Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 19
  • Elan olunmamış raket savaşının bir həftəsi: İran ağır itkilər verir, amma…

Elan olunmamış raket savaşının bir həftəsi: İran ağır itkilər verir, amma…

admin 19/06/2025
isr-ir-fl

 

Mərkəz rəhbəri: “ABŞ-ın müharibəyə qoşulması barədə müzakirə gedir və bu ehtimal artmaqdadır”

İsraillə İran arasında elan olunmamış müharibə bir həftədir ki, davam edir. Dünən axşam saatlarında İsrail İrana qarşı hava zərbələrinin üçüncü dalğasına başlanıldığını elan edib. İsrail ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinq zamanı deyib ki, üçüncü zərbə dalğası başlayıb və İranın qərb bölgəsində cəmlənib: “İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri yer-yer tipli raketlərin yerləşdiyi anbarlar və buraxılış qurğuları üzərində uçuşlar həyata keçirir. İstiqamət, əvvəllər vurulmuş obyektlərə yenidən daxil olmağa və oradan sursat çıxarmağa çalışan İran hərbçiləridir”.

Onun sözlərinə görə, İsrail İranın hərbi potensialını bərpa etməsinə imkan vermək niyyətində deyil.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə alimləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. Hücumlar nəticəsində hər iki tərəfin mülki əhalisi arasında itkilərin sayı artır. Hazırda qarşılıqlı hava zərbələri davam edir.

Müharibənin gedişi ilə bağlı sualları cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu əvvəlcə onu deyib ki, deyib ki, əvvəlcə müharibənin səbəblərinə baxmaq lazımdır:

– Savaş üç səbəblə izah edilir: İranın nüvə silahı əldə etməsi təhlükəsi, bölgədə İranın təsirini azaltmaq və Yaxın Şərqi yenidən dizayn etmək istəyi. Birinci səbəblə bağlı maraqlı bir hal var. “İran nüvə silahı hazırlayır və tezliklə nüvə silahı əldə edəcək” məlumatı hələ mətbuatda ilk dəfə 1993-cü ildə yazılıb. 32 il bundan əvvəl indi İsrailin Baş naziri olan Benyamin Netanyahu bəyan edib ki, İran nüvə silahı istehsalı ilə məşğuldur və üç aya silahı əldə edəcək. Təsəvvür edin ki, 32 ildir bu mövzu Netanyahu tərəfindən istismar olunur. 2015-ci ildə İranla 6 ölkə arasında iranın nüvə proqramına dair razılaşma əldə olundu, amma 2018-ci ildəo vaxt da ABŞ Prezidenti olan Donald Tramp həmin anlaşmadan çıxdı. Bundan sonra İran da bəyan etdi ki, artıq Tehran üzərində heç bir öhdəlik yoxdur. İran bildirdi ki, üranın zənginləşdirilməsi işini davam etdirir. Həmin vaxtdan 7 il vaxt keçib, İranın bu gün də nüvə silahı yoxdur. Demək ki, İsrailin iddiası əsaslı deyil. Biz bu gün beynəlxalq hüququn böhran yaşadığını görürük. Baxın, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayır, adını isə “xüsusi hərbi əməliyyat” qoyur. Rusiya Ukraynaya qarşı bütün müharibə vasitələrindən istifadə edir, amma buna “müharibə” deyənləri mühakimə edir. İsrail bəyan edir ki, İrana qarşı hərbi əməliyyata başlayır. Beynəlxalq hüquqa görə, müharibə qaçılmaz olduğunda dövlətlər bir-birinə müharibə elan edirlər. Amma biz görürük ki, nə Rusiya-Ukrayna, nə də İsrail-İran müharibəsi elan olunub. ABŞ o vaxt İraqa qarşı müharibəyə başlayanda ortaya bəhanə qoyurdusa, bu gün heç o bəhanə də yoxdur. Demək ki, beynəlxalq hüquq tapdaq altındadır. Üstəlik, İsrail əvvəlki iki tələbinə üçüncünü də əlavə edib ki, bu da hələlik yerinə yetirilməsi mümkün görünməyən haldır. Bunlar əlbəttə, müharibənin gedişinə və geniş miqyas almasına səbəb olur.

– Üçüncü tələb hansıdır?

– İsrailin birinci tələbi İranın nüvə proqramının sıradan çıxarılması, ikinci tələbi İranın raket proqramının sıradan çıxarılması idisə, bir bənd də əlavə edib ki, İranda rejim dəyişməlidir. Amma bu gün bu, real görünmür. Baxın, 2010-cu ildə Bəşər Əsəd rejiminə qarşı Suriyada etirazlar başladı və 2011-ci ildə bu, vətəndaş müharibəsinə çevrildi. Həmin vaxt Suriyanın tərəfində İran və Rusiya, Suriyanın əleyhinə isə Türkiyə, İsrail, ABŞ, Avropa İttifaqı və bir sıra ərəb ölkələri – Qətər, Səudiyyə Ərəbistanı idi. Lakin Suriyada rejim bundan 15 il sonra dəyişdi. Demək istədiyim odur ki, İranda rejim dəyişikliyinin tezliklə baş verəcəyi gözlənilmir. Bu, hesab edirəm ki, inmformasiya təbliğatıdır. Bir ölkədə rejimin dəyişməsi üçün siyasi şərait olmalıdır. Tutaq ki, İran Prezidenti də, Ali Rəhbər də qətlə yetirilib. Onu hansı siyasi qurum əvəzləyəcək? Əgər eləyəcək qurum varsa, bu elə hakimiyyətin içərisindən çıxan olacaq və o da daha sərt, daha radikal olacaq. Çünki İranda başqa siyasi qurum yoxdur. Ona görə də, İranda rejimin dəyişməsini gözləmək absurddur.

– İranın məğlub olacağı, yaxın günlərdə kapitulyasiyaya gedəcəyi barədə fikirlər var. Sizcə, müharibənin gedişi nə vəd edir?

– İlkin mərhələdə məlum oldu ki, İran bir çox parametrlər üzrə İsraildən geridədir, xüsusilə də texniki və texnoloji parametrlər üzrə. Məlumdur ki, İran generalları, alimləri, siyasətçiləri gecə vaxtı evinin içərisində qətlə yetirildi. Yeri gəlmişkən, beynəlxalq hüquqa əsaslansaq, müharibə elan etmədiyin bir ölkənin hərbçilərinə, siyasətçilərinə, alimlərini qətlə yetirmək terrorçuluqdur. Rusiya bu gün Ukraynada etdiyini İsrail İranda edir. İran da İsrailə qarşı bu vaxtadək eyni addımları atıb. Müharibənin gedişatına gəlincə, demək olar ki, İran ağır itkilərə məruz qalır. İrana qarşı genişmiqyaslı əməliyyat aparılır, ölkənin hava məkanı deyilənə görə, İsrailin nəzarətindədir. Təbii ki, informasiya savaşı da aparılır, dezinformasiyalar yayılır, bu öz yerində. Amma etibarlı məlumat mənbələri var ki, onlar da fikir bildirməyə imkan tanıyırlar. Nəzərə almaq lazımdır ki, ortada İranın da cavab zərbələri var və bu zərbələr İsrailə kifayət qədər ziyan vurub. İranı heç kim zəif bilməsin. Məsələ burasındadır ki, hazırda ABŞ-ın müharibəyə qoşulması barədə müzakirə gedir və bu ehtimal artmaqdadır. Məlumdur ki, ABŞ tanker təyyarələrini Avropaya köçürür. Bu tanker-təyyarələr qırıcıların havada yanacaqla təchiz olunmasına xidmət edir. Sual olunur: ABŞ nəyə hazırlaşır? Ola bilsin ki, İsrail indiki mərhələdə dirənir, irəliləyə bilmir. Bu baxımdan, ABŞ-ın müharibəyə qoşulması ehtimalı çoxalır.

– Amma İsrail hücumları davam etdirdiyi bəyan edib və bildirilib ki, üçüncü dalğa başlayıb…

– İsrail bəyan edir ki, məqsəd İranın nüvə proqramını tam sıradan çıxaracaq. Mütəxəssislər isə bildirir ki, İranın Fordoda bir nüvənin zənginləşdirilməsi mərkəzi var ki, bu mərkəz dağlarda, dərinlikdə, bunkerdə son dərəcə müdafiə olunmuş ərazidə yerləşdirilib və onu asanlıqla zərərsizləşdirmək mümkün deyil. Bu mərkəzi vurmaq üçün xüsusi dərinlik silahlarından istifadə edilməlidir ki, bu silahlardan İsraildə yoxdur, yalnız ABŞ-dadır. Bundan başqa  da, həmin bombaları İsrail aviasiyası ilə daşımaq qeyri-mümkündür. Demək ki, ABŞ-ın müdaxiləsini İsrail zəruri hesab edir. Yəni bu mərhələdə İsrailin dirənməsi və ABŞ-ın müdaxiləsi istisna deyil. İsrail üçüncü dalğanı elan edir, amma məqsədinə tam olaraq bununla çata biləcəkmi? Əlbəttə, az mümkündür. Bunun üçün ABŞ-ın müdaxiləsi lazımdır. ABŞ müdaxilə edəcəkmi? Hələlik Ağ Ev rəsmiləri qərar verməyiblər. Dünən qapalı toplantı keçirilib və müharibəyə qoşulmaq qərarı verilməyib. Sonrakı mərhələdə hansı addım atılacaq, qarşıdakı günlərdə bəlli olacaq./ayna.az

PAYLAŞIN:

Continue Reading

Previous: İrana heç gözləmədiyi ölkədən dəstək – Onlar da “müharibə”yə qoşulsa…
Next: Xəritə dərc edildi: “ABŞ-nin 10 hərbi bazası İranın raket zərbələri zonasındadır”

OXŞAR MÖVZULAR

putin-neba

Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir…

admin 08/05/2026
tramp_iran (2)

Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır

admin 08/05/2026
vaş-tehr

Vaşinqton-Tehran xəttində kritik mərhələ

admin 07/05/2026

XƏBƏR LENTİ

  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026
  • Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.