Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 23
  • İranın nüvə proqramı “məhv edildi”, bəs radiasiya? – Fəlakətlərin başlanğıcı…

İranın nüvə proqramı “məhv edildi”, bəs radiasiya? – Fəlakətlərin başlanğıcı…

admin 23/06/2025
radiasiya_elehqaz

 

“İranın nüvə proqramı artıq yoxdur.”

Dünyanı sükuta qərq edən bu açıqlama, əslində, bəlkə də, başqa faciənin başlanğıcı idi. İllərlə qurulan, elə illərlə də izlənən İranın nüvə proqramı indi yalnız dağıntı və radiasiya izləri buraxır. Gələcək nəsillərin sümüyünə qədər hopacaq səssiz bir zəhər – torpağın dərin qatına çökəcək, suyun yaddaşına yazılacaq və bəlkə də, bir gün ən günahsız bədənlərdə xərçəng kimi oyanacaq.

Siyasi zəfərlə təbiət fəlakəti arasındakı sərhəd bəzən bir bombanın ağırlığı qədər incə olur. Bu dəfə həmin sərhəd aşılıb. Dünya yenə nəfəsini tutub baxır. Amma bu dəfə soruşmur: “Kim qalib gəldi?” Bu dəfə soruşur: “Görəsən, biz də məhv olacağıq?”

Açıqlamadan sonra dünya bir anlıq susdu. Milyonlarla insan ekranlara baxdı, amma bu dəfə maraqdan yox – narahatlıqdan. Bu bəyanat təkcə bir ölkənin texnoloji imkanlarının sıradan çıxarılması deyildi. Bu, görünməz və təxirəsalınmaz bir təhlükənin – radiasiyanın – artıq sərhəd tanımadan yayılmağa başlaya biləcəyinin siqnalı idi.

Əgər həqiqətən də İranın nüvə obyektlərinə ağır hava zərbələri endirilibsə, bu, bir hərbi əməliyyatdan çox, ekoloji faciəyə çevrilə bilər. Zənginləşdirilmiş uran, istifadə edilmiş yanacaq çubuqları, nüvə tullantıları olan obyektlər partlayıbsa, onların tərkibindəki radioaktiv maddələr havaya, torpağa və suya yayıla bilər. Bu, ilk baxışdan görünmür. İnsan nə baş verdiyini anlamaz, amma yavaş-yavaş bədən ona xəbər verir. Gözlərdə yanma, dodaqlarda quruluq, səbəbsiz başağrısı, halsızlıq, ürəkbulanma, daxili bir narahatlıq hissi. Sonra qusma gəlir. Dəri solur, sonra qızarır. Bir neçə gün içində saç tökülməyə başlayır. İnsan yuxuda belə nəyinsə içini dələn bir soyuqluqla oyandığını hiss edir. Radiasiya od deyil, amma yandırır.

Radiasiyadan qaçmaq olmur. O, nə çiyinlərdə daşınır, nə də ayaq səsləri var. Əgər bir dəfə bədənə nüfuz edibsə, hər hüceyrəni ayrı-ayrılıqda məhv etməyə başlayır. Bunu anlamadan əvvəl tək istədiyin – sağ qalmaq olur. Pəncərəni örtmək, su içmək, evin alt qatına enmək, bəlkə də, ilk ağlına gələnlər olur. Amma bu, çox vaxt yetərli olmur. Çünki sən gecikmisən. Bütün dünya gecikib.

Nüvə obyektləri bombalandıqda və ya zədələndikdə ətraf mühitə yayılan ən təhlükəli nəticə – radiasiyadır. Radiasiya gözlə görünmür, səs çıxarmır, iyi yoxdur. Amma bədənə daxil olanda hüceyrələrə hücum edir, genetik kodları pozur, xərçəngə səbəb olur, gələcək nəsilləri xəstə doğmağa məhkum edir. Əgər əməliyyat zamanı İranın nüvə reaktorlarının, uran anbarlarının yerləşdiyi obyektlərdə partlayış və yanğın baş veribsə, bu zaman ətrafa alfa, beta, qamma və neytron şüaları yayılıb. Bu şüaların yayılma radiusu isə hava şəraitindən, küləkdən, relyefdən və obyektin növündən asılı olaraq yüzlərlə kilometrə çata bilər.

Təcrübə göstərir ki, nüvə sızmaları ilk anlarda o qədər də hiss olunmur. Çernobıl hadisələrində də insanlar ilkin mərhələdə sadəcə halsızlıq, ürəkbulanma və başağrısı ilə üzləşmişdilər. Ancaq illər sonra həmin regionlarda xərçəng halları sürətlə artmış, torpaq və su istifadəyə yararsız hala gəlmişdi.

Radiasiyanın ilk əlamətləri: bədən necə xəbər verir?

Radiasiya təsirinə məruz qalan insanlar ilk növbədə bu əlamətlərlə qarşılaşırlar:

  • Qusma və ürəkbulanma (əsasən ilk bir neçə saatda)
  • Halsızlıq, bədən ağrıları və başgicəllənmə
  • Dərinin yanması və qızarması, xüsusilə əllər, üz və boyun nahiyələrində
  • Saç tökülməsi, xüsusən güclü şüalanma zamanı
  • İmmunitetin zəifləməsi, qanın tərkibində dəyişikliklər (leukosit azalması)

Bəzən bu əlamətlər sadəcə zəhərlənmə kimi qəbul edilə bilər, lakin problemin qaynağı atomun nüvəsində gizlənirsə, o zaman tibb belə aciz qala bilər.

Radiasiyadan qorunmağın yolları

Sığınacaq tapın – Ən azı beton və qalın divarlarla əhatələnmiş bir yerə keçin. Radiasiya şüaları incə materiallardan rahat keçə bilir, amma beton və torpaq maneə ola bilir.

Su və ərzaq ehtiyatı yığın – Çölə çıxmaq təhlükəli ola bilər. Ona görə də qapalı məkanda bir neçə gün qalmaq üçün konservləşdirilmiş yeməklər və qablaşdırılmış su saxlayın.

Pəncərələri izolyasiya edin – Şüşələrdən və çərçivələrdən şüalanmış hava içəri girə bilər. Plastik örtüklə bağlamaq, hava keçirməzlik yaratmaq məsləhətdir.

Radioloji xəbərdarlıqları izləyin – Hökumətin və mütəxəssislərin verdiyi xəbərləri izləmək lazımdır. Hər bir məlumat bir həyat qurtara bilər.

Kalium yod – Bu dərman radioaktiv yodun qalxanabənzər vəziyə toplanmasının qarşısını alır.

Əgər bu, həqiqətən də belədirsə – yəni İranın nüvə proqramı Pentaqonun dediyi kimi “tamamilə” yox edilibsə – bəlkə də siyasi cəhətdən dünya üçün bir “təhlükə” aradan qalxıb. Amma bunun əvəzində görünməz bir düşmən – radiasiya – səssizcə sərhədləri aşır, bədənlərə nüfuz edir, torpağa hopur, suda həll olur. Və biz – bu Yer üzünün sakinləri – gözümüzü göyə dikib, “görəsən nə zaman hiss edəcəyik?” – deyə düşünürük.

PAYLAŞIN:

Continue Reading

Previous: İran XİN: ABŞ-nin hücumlarını cavabsız qoymayacağıq
Next: ABŞ-dan Hörmüz boğazı qərarına sərt reaksiya: “Böyük bədəl ödəyəcək”

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.