə müharibələrə gətirib çıxarır. Prosesdə absurd olan Medinskinin bölgənin bir hissəsi ilə bağlı məlumatlı olub digər hissəsi ilə bağlı məlumatsız olmasıdır.”

Görünən odur ki, erməni şovinizminin, faşizminin arxasında duran da, onları silahlandıran da, müharibəni alovlandırıb Azərbaycan ərazilərinin işğalına şərait yaradan da elə Rusiyadır.

Tarixən Cənubi Qafqazda mövcud olmuş vəziyyət Rusiyanın parçala hökm sür siyasətinin tərkib hissəsi olub.

Nəzər salsaq görərik ki, ancaq rəsmi dairələrdə Rusiya münaqişənin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edib, Lavrov kimi siyasətçilər rəsmi Moskvanın əsl niyyətlərini yaxşıca pərdələyiblər. Təbii ki, bu cür yanaşma, peşəkarlıq Medinski kimilərinin ağlının işi deyil.

2020 ci il müharibəsi Vətən müharibəsi olub və Medinskinin iddialarının əksinə olaraq, bu müharibə ancaq SSRİ nin alman faşizminı qarşı müharibəsi ilə müqayisə oluna bilər./trend.az

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan XİN-dən Rusiya prezidentinin köməkçisinə CAVAB
Next: Aktauda Xəzər dənizində ən böyük konteyner qovşağı açılıb

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.