Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 20
  • Zəfər Qurbanov nazirliyə gedən şikayətlərin qarşısını BELƏ KƏSİR… – “Bəxtiyar Nəsibov neytrallaşdırır…”

Zəfər Qurbanov nazirliyə gedən şikayətlərin qarşısını BELƏ KƏSİR… – “Bəxtiyar Nəsibov neytrallaşdırır…”

admin 20/06/2025
zefer-aqrar

 

Azərbaycan Dövlət Aqrar Universitetinində (ADAU) baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza şok faktlar daxil olub.

Müəyyən səbəblərdən adının açıqlanmasını istəməyən mənbənin saytımıza ünvanladığı məktubu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Bu məlumatları özümə borc bildiyim üçün sizlərlə paylaşıram. Bildirim ki, Azərbaycan Dövlət Aqrar Universitetinində rektorun müşaviri vəzifəsində çalışan Bəxtiyar Nəsibovun adı 5 ildir universitetdə getsə də, hazırda Bakı şəhərində yaşayır. Öz işi ilə əlaqədar Gəncəyə gəldikdə isə ezamiyyəsi tərsinə yazılır.

Diqqətinizə çatdırım ki, bu yaxınlarda Azərbaycan Dövlət Aqrar Universitetinində aparılan maliyyə yoxlaması ciddi qanun pozuntularını ortaya çıxarsa da, ört-basdır etməyə çalışırlar.

Onu da qeyd edim ki, Bəxtiyar Nəsibov Gürcüstan vətəndaşıdır. O, “əvəzsiz kadrmış” kimi hər il Miqrasiya Xidmətindən iş icazəsi alır.

Universitetin Baş mühasibi Safura Bəşirova 2021-ci ilin yanvar ayından 2021-ci ilin iyul ayına kimi – altı aydan çox müddətdə ölkə xaricində yaşayıb. Hətta o, həmin müddət ərzində İsrail vətəndaşlığı alıb. Maraqlıdır ki, bu xanımın xəstəlik vərəqəsi, məzuniyyət və icazə hüquqi olmadan xaricə getmişdir. Ona məzuniyyət kompensasiyası belə, verilib.

Ən maraqlısı isə odur ki, noyabr ayında Safura Bəşirovanın əmək haqqında 500 manat artım olub”.

Bütün bunlarla bağlı “Hürriyyət”ə açıqlama verən mənbə deyir ki, qeyd olunan faktlarla əlaqədar dəfələrlə Baş Prokurorluğa və Gəncə Şəhər Prokurorluğuna müraciət edib. Lakin hər dəfə bir yol taparaq, bu qanunsuzluqları ört-basdır ediblər. “Eşitdiyimə görə, sonuncu dəfə 8 min manat rüşvət verilib”, – deyə mənbə iddia edir. Onun sözlərinə görə, hazırda aparılan maliyyə yoxlaması da həmin işin üstünü örtməklə məşguldur. Belə ki, maliyyə müfəttişləri də bu qədər sübutu görməməzlikdən gəlir.

Mənbə onu da vurğulayır ki, tələbə yataqxanasında iki nəfərlik otaqlarda əlavə 2 çarpayı yerləşdirərək, 4 nəfərlik otaq ediblər: “Hər tələbə üçün rəsmi ödəniş 450 manatdır. Onlar isə əlavə iki nəfərin hər birindən 180 manat alıb, öz ciblərinə ötürürlər. Bildiyimə görə, bütün bu özbaşınalıqların başında rektorun köməkçisi Vaqif və ümumi işlər üzrə prorektor Ramin Əliyev durur. Onlar mühafizə xidmətinə də işə düzəlmək üçün özlərinə yaxın və yaxşı satqınlıq bacaran adamlardan 3-4 min manat alıb, işlə təmin edirlər. Bu səbəbdən də mühafizəçilərin əmək haqları yüksək olur. Əlavə olaraq da 1/2 ştata bağban kimi yazıb, həmin pulu da rektorun köməkçisi Vaqif götürür. Digər haqqını tələb edən mühafizələrin isə hər ay maaşlarından 100-200 manat kəsilir.

Bu universitetdə baş verənlərlə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinə gedən şikayətləri isə Bəxtiyar Nəsibov neytrallaşdırır. Yenicə qızına toy edən bu “müşavir” yaşından utanmadan, özünü subay kimi təqdim edir, məxfi şöbənin əməkdaşlarından birini “gözəlçəsi” kimi saxlayır. Həmin qadın vasitəsilə universitetdə olan bütün söz-söhbətlərdən agah olur. Həmin xanımın diplomu da saxtadır. Diplomu düzəldən şəxs isə Bəxtiyar Nəsibovdur”.

PAYLAŞIN:

Continue Reading

Previous: “İsrail bunu etsə “Pandora qutusu” açılacaq”
Next: FHN-ə tabeli qurumlar “FİM GROUP” MMC ilə işbirliyində qiymətləri nə qədər şişirdir

OXŞAR MÖVZULAR

zulu şipping

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 28/04/2026
1-körpə

1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?)

admin 27/04/2026
sabunçu göl (1)

Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? – Araşdırma başladı

admin 24/04/2026

XƏBƏR LENTİ

  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026
  • Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq 29/04/2026
  • Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib 29/04/2026
  • Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir? 29/04/2026
  • Bankların kredit sirri açıldı — Bu peşə sahiblərinə şad xəbər 29/04/2026
  • Paşinyan seçilsə, Kreml nə edəcək? – Silayev 29/04/2026
  • Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır 29/04/2026
  • “Reuters”: ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir 29/04/2026
  • UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.