Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 12
  • bp “Qarabağ” və “Əşrəfi – Dan Ulduzu – Aypara” layihələri üzrə hasilat və növbəti addımları açıqladı

bp “Qarabağ” və “Əşrəfi – Dan Ulduzu – Aypara” layihələri üzrə hasilat və növbəti addımları açıqladı

admin 12/06/2025
bp_logo_290425

 

bp “Qarabağ” yatağı “Əşrəfi – Dan Ulduzu – Aypara” (ADUA) sahəsi ilə bağlı işlənmə konsepsiyası hazırlayacaq.

Bu barədə açıqlamasında “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.

O, bp-nin sözügedən layihələrə qoşulma prosesindən danışıb: “Biz “Qarabağ” yatağı və “Əşrəfi – Dan Ulduzu – Aypara” (ADUA) sahəsi ilə bağlı mövcud müqavilələrə qoşulmuşuq. Yəni, bu müqavilələr var idi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeganə payçı idi.Biz də müvafiq müqavilələrlə hər iki layihə üzrə 35% pay aldıq. O müqavilələr əsasında hər iki layihənin operatorluğu bp-yə veriləcək. Necə ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”i biz idarə edirik, bu iki layihəni də idarə edəcəyik. Bizim üzərimizə məsuliyyət olaraq SOCAR-la birlikdə hər iki layihə üzrə bundan sonrakı planları hazırlamaq düşür”.

T. Bayatılı vurğulayıb ki, bp ilk növbədə “Qarabağ” yatağı ilə bağlı işlənmə konsepsiyası hazırlamağı planlaşdırır: “Bu konsepsiya əsasında, quyunun qazılıb-qazılmayacağını, əldə olan məlumat əsasında yeni platformanın tikilib-tikilməyəcəyini müəyyənləşdirəcəyik. O yatağa yaxın yerdə mövcud infrastruktur varsa, texnologiyalar imkan verir ki, artıq onun işlənməsinə başlanılmasını sürətləndirək. Ona görə də ilk növbədə biz konsepsiya hazırlamalıyıq ki, hansı şəkildə hasilata başlayacağımızı müəyyənləşdirək”.

bp sözçüsünün sözlərinə görə, yeni sualtı infrastruktur yaratmağa ehtiyac olmadan “Qarabağ” yatağından hasil olunacaq neft və qaz müvafiq sualtı ixrac boru kəmərləri ilə Səngəçala ötürüləcək: “Düzdür, konsepsiya hazırlanması müəyyən vaxt aparacaq, amma hasilat tez olmalıdır. Çünki bu yataq “Azəri-Çıraq-Günəşli” yatağından 20-25 km məsafədə yerləşir. Bu o deməkdir ki, həmin yerdə quyu qazıldıqda, o quyu sualtı boru kəmərləri vasitəsilə asanlıqla “Azəri-Çıraq-Günəşli”dən olan sualtı neft ixrac boru kəmərlərinə birləşdiriləcək. Məlumdur ki, “Mərkəzi Azəri”dən Səngəçala birbaşa sualtı neft və qaz ixrac boru kəmərləri var. “Qarabağ” yatağında həm neft, həm də qaz kəşf olunduğundan onların hər biri qeyd etdiyim bu sualtı ixrac boru kəmərlərinə birləşdiriləcək. Yəni, yeni sualtı infrastruktur yaratmağa ehtiyac olmadan “Qarabağ” yatağından hasil olunacaq neft və qaz müvafiq sualtı ixrac boru kəmərləri ilə Səngəçala ötürüləcək”.

““Qarabağ” yatağı və “Əşrəfi – Dan Ulduzu – Aypara” (ADUA) sahəsinin operatoru olaraq, ilk işimiz işlənmə konsepsiyasını hazırlamaq və SOCAR-la razılaşdırmaqdır. Bundan sonra konsepsiya əsasında bp müvafiq tikinti işlərinə start verəcək və hasilata başlanılacaq.

Qiymətləndirmələrdən sonra hər iki layihənin dəyəri və potensialı ilə bağlı detalları ictimaiyyətə açıqlayacağıq”, – deyə T. Bayatılı fikirlərini yekunlaşıdırıb.

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda sosial müavinətlər artırılıb
Next: Danışıqlar dalana dirənir: Tramp hücuma razılıq verdi?

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.