Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 11
  • Xameneinin müşavirindən Zəngəzur dəhlizi açıqlaması – Azərbaycana düşmən olduqlarını etiraf etdi

Xameneinin müşavirindən Zəngəzur dəhlizi açıqlaması – Azərbaycana düşmən olduqlarını etiraf etdi

admin 11/06/2025
e8930982-6c61-4902-b42a-40e74b810ec1

 

İran Zəngəzur dəhliznin açılmasına qarşı çıxdığını bir daha etiraf edib.

Bu barədə İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Tasnim” agentliyinə açıqlamasında bildirib.

Vilayəti hətta bunu İranın “gücünün” göstəricisi kimi təqdim edib. O, Tehran rejiminin Azərbaycana və Türk millətinə qarşı düşmən mövqedə dayandığını etiraf edərək bildirib ki, İran indiyə qədər Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə maneəsiz birləşrməsinə imkan verməyib. 

O, anti- Azərbaycan mövqeyinə haqq qazandırmaq üçün Zəngəzur dəhlizinin açılmasında əsas məqsədin, guya, İranın Avropaya çıxışını məhdudlaşdirmaq olduğunu iddia edib

Vilayəti iddia edib ki, ABŞ-nin sabiq  Prezidenti Co Bayden belə, dəhlizin işə salınması üçün hər şeyin hazır olduğunu bildirib, lakin layihənin İran həyata keçirilməsinə mane olub.

“Bu, İranın hətta Rusiyanın dəstəyi olmadan belə regionda təhlükəsizliyi qorumağa və ağıllı diplomatiya vasitəsilə NATO-nun təsirinin qarşısını almağa qadir olduğunu göstərir” -deyə, miskin və çılız bir mövqe nümayiş etdirib.

Bu açıqlama bir daha göstərir ki, İran Cənubi Qafqazda aqressiv və açıq şəkildə Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Belə bəyanatlar ölkəmizin həm şimaldan, həm də cənubdan düşmən mövqeli rejimlərin təzyiqi ilə üz-üzə qaldığını təsdiqləyir.

“Bu halda Vilayətinin “İran Zəngəzur dəhlizinin reallaşmasının qarşısını aldı” iddiası puç olacaq”

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Vilayəti bu açıqlaması ilə İranın gücünü çox şişirdib:“Birincisi, Zəngəzur dəhlizi İranın mövqeyinə görə ləngiməyib. Azərbaycan Ermənistandan açıq dəhliz tələb edir, İrəvan isə dəhlizdə sərhəd və gömrük xidmətinin fəaliyyət göstərməsini istəyir. Yəni Ermənistan hökuməti dəhlizin əleyhinə deyil, əksinə Baş nazir Nikol Paşinyan ölkəsinin Zəngəzur dəhlizi vasitəsilə Orta dəhlizin tərkib hissəsi olması istəyir, iki ölkə arasındakı məsələyə baxışdakı fərq sadəcə Zəngəzur dəhlizinin işləmə mexanizmindədir”.

Politoloq qeyd edir ki, bir gün Bakı ilə İrəvan ortaq məxrəcə gələrək Zəngəzur dəhlizinə razılaşarsa, Vilayətinin “İran Zəngəzur dəhlizinin reallaşmasının qarşısını aldı” iddiası puç olacaq: “Vilayətinin simasında İranda qərar verənlər hələ də yanlış olaraq düşünürlər ki, guya Zəngəzur dəhlizi İranın Avropaya yolunu parçalayır. Birincisi, Ermənistan üzərindən belə bir yol yoxdur, ikincisi İran Avropa ilə idxal-ixrac əməliyyatlarını işlək vəziyyətdə olan Azərbaycan və Gürcüstan, o cümlədən Qara dəniz üzərindən həyata keçirə bilər”.

O ki qaldı, İranın NATO-nun Cənubi Qafqaza daxil olmasının qarşısının alınması barədə İran rəsmisinin dediklərinə, E.Şahinoğlu xatırladır ki, Azərbaycanın və Ermənistanın Şimali Atlantika Blokuna üzvlük istəyi yoxdur.

“Cənubi Qafqazın üçüncü ölkəsi Gürcüstan üzvlükdən imtina etməsə də, Tbilisi ilə Brüssel arasında hazırki münasibətlər şərtləri daxilində bu mümkün deyil. Buna baxmayaraq, Cənubi Qafqazın hər 3 ölkəsi NATO-nun proqramlarında fəal iştirak edir, Azərbaycan və Gürcüstan isə Şimali Atlantika Blokunun əsas dövlətlərindən biri olan Türkiyənin bölgədəki əsas müttəfiqləridir. Bunu da Vilayəti bilməmiş deyil”, – ekspert vurğulayıb.

“Vilayətinin “İran NATO-nun qarşısını aldı” iddiasını da gülüncdür”

Politoloq Zaur Məmmədov isə  hesab edir ki, Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər birtərəfli, reallıqdan uzaq və siyasi manipulyasiya nümunəsidir.

Onun sözlərinə görə, bu bəyanat daha çox İranın daxili auditoriyasına hesablanmış ritorika olmaqla yanaşı, regiondakı geosiyasi prosesləri təhrif etmək məqsədi daşıyır: “Əvvəala, Vilayətinin “Zəngəzur dəhlizi İranla əlaqələri kəsmək üçün planlaşdırılıb” iddiası tamamilə əsassızdır. Zəngəzur dəhlizi ilk növbədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsini bərpa etmək məqsədi daşıyır. Bu, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatında açıq şəkildə qeyd olunub və Ermənistanın özü bu razılaşmaya imza atıb. Əgər bu layihə İrana qarşı idisə, onda bu bəyannamənin tərəfi olan Rusiya və Ermənistan niyə razılıq verdi? Əslində, dəhlizin reallaşması İran üçün də iqtisadi imkanlar açacaq, çünki regiondakı kommunikasiya sistemlərinin inkişafı Tehran üçün yeni ticarət yolları və tranzit imkanları deməkdir”.

Ekspert Vilayətinin “İran NATO-nun qarşısını aldı” iddiasını da gülünc adlandırıb: “Vilayəti “NATO-nun regiona nüfuz etməsi” kimi təhlükə yaratmağa çalışır, halbuki Zəngəzur dəhlizi layihəsi NATO deyil, regional ölkələr – Azərbaycan, Türkiyə və Rusiya tərəfindən müzakirə olunur. İranın bu layihəyə qarşı çıxışı, əslində, özünün iqtisadi və geosiyasi marjinalizasiya qorxusundan qaynaqlanır.

İran doğrudandanmı Zəngəzurda NATOnun qarşısını aldı? O zaman 2023 – cü ildə Ermənistan – Aİ razılığına əsasən faktiki olaraq NATO ölkələrini təmsil edən dövlətlərin nümayəndələrinin Qərbi Zəngəzurda keşik çəkmələrini və Ermənistan – Aİ – ABŞ arasında 2024 – cü ilin baharında imzalanan anlaşmanı necə başa düşmək olar? Məgər Paşinyanın əli ilə Qərb regionda hərbi imkanlarını genişləndirmirmi?”

Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyətindən danışan Zaur Məmmədov bildirir ki, bu dəhliz Türk dövlətləri arasında nəqliyyat dəhlizinin əsas halqalarından biridir və Çindən Avropaya qədər uzanan Orta Dəhliz üçün əhəmiyyət daşıyır.

“Bu dəhliz açıldıqda Azərbaycan, Türkiyə, Orta Asiya ölkələri və Çin üçün əldə edilən nəqliyyat xərcləri azalacaq”, o, əlavə edib.

Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizi yalnız geosiyasi deyil, iqtisadi baxımdan da olduqca rentabellidir: “Vaxt və məsafə baxımından daha qısa nəqliyyat marşrutu təklif edir. Azərbaycan və Türkiyənin enerji və logistika layihələri ilə sinxronlaşır (TANAP, BTQ dəmir yolu və s.). Çin-Orta Asiya-Türkiyə-Avropa marşrutu üzərində yerləşməklə Böyük İpək Yolunun qollarından biri ola bilər.Bu layihə yalnız regional ölkələr üçün deyil, qlobal iqtisadi sistem üçün də strateji əhəmiyyət daşıyır”.

Z.Məmmədov vurğulayıb ki, Zəngəzur dəhlizi nə İrana qarşı yönəlib, nə də onun milli təhlükəsizliyinə təhdiddir: “Əksinə, bu dəhliz regionda sülh, iqtisadi inkişaf və əməkdaşlıq üçün yeni imkanlar yaradır”.

PAYLAŞIN:

Continue Reading

Previous: Bu yay üçün bölgələrdəki otellərin qiyməti
Next: Rusiyaya qarşı 18-ci sanksiya paketi gəlir – Avropa Trampın dəstəyini axtarır

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.