Tramp özünün rəsmi sosial media hesabından etdiyi paylaşımda İsrailin mümkün hücum planını “böyük pozuntu” adlandırıb və dərhal dayandırılmasını tələb edib:
“İsrail. Bu bombaları atmayın. Əgər atsanız, bu, ciddi bir pozuntu olacaq. Pilotlarınızı dərhal evə qaytarın! Donald J. Tramp, Amerika Birləşmiş Ştatlarının Prezidenti” – deyə, o, bildirib..
Trampın bu tərzdə sərt və təzyiq dolu mesajı sosial mediada paylaşması, Vaşinqton-Təl-Əviv xəttində koordinasiyanın zəiflədiyi təsəvvürünü yaradır.
Trampın bu çağırışı Qərb mətbuatında “Prezidentin açıq qəzəbi”, “İsraillə fikir ayrılığı”, “Vaşinqtonun diplomatik qəzəbi” kimi başlıqlarla yayımlanıb. Analitiklər hesab edirlər ki, Tramp bu mesajla həm də qlobal ictimaiyyətə “ABŞ məsuliyyətsiz müharibə planlarının yanında deyil” mesajı verir.
