Skip to content
02/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 23
  • “Kurort” QSC-nin fəaliyyətindən narazılıqlar artır

“Kurort” QSC-nin fəaliyyətindən narazılıqlar artır

admin 23/06/2025
kurort-san

 

İki gün əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində fəaliyyət göstərən və “Kurort” QSC-nin idarəçiliyində olan “Bilgəh” Kardioloji Sanatoriyasındakı bədbəxt hadisə barədə məlumat vermişdik. Qeyd etmişdik ki, “Bilgəh” sanatoriyasının Təsərrüfat şöbəsinin müdiri İlkin Fərəcov sanatoriyanın əsas korpuslarından birində aparılan təmir işlərinə nəzarət edərkən 5-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb.

32 yaşlı İlkin Fərəcov liftin şaxtasına düşüb. Çünki həmin yerdə texniki təhlükəsizlik işləri qaydasında olmayıb.

Sanatoriyada baş vermiş hadisə “Kurort” QSC-nin Daxili Nəzarət Şöbəsinin fəaliyyətində ciddi boşluqların olduğunu göstərir. Təmir-tikinti işlərinin təhlükəsizlik standartlarına uyğun aparılmasına nəzarət edilməməsi, bu şöbənin öz funksional vəzifələrini icra etmədiyini ortaya qoyur. Belə laqeydlik isə insan həyatını təhlükə ilə üzləşdirir.

Məlumata görə, ağır xəsarətlər almış İ. Fərəcov hazırda Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsində həyatı uğrunda mübarizə aparır, vəziyyəti kritikdir.

İ. Fərəcovun 5-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alması təsadüf yox, ciddi idarəetmə və təhlükəsizlik səhlənkarlığının nəticəsidir. QSC rəhbərliyi bu faktı onun guya ehtiyatsızlığı ilə izah etməyə çalışsa da, əslində o, təsərrüfat işlərinin gedişindəki nəzarətsizliyi aradan qaldırmaq məqsədilə “Abşeron” sanatoriyasından “Buzovna”ya, ordan isə “Bilgəh” sanatoriyasına təcili qaydada göndərilib. Bu isə onun əməyindən sui-istifadə və iş şəraitinə uyğun texniki təhlükəsizlik qaydalarının kobud pozulması deməkdir. Hüquq-mühafizə orqanları bu faktı ciddi araşdırmalı, texniki təhlükəsizlik üzrə məsul şəxslərin və qərarverici rəhbərliyin məsuliyyəti qiymətləndirilməlidir.

Xatırladaq ki, İ. Fərəcov əvvəllər “Abşeron” sanatoriyasında direktor müavini, “Buzovna” sanatoriyasında şöbə müdiri vəzifələrində çalışıb, təxminən iki ay öncə aparılan təmir- tikinti işlərinə nəzarət etmək üçün “Bilgəh” sanatoriyasına göndərilib.

Təmir-tikinti sağlamlıq bahasına başa gəlir

“Bilgəh” sanatoriyasında təmir-tikinti işləri pasiyentlərin daha çox müalicə üçün müraciət etdiyi bir vaxtda aparılır. Hazırda adıçəkilən ünvanda müalicə olunan şəxslər bildirirlər ki, sanatoriyada paralel olaraq həm pasiyentlər qəbul edilir, həm də təmir işləri görülür. Pasiyentlərdən bir neçəsi toz-torpaq, davamlı səs-küy və narahatlıq səbəbindən müalicəni yarımçıq qoyaraq sanatoriyanı tərk ediblər. Hətta Xalq artisti Tariyel Qasımovun da sanatoriyanı bu yaxınlarda vaxtından əvvəl tərk etdiyi bildirilir.

Oxşar vəziyyət hazırda “Kurort” QSC-nin tabeliyindəki “Abşeron” və “Günəşli” sanatoriyalarında da müşahidə olunur – müalicə dövründə aktiv təmir-tikinti işləri aparırlar.

Yemək, su və xidmətdən də narazılıq var

Pasiyentlərin iddiasına görə, sanatoriyada qida rasionu aşağıdır: yeməklərin əsas tərkibini Braziliyadan gətirilmiş donmuş ət, dadlandırıcı kimi isə “Knorr” və “Qalina Blanka” kimi zərərli əlavələr təşkil edir.

“Yeməklərin hazırlanmasında ucuz bitki yağlarından istifadə olunur. Üstəlik, içməli su problemi var. Sovet dövründən qalma paslı çənlərdə saxlanılan su və ya quyu sularının istifadəsi sanatoriya şəraitinə yaraşmır”,- bunu şikayətçilər sosial şəbəkələrdə yazır və ayrı-ayrı KİV-lərə müraciətlərində qeyd edirlər.

İddialara görə, “Şıx” sanatoriyasında da vəziyyət qənaətbəxş deyil: “Neft quyusundan çıxan plast sulardan termal su kimi vannalarda istifadə edirlər”.

Bildirilir ki, oynaq xəstəliklərindən əziyyət çəkən insanlar üçün yeni tikilən “Şəki” sanatoriyası, indiki “Buzovna” sanatoriyası demək olar, ginekoloji klinikaya çevrilibdir. Çünki sanatoriyanın rəhbərliyi həkim-ginekoloqlardan ibarətdir.

Kadr çatışmazlığı və maaş problemi

Sanatoriyalarda tibbi kadr çatışmazlığı müşahidə olunur. Aşağı əməkhaqqı səbəbindən təcrübəli tibbi personal kütləvi şəkildə işdən ayrılır. Bu da pasiyentlərin həyat və sağlamlığına təhlükə yaradır.

İşçilər əməkhaqqının, bonus və mükafatların düzgün hesablanmamasından da narazıdırlar. Hətta “Şıx” sanatoriyasında ilin əvvəlində məsələyə etirazlar olsa da, heç bir tədbir görülməyib. Üstəlik, tibbi personalın sanatoriyalarda pullu xidmətlərdən qazandığı vəsaitin “Kurort” QSC-nin aparatının saxlanılmasına yönəldiyi iddia olunur.

Sanatoriyalarda tibbi personalın və qida sahəsində çalışan işçilərin əməkhaqlarının artırılması birbaşa xidmət keyfiyyətinə təsir göstərər. Bu addım peşəkar kadrların saxlanılmasını, müalicə prosesinin effektivliyini və pasiyent məmnunluğunu təmin edər. Eyni zamanda, bu dəyişiklik sanatoriyaların nüfuzunu yüksəldər, şikayətləri azaldar və ictimai sağlamlığa müsbət təsir göstərər.

Məsuliyyət QSC rəhbərliyinin üzərindədir

Əvvəllər “Kurort” QSC-nin nəzdindəki sanatoriyalar MMC statusunda müstəqil fəaliyyət göstərsə də, ötən ildən etibarən onlar ləğv edilib. Hazırda onlar birbaşa QSC-nin tabeliyindədir və filial kimi fəaliyyət göstərirlər. Bu isə bütün məsuliyyəti QSC-nin hazırkı baş direktoru Çingiz Hacıyevin üzərinə qoyur. Filial direktorlarının demək olar, heç bir səlahiyyəti yoxdur.

Narazılar bildirirlər ki, ən yüksək vəzifəsi Naftalandakı SPA otellərdən birinin rəhbəri olmuş Çingiz Hacıyev «Kurort» QSC-ni normal idarə edə bilmir. O, vəzifəyə təsdiq olunan kimi, əvvəlcə öz yaxınlarını QSC-də işlə təmin edib. Naftalanda işlədiyi oteldən Fariz Hüseynovu QSC-də İnsan resursları şöbəsinə müdir, əvvəllər oteldə qeydiyyatçı işləmiş tibbi təhsili olmayan Gülgəz xanımı isə Müalicə işinin və əməliyyatların idarəolunması üzrə müdir təyin edib. Üstəlik, onlara xidməti avtomobillər də verilib. QSC-nin bir çox təcrübəli işçiləri isə yarıtmaz idarəçilik səbəbindən işdən ayrılıblar.

“Kurort” QSC əvvəllər cəmi 20 nəfərlik ştatla çalışsa da, bu qədər narazılıq olmayıb. İndi isə 100 nəfərdən çox ştatı olsa da, xidmət çox aşağıdır.

Bu qədər işçi arasında texniki təhlükəsizliyə nəzarət edən mütəxəssis isə demək olar ki, yoxdur. Bu sahədə lazımi iş aparılmadığı üçün “Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib. İlin əvvəlindən bu günədək sanatoriyanın ərazisində aparılan söküntülər zamanı iki halda yanğın hadisəsi qeydə alınıb. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alanlar olmayıb. Amma səriştəsiz kadrların təyinatı, texniki təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə olmaması müəyyən fəsadlara yol açır.

Sanatoriya ərazisində aparılan təmir-tikinti işləri vaxtı texniki təhlukəsizlik qaydalarına tam riayət olunması qanunvericiliyin tələbidir. Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Məsul şəxslərin əmək mühafizəsini tam təmin edib-etmədiyi müəyyənləşəcək.

Təcrübəli mütəxəssislərlə vidalaşırlar

“Kurort” QSC-də bir sıra təcrübəli mütəxəssislərlə əməkdaşlığa son qoyulub. Uzun illərdir QSC-də çalışmış Tikinti və istismar şöbəsinin müdiri “Tərəqqi” medalı olan Afaq xanım da son dövrlərdə aparılan idarəçilik siyasəti nəticəsində işindən ayrılıb. Ötən ay QSC-nin baş direktorunun müavinlərindən biri və müşaviri də ərizələrini yazaraq işləri ilə vidalaşıblar.

İddialara görə, təcrübəsiz şəxslərin QSC-nin rəhbərliyinə gətirilməsi və daxili təkliflərin nəzərə alınmaması, peşəkar kadrların işdən ayrılmaq qərarı vermələrində əsas rol oynayır.

Prokurorluq araşdırma aparır

Bu il artıq ikinci dəfədir ki, hüquq-mühafizə orqanları “Bilgəh” sanatoriyasına müdaxilə edib. Hazırda sanatoriyanın sabiq baş həkimi Fuad Quliyev barəsində Sabunçu Rayon Prokurorluğunda rüşvət alma faktı ilə bağlı araşdırma aparılır. Çox güman ki, onun barəsində təqdim edilmiş çoxsaylı izahatlar və hüquqi sənədlər bu sanatoriyada illərlə davam edən korrupsiya və sui-istifadə hallarını ortaya çıxaracaqdır.

Göndərişlərlə bağlı problemlər yaranır

Vətəndaşlara göndərişlərin (putyovkaların) verilməsində bir çox problemlər var. Son zamanlar KİV-lərdə yayımlanmış məlumatlardan da göründüyü kimi, vətəndaşlar göndərişlərin əldə olunması üçün AHİK-nin «Kurort» Turizm İnformasiya Mərkəzi ilə əlaqə saxlaya bilmirlər.

Ölkə mətbuatı eyni göndərişin bir neçə nəfərə satılması barədə də məlumatlar yayır.

Qeyd olunan faktlar “Kurort” QSC-nin struktur və idarəetmə böhranı yaşadığına işarədir. Belə anlaşılır ki, sistemdə təcili islahatlara ehtiyac var. Mövcud vəziyyət sanatoriyalarda pasiyentlərin sağlamlığının və insan hüquqlarının təhlükə altında olmasını göstərir. AHİK rəhbərliyi və Çingiz Hacıyev bu məsuliyyətdən yayınmamalıdır.

Sanatoriya spa-otel deyil!

Sonda onu da qeyd edək ki, “Kurort” QSC-nin hazırkı rəhbəri Çingiz Hacıyev və onun aparatı klassik kurort və müalicəvi sanatoriya sistemini sanki qəsdən spa-otel formatına çevirməyə çalışırlar. Halbuki sanatoriyalar profilaktik və terapevtik müalicə müəssisəsidir, burada sağlamlıq turizminin əsas məqsədi tibbi-reabilitasiya olmalıdır. Təəssüf ki, yanlış yanaşma sanatoriyaların əsas funksiyasını kölgəyə salır, oradakı pasiyentlərin ehtiyaclarını və hüquqlarını pozur./tehsilmedia.az

PAYLAŞIN:

Continue Reading

Previous: Prezident İlham Əliyev Yevlax pilot aqroparkının açılışında iştirak edib
Next: İrana zərbələrin 3-cü hədəfi başladı: elə obyektlər vurulur ki…

OXŞAR MÖVZULAR

şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026
zulu şipping

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.