Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 23
  • Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir?

Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir?

admin 23/06/2025
sertifikasiya

 

Xəbər verildiyi kimi təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.

Bu il sertifikasiya imtahanlarının nəticələri qaneedicidirmi və nəticələrdən narazı olan müəllimlərə haqq qazandırmaq olarmı?

Mövzu ilə bağlı danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, 2025-ci ildə keçirilən müəllimlərin sertifikasiya imtahanı Azərbaycanın ümumi təhsil sistemində müəllimlərin peşəkarlığının artırılması və obyektiv qiymətləndirilməsi istiqamətində həyata keçirilən sistemli islahatların davamı olaraq təşkil olunub:

“Bu proses həm dövlət təhsil strategiyasının tərkib hissəsi kimi, həm də müəllim əməyinin stimullaşdırılması və karyera inkişafının motivasiyaedici vasitəsi kimi nəzərdən keçirilir. Təhsil Nazirliyi tərəfindən təşkil olunan bu imtahanlarda əsas məqsəd mövcud müəllim kontingentinin bilik və bacarıqlarının standartlara uyğunluğunu ölçmək, onların işində keyfiyyəti artırmaq və nəticələr əsasında diferensial əməkhaqqı tətbiq etməkdir.

2025-ci ilin sertifikasiya imtahanları ötən illərlə müqayisədə daha genişmiqyaslı olub. İl ərzində ümumilikdə 35 mindən çox müəllim bu prosesə cəlb olunub. Bu, indiyədək keçirilən sertifikasiyaların sayına görə ən yüksək göstəricidir. İmtahanlarda iştirak edən müəllimlər əsasən biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə çalışırlar. İmtahan iki mərhələdə aparılıb: test imtahanı (fənn və metodiki bilikləri əhatə edən) və müsahibə mərhələsi. Test mərhələsi elektron sistem üzərindən aparılıb və nəticələr şəffaf şəkildə namizədlərə təqdim olunub”.

K.Əsədov qeyd edib ki, statistik nəticələrə əsasən, 2025-ci ilin birinci və ikinci rübündə keçirilən sertifikasiya imtahanlarında iştirak edən müəllimlərin təxminən 68%-i 30 balı keçərək, sertifikasiyadan uğurla keçib.

“Onlardan təxminən 40%-i 51 baldan yuxarı nəticə göstərərək 35% maaş artımı hüququ qazanıb, qalan 28%-i isə 10%-lik maaş artımı əldə edib. Təxminən 32% müəllim isə keçid balını toplaya bilməyib və onlara növbəti il imtahanı yenidən vermək imkanı verilib. Bu nəticələr 2024-cü illə müqayisədə nisbətən aşağı olsa da, prosesin daha çox müəllimi əhatə etməsi və imtahanın bəzi sahələrdə daha mürəkkəb olması nəzərə alınmalıdır.

Sertifikasiya prosesinin müsbət cəhətləri arasında onun şəffaf təşkili, nəticələrin ədalətli sistemlə qiymətləndirilməsi və imtahanın pedaqoji biliklərlə yanaşı metodiki hazırlığı da əhatə etməsi qeyd olunmalıdır. Bu, müəllimlərin təkcə faktoloji bilikləri ilə deyil, həm də təlim və sinif idarəetməsi bacarıqları ilə qiymətləndirilməsinə imkan verir.

Prosesin nəticəsi olaraq, minlərlə müəllim əməkhaqqı artımı alaraq sosial rifah baxımından müəyyən dəstək əldə edib və bu da müəllimlik peşəsinin stimullaşdırılmasına xidmət edir.Bununla yanaşı, proseslə bağlı bəzən haqlı, bəzən isə emosional narazılıqlar da müşahidə olunub. Bir çox müəllim sualların çətinliyi, proqramla uyğunluğu və məzmun dəqiqliyi ilə bağlı iradlarını bildirib.

Məlum olub ki, bəzi suallar terminoloji və metodoloji baxımdan çətin anlaşılır, dil baxımından qüsurlar var. Xüsusilə regionlarda yaşayan müəllimlər təlim və resurslara çıxış baxımından geridə qaldıqları üçün nəticələri şəhərlərlə müqayisədə zəif olub. Bu isə mövcud struktur fərqlərinin nəticəyə təsir etdiyini göstərir. Həmçinin, imtahan nəticəsi ilə bağlı apelyasiya mexanizmlərinin effektiv işləmədiyi hallarda etimad zəifliyi yaranıb”, – deyə o əlavə edib.

Kamran Əsədov vurğulayıb ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 29.2-ci maddəsinə görə, sertifikasiyanın məqsədi müəllimlərin peşəkar inkişafını təşviq etmək, onların pedaqoji fəaliyyətinin effektivliyini artırmaqdır:

“Əgər bu proses nəticəyə görə cəzalandırma vasitəsinə çevrilərsə, yəni müəllimlər yalnız nəticəyə görə işdən çıxarılma təhdidi ilə qarşılaşarsa, bu zaman sertifikasiya ilkin məqsədindən uzaqlaşar. Ona görə də, nəticəsi zəif olan müəllimlər üçün dəstək proqramları, təlimlər və yenidən imtahan imkanları sistemli şəkildə təqdim olunmalıdır.

Dünya təcrübəsində, məsələn, Estoniyada müəllimlər karyera pillələrinə əsasən sertifikasiya prosesindən keçirlər və bu prosesə dövlət dəstək verir – müəllimlər imtahan verməzdən öncə hazırlıq kursları keçir, həmkarlar arasında mentorluq proqramları tətbiq olunur. Koreyada isə sertifikasiyadan keçən müəllimlərə yalnız maaş artımı deyil, əlavə sosial təminatlar da təqdim edilir.

Azərbaycanda isə bu mexanizmlər hələ tam formalaşmayıb. 2025-ci ilin sertifikasiyası onu göstərdi ki, sistem həm kütləvilik, həm də texniki təşkilat baxımından müəyyən yetkinlik mərhələsinə çatıb. Lakin keyfiyyət baxımından – yəni sual bazasının məzmunu, imtahan metodikasının real sinif bacarıqları ilə əlaqələndirilməsi, regional imkanların bərabərliyi və nəticələrə əsaslanan dəstək sisteminin qurulması baxımından hələ də ciddi inkişaf zərurəti var. Əgər bu problemlər aradan qaldırılarsa, növbəti illərdə sertifikasiya yalnız sadə bir yoxlama deyil, real keyfiyyət artımına səbəb olacaq bir mexanizmə çevrilə bilər.

Bu baxımdan, 2025-ci ildə keçirilən sertifikasiya müəllim sistemində vacib mərhələ olsa da, onun yalnız nəticələri deyil, ətrafındakı sistematik proseslərin də qiymətləndirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması və pedaqoji ictimaiyyətin etimadının bərpası prioritet olmalıdır”.

Məsələ ilə bağlıdanışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli isə bildirib ki, Azərbaycan dövləti təhsili strateji sahə kimi müəyyənləşdirərək, müəllim amilini bu sistemin mərkəzinə yerləşdirib:

“Müasir dövrdə müəllimin peşəkarlığı yalnız pedaqoji təcrübəsi ilə deyil, bilik və bacarıqlarının sistemli şəkildə qiymətləndirilməsi ilə də ölçülür. Bu baxımdan, sertifikatlaşdırma imtahanları Azərbaycan təhsil sistemində keyfiyyətin artırılması istiqamətində dövlət tərəfindən atılmış vacib və prinsipial addımdır. Bu proses bir inzibati tədbir deyil, milli maraqlar fonunda strateji islahatdır – məqsəd cəzalandırmaq deyil, inkişafı təşviq etmək, müəllim peşəsinə ictimai və maddi dəyər qazandırmaqdır.

Dövlət öz müəllimini zəiflətmək yox, gücləndirmək istəyir. Hökumətin həyata keçirdiyi bu prosesin arxasında duran əsas məram – təhsildə şəffaflığın, ədalətin və nəticəyönümlülüyün təmin edilməsidir. Əgər bu gün müəllimlərin bilik və bacarığı obyektiv şəkildə qiymətləndirilirsə, bu, həm təhsil alanların, həm də təhsil verənlərin gələcəyinə investisiyadır”.

Ekspert vurğulayıb ki, müəllimlər arasında narazılıqların olması gözləniləndir və bu, təbii qarşılanmalıdır.

“Lakin narazılığın səbəblərinə obyektiv baxmaq vacibdir. Gözləntilər və reallıq arasında fərq, müəllimlərin illərdir iştirak etmədiyi imtahan formatına öyrəşməməsi, bəzən sualların məzmununun kurikulumla və ya real dərs təcrübəsi ilə uyğun gəlmədiyinə dair fikirlər – bunların hər biri diqqətlə araşdırılmalı, ehtiyac olarsa, qiymətləndirmə mexanizmlərində müəyyən texniki və elmi korrektələr aparılmalıdır. Amma burada vacib bir prinsip unudulmamalıdır: Müəllim cəmiyyətin güzgüsüdür.

Cəmiyyət inkişaf edirsə, müəllim də daim inkişaf etməli, öz biliklərini yeniləməli, müasir tələblərə uyğunlaşmalıdır. Biz bu gün beynəlxalq təhsil məkanında rəqabətə davamlı bir gənclik yetişdirmək istəyiriksə, bu məqsədin həyata keçməsi birbaşa müəllimin bilik və bacarığından asılıdır. Hər bir valideyn övladının qarşısında dayanan müəllimin savadlı, motivasiyalı, sistemli düşünə bilən biri olmasını arzulayır.

Bu arzuya gedən yol isə təsadüf və ya tanışlıq yox, şəffaf və obyektiv qiymətləndirmədən keçir. Əlbəttə, sertifikatlaşdırma imtahanı yeni bir mərhələdir və bu mərhələyə keçid psixoloji baxımdan bəzilərini narahat edə bilər. Lakin biz bu prosesə “hədə” kimi deyil, “inkişaf siqnalı” kimi yanaşmalıyıq. Tənqid varsa – bu, inkişaf üçün fürsətdir. Əsas məsələ həmin tənqidi aqressiyaya yox, konstruktiv təhlilə çevirməkdir”, – deyə o əlavə edib.

Ə.Həsənlinin sözlərinə görə, müəllimlərimiz bilməlidir ki, bu proses onların əleyhinə deyil.

“Əksinə, bu gün müəllim sertifikatla daha yüksək əməkhaqqına, daha çox sosial təminata, daha böyük nüfuza sahib ola bilir. Bu imtahan nəticələri yalnız rəqəm yox, eyni zamanda, müəllimin gələcək karyera planlaması üçün yol xəritəsidir. Bir cəmiyyətin müəllimə verdiyi dəyər, gələcəyinə verdiyi dəyərdir. Dövlətimiz bu dəyəri verməkdə qərarlıdır. İndi isə sıra bizdədir – bu etimada cavab verməliyik. Zəif nəticə göstərən müəllimlərimiz özlərini günahlandırmaq əvəzinə, yeni bir mərhələyə qədəm qoymalı, təlimlərə cəlb olunmalı, fərdi inkişaf yolunu seçməlidir. Belə olan halda, biz bütöv təhsil sistemimizi sağlam və davamlı bir əsas üzərində qurmuş olarıq.

Yekunda qeyd etmək istərdim ki, sertifikatlaşdırma prosesi nə qədər mükəmməl qurulsa da, onu həyata keçirən də, ona uyğunlaşan da insandır. Ona görə də bu prosesi həm elmi-metodoloji, həm də humanist və sosial cəhətdən düzgün idarə etmək, müəllimi prosesin tərəfdaşı etmək vacibdir. Ancaq bu yolla, biz təkcə imtahan keçirtməyəcək, həm də təhsildə inam, etibar və peşəkarlıq mədəniyyətini formalaşdıracağıq”- deyə təhsil eksperti fikirlərini tamamlayıb./trend.az

PAYLAŞIN:

Continue Reading

Previous: “OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır
Next: Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma

OXŞAR MÖVZULAR

ilham-uşaq

“Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”

admin 16/04/2026
xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026
azal-qeza---

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.