Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 25
  • Azərbaycan məqsədinə çatdı – Bəs İran?

Azərbaycan məqsədinə çatdı – Bəs İran?

admin 25/06/2025
Shutterstock_2511608515-1024x512

 

İsrailin İranla başlatdığı müharibənin əsas fazasının sona çatdığını deyə bilərik. Rəsmi Təl-Əviv münaqişənin ilk saatlarından İranla müharibəni 14 günə bitirəcəyini bildirsə də, bu, daha tez – iki gün əvvəl bitdi.

Maraqlısı burasındadır ki, müharibə tərəflərindən heç biri məğlubiyyəti özünə yaxın buraxmaq barədə düşünmür. Amma 12 gün davam edən dron, raket savaşında hər iki tərəfin mərkəzi şəhərləri və əhəmiyyətli obyektləri dağıdıldı, kifayət qədər insan itkisi qeydə alındı.

İsrail tərəfi hava zərbələri nəticəsində İranın uranı zənginləşdirmək imkanlarını yox etdiyini, Vaşinqton və Təl-Əviv məqsədlərinə nail olduqlarını elan etməkdədirlər. İran isə İsrailə və ABŞ-yə layiqli cavab verdiyini qeyd edir.

Hər iki tərəf özünü qalib adlandırır

Aydın məsələdir ki, İranla İsrail arasındakı əlaqələrdə müharibə ritorikası yeni olmasa da, baş verən toqquşma elə Ukraynadakı müharibənin yaratdığı geosiyasi təsirlərin bir hissəsi idi. Etiraf etmək lazımdır ki, İran ABŞ və İsrail qarşısında dirəniş nümayiş etdirdi. Lakin bu fakt konkret olaraq hansı tərəfin qalib gəldiyini düşünmək üçün kifayət deyil.

Reallıq isə ondan ibarətdir ki, hər iki tərəf qazandığını iddia etdiyi kimi, elə itirdi də.

Bu zamana kimi hərbi imkanları, hərbi gücü barədə İranın formalaşdırdığı görüntünün mif olduğu üzə çıxdı, rəsmi Tehranın hərb meydanında düşmənləri qarşısında qeyd edildiyi qədər güclü olmadığını gördük, cənub qonşumuzun toxunulmazlıqla bağlı yaratdığı təsəvvürlər alt-üst oldu.

Bununla belə, ABŞ-İsrail cəbhəsinin İran rejimini tam təslim edə bilmədiyi sirr deyil. Necə ki adıçəkilən güc mərkəzlərinin İranın nüvə potensialını tam məhv etdikləri mübahisəli məsələ olaraq dünya gündəmini zəbt edib, onların rejimi dəyişdirmək planlarının da həyata keçdiyini düşünmək absurddur.

Əslində, İsrail-ABŞ cütlüyü ilə İran arasında baş verən qısamüddətli müharibədə atəşkəs elanı bu qüvvələr arasında müharibənin bundan sonra baş verməyəcəyi anlamına da gəlmir.

Yaxın Şərqdəki bu hərbi qarşıdurma bir detalı xüsusilə ön plana çıxardı. Təl-Əvivlə Tehran arasındakı hərbi eskalasiya və ondan üç il əvvəl başlayıb, hələ də davam edən Rusiya-Ukrayna müharibəsi diqqətləri 44 günlük Vətən müharibəsindən qalib ayrılan Azərbaycan faktoruna cəmləyir.

Qeyd edildiyi kimi, Azərbaycanın haqq savaşı – İkinci Qarabağ müharibəsi 30 illik işğala son qoymağımızla nəticələnsə də, məhz bundan sonra dünyada köhnə, lakin mütəmadi baş qaldıran savaş ocaqlarının bir nəticəyə varmadığı diqqətçəkən məqamdır. Həm Rusiya-Ukrayna savaşının bu günə kimi konkret olaraq hansısa tərəfin qələbəsi ilə yekunlaşmasından, həm də dünəndən etibarən aralarında atəşkəs elan edilən İsrail-İran müharibəsinin qalibinin kimliyindən danışmaq mümkün deyil. Bu xüsusda Prezident İlham Əliyevin Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı etdiyi “İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb” açıqlaması bir daha təsdiqini tapır.

Müharibənin qalibini müəyyən edən detal

44 günlük Vətən müharibəsində Azərbaycan qarşıya öz torpaqlarını azad etmək məqsədi qoymuşdu. Müharibənin qalibini müəyyən edən faktor məqsədə çatmaqdır, Azərbaycan da bunu 44 günə reallaşdırdı, məqsədinə nail oldu.

Bəs bunu Rusiya-Ukrayna, İsrail-İran münaqişə tərəfləri barədə demək olarmı? Nəticələr tam fərqli düşünməyə vadar edir. Baxmayaraq ki, istər Rusiya-Ukrayna, istərsə də İsrail-İran müharibəsində münaqişə tərəfləri özlərini qalib kimi təqdim etmək üçün məhv edilən hərbi obyektlər, infrastruktur və şəxsi heyətin statistikasını qabardırlar. Heç də bu göstəricilər müharibənin qalibinin kim olduğunu elan etmək üçün əsas hesab edilməməlidir.

Sadə misal: Bu gün heç kəs deyə bilməz ki, “İkinci Qarabağ müharibəsində Ermənistan Gəncə və Bərdəni raketlə vurdu, ona görə qalibdir”. Bunu deyəni tək Azərbaycanda yox, bütün dünyada “dəli” adlandıra bilərlər, hətta ermənilər özləri belə! Çünki bu müharibədə Azərbaycan Qarabağı azad etməklə 30 illik işğala son qoymağı bacardı, ərazi bütövlüyünü təmin etdi. Bu savaş zamanı minlərlə əsgərimiz şəhid olsa da, böyük ölçüdə infrastruktur zədələnsə də, məqsədə çatan tərəf Azərbaycan oldu, bütün dünya Azərbaycanı qalib ölkə kimi tanıdı və qəbul etdi.

Bu gün Azərbaycan-Ermənistan münasibətlərindəki sülh gündəliyində rəsmi Bakının istəyi çərçivəsində baş verən sürətli dəyişikliklər yeni regional reallıqlarla tutuşdurularkən də Prezidentin sözlərinin nə qədər reallığı əks etdirdiyini görməmək mümkün deyil.

PAYLAŞIN:

Continue Reading

Previous: Trampın xüsusi elçisi Fordo nüvə obyektinə atılan bombaların sayını açıqladı
Next: Prezident İlham Əliyev iki qanuna edilən dəyişikliyi təsdiqlədi

OXŞAR MÖVZULAR

ncfSzA2BWrTBFZt3gTDcRtEbwKgQFPlakjVbgNBE_1200

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

admin 25/05/2026
nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.