Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 23
  • “OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır

“OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır

admin 23/06/2025
tender-esas

 

“İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi “OFİS-A.M.” Məhdud Məsuliyyətli Cəmiyyətini satınalmadan kənarlaşdırıb. Bu barədə Peşə Təhsil Mərkəzinin 21.06.2025-ci satınalmaların portalındadərc etdiyi məlumatda bildirilir. Qeyd olunur ki, hörmətli təchizatçı, ( “OFİS-A.M.” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ) tələb olunan mallar üzrə sizin təklif etdiyniz qiymət təklifi ehtimal olunan qiymətdən 76.36 faiz aşağıdır, bu səbəbdən satınalmanın icrasına şübhələr yarandığından izahat və məlumatlar təqdim etməyniz üçün sizə göndərilən sorğuya əsaslandırılmış izahat və məlumatlar təqdim etmədiynizə görə Azərbaycan Respublikası Dövlət Satınalma Haqqında Qanunun 35.1.8. maddəsinə əsasən (təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda) satınalmadan kənarlaşdırılırsız.

Xatırlatmaq istərdik ki, Aktualinfo.org hələ bir neçə ay əvvəl “OFİS-A.M.” MMC-nin fəaliyyətinə toxunmuşdu. Qeyd edək ki,  “OFİS-A.M.” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkənin satınalmalar bazarında çox tez parlamağa başlayıb. MMC demək olar hər gün iki və ya üç kotorivka sorğusunun qalibi olur. Daha çox dəftərxana və təsərrüfat mallarının satın alınmasının qalibi olan MMC həm də, təltif malları, təsərrüfat və mətbəə malları, içməli su, ofis ləvazimatları, digər mallar, istehlak yönlü müxtəlif xidmətlər, mətbəə məhsullarının və katric dolumu, bayraq və portret malları, yeməkxana və mətbəx ləvazimatları, digər və istehsalat təlimi üzrə lazım olan mallar, mətbəə avadanlıqlarına ehtiyat hissələri və mətbəə üçün sərfiyyat malları kimi satınalmaların da qalibi olub.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, bir çox dövlət qurumu “OFİS-A.M.” MMC ilə bağladığ satınalma müqaviləsində məhz Satınalmalar Haqqında Qanunun 35.1.8. maddəsinin tələblərinə əməl etməyib ehtimal olunan qiymətdən qat-qat aşağı qiymətlər təklif etmiş bu şirkəti qalib seçmişlər. Bu isə malların keyfiyyətinin aşağı olmasına gətirib çıxarmaqla yanaşı, digər şübhəli məqamlara da yol açır.

Dövlət satınalmalarının vahid portalına yerləşdirilmiş məlumatlarda MMC nin dövlət qeydiyyatına alındıqdan sonra son bir il iki ay ərzində dövlət satınalmalarında 481 kotirovka sorğusunun qalibi olduğu göstərilir. Bu bəlkə son illər dövlət satınalmaları sahəsinə görülən ən yüksək nəticədir. Yəni “OFİS-A.M.” MMC qısa müddətdə satınalmalarda rekord qırıb. Maraqlıdır, belə qısa müddət ərzində beş yüzə yaxın kotirovka sorğusunun qalibi olmuş bu MMC kimə məxsusdur?

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OFİS-A.M.” (VÖEN 1605401091) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 14.02.2024-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, KÖNDƏLƏN ENİNƏ 10-CU, ev 2074-2077, qanuni təmsilçisinin isə Abdullayev Müşfiq Yavər oğlu olduğu göstərilir.

Göründüyü kimi MMC ötən ilin fevralında dövlət qeydiyyatına alınıb. Cəmi iki ay sonra “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi ilə dəftərxana və təsərrüfat ləvazimatlarının satınalınması üzrə 4.221,5 manat məbləğində müqavilə bağlayıb, siftə edib. Daha sonra Naxçıvanın rayonlarından tutmuş, Qəbələ, İmişli, Gədəbəy, Qusar, Tovuz, Şəki, Yevlax, Kürdəmir, Lənkəran, Astara, Saatlı, Beyləqan, Cəlilalabad, Salyan, Yardımlı, Biləsuvar, Hacıqabul, Ağdam, Ağstafa rayonlarında və Gəncə, Şuşa,Şirvan və Sumqayıt şəhərlərində fəaliyyətdə olan dövlət qurumlarına, Bakı şəhərində fəaliyyətdə olan xəstəxana, institut, hərbi hissə digər qurumlara dəftərxana və təsərrüfat ləvazimatları satmağa başlayıb.

Ümumiyyətlə görəsən bu MMC-nin qalib olduğu satınalmaları respublikanın şimalından cənubuna, şərqindən qərbinə həyata keçirməyə müqavilə ilə işləyən işçiləri, maddi-texniki bazası varmı? Bu şirkət haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Son bir il bir neçə ay ərzində beş yüzə yaxın kotirovka sorğusunun qalibi olan MMC-nin nə sosial şəbəkə hesabı, nə də bir veb-səhifəsi yoxdu. Maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin heç bir məlumat yoxdu.

Qeyd edək ki, MMC-nin fəaliyyəti, maddi-texniki bazası ilə yaxından tanış olmağa səy göstərdik. Açıq mənbələrdə MMC-nin heç bir əlaqə vasitəsi yoxdu. Satınalma müqaviləsi bağladığı dövlət qurumları da MMC-nin əlaqə vasitələrini heç bir səbəb göstərmədən bizə bildirmədilər.

Bu isə MMC-nin sirli bir gücə sahib olduğunu, yüksək vəzifəli məmur tərəfindən idarə edildiyini açıq aydın göstərir. Əks halda Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “OFİS-A.M.” MMC-yə xüsusi bir yanaşması, simpatiyası olmazdı. Olmasaydı MMC-yə son bir il ərzində 481 dövlət sifarişinin verilməsinə belə geniş şərait yaratmazdı.

 

Aktualinfo..org

PAYLAŞIN:

Continue Reading

Previous: İran Hörmüz boğazını bağlamaqla hədələyir: qlobal iqtisadiyyat buna nə dərəcədə hazırdır?
Next: Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir?

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.