Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 26
  • DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimovun ikili standartı -ŞİKAYƏT

DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimovun ikili standartı -ŞİKAYƏT

admin 26/06/2025
dedrx2

 

Qobustan rayonu, Təklə kəndində yaşayan fermer Məhərrəmov Əfqan Xanəhməd oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədova və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə ictimailəşdirilməsi məqsədi ilə şikayət məktubu ünvanlanıb. 

Bir surəti də Aktualinfo.org-a daxil olan şikayət məktubunda deyilir:

Çox hörmətli cənab Prezident İlham Əliyev. Sizin bütün sahələrdə sahibkarlığın inkişaf etdirilməsilə bağlı apardığınız uğurlu islahatlar və yerlərdə məmurlara bu barədə verdiyiniz göstərişlərdən biz orta sahibkarlar da ruhlanaraq heyvandarlığın inkişaf etdirilməsi üçün çalışmışıq. Lakin elə hallar olur ki, bizə elə dövlət idarələri vardır ki, onlar öz maraqlarının təmin edilməməsinə görə bizə süni maneçiliklər də törədirlər.Belələrindən biri də Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Məmmədağanın oğlu Fuad İbrəhimovdur.

Əvvəlcə xatırladım ki, mən, Əfqan Məhərrəmov dədə-babadan ömür boyu heyvandarlıq təsəsrrüfatıilə məşğul olmuşuq. Qışlaq dövründə cənub regionlarındada- Hacıqabul və ya Abşeron rayonlarındakı qışlaq ərazilərində, yay vaxtı isə şimal zonasında olan yaylaqlardan istifadə etməklə ailəmizlə birlikdə birtəhər güzəran  edirik. 2019-2024-cü illərdə bizim 550  baş xırdabuynuzlu heyvanları yaylaq otlaqda otarıb

Növbəti dəfə də Abşeron rayonun “Ramazan” qışlaq sahəsinə gətirib Mürşüd adlı şəxsdən 4000 manat nağd pula aldığım 400 ha sahədə otaqmaq istərkən şahidi olduq Mən Bəxtiyarla mübahisə edərkən məlum olmuşdur ki, Mürşüd mənim kimi bu adama da mənə icraəyə verdiyi 400 ha qış otlaq sahəsinə görə qanunsuz olaraq 4000 manat alaraq dələduzluq etmişdir. Bizə o da məlum olmuşdur ki, Mürşüd adlı bu şəxs özünün heç bir qoyun yatağı və mal qarası olmadan Abşeron rayon ərazisindəki “ Ramazan” qışlaq örüş sahəsini 2022-ci ilədək  icarə müqaviləsi əsasında əvvəllər istifadə etsə də, hazırda heç bir  sənədləri olmadan özbaşına zəbt edərək bizim kimi real fermerlərə eyni yeri nağd pula sataraq əsassız varlanır və bizləri üz üzə qoymuşdur .

Yaranmış çıxılmaz vəziyyətlə bağlı  Abşeron Rayon İcra Hakimiyyətinə gedib son 3 ildə boş qalan “Ramazan” qış otlaq sahəsini yatağım üçün  icarəyə götürmək istədiyimi 15 fevral 2025-ci il tarixli ərizəm əsasında bildirmişəm. Axı, təkcə “Ramazan” qış otlaq sahəsi 650 ha qədərdir ki, onu da heç bir baş iri və ya xırda butynuzlu mal-qarası olmayan Mürşüd adlı birisinə 400 ha-nı veriblər. Qalan 250 ha isə Rasim adlı digər şəxsə veiblər ki, bu adamın ümumiyyətlə qoyun-quzusu, heç bir dənə də olsun dana qulağı belə yoxdur. Hər iksi 650 ha  sahədə makler kimi alver edib pul qazanmaqla məşğul olub dövlət büdcəsinə 1 qəpik də olsa pul ödəməmişlər. Eləcə də vergi cinayəti törədirlər.   Rəsmi olaraq isə hazırda Ramazan” qış otlaq sahəsi boşdur, ona görə də mən  təklif etmişəm ki, mənimlə bir fermer olaraq malik olduğum 550 baş xırda buynuzlu yatağımı otaqrmaq üçün icarə müqavuiləsi bağlansın. Sağ olsunlar 15 fevral 2025-ci il tarixli müraciətimdən sonra Abşeron Rayon İcra Hakimiyyətindən məni dəvət edərək balansımda olan xırdabuynuzlu heyvanların sayına görə mənə “Ramazan” qış otlaq sahəsindən 400 ha torpaq sahəsinin ayrılması barədə göstəriş verilmişdir. Bütün sənədlər hazırlanmış və mütəxəssis olan mühəndis hamımızın yanında yerə baxış keçirmiş və gətirdiyi GPS avadanlığı vasitəsilə cari ilin aprelində ölçü işləri aparmış və 400 ha sahə üzrə aparılan qış otla sahəsinin mən icarəyə verilməsi üçün növbəti dəfə yəni, 13 may 2025-ci ildə Abşeron İH-nin rəsmi məktubu ilə yerquruluşu planın hazırlanıb   təsdiq edilməsi üçün Dövlət Əmlak Xidmətinin 4 saylı Abşeron rayon Reyestr Xidmətinə göndərilmişdir.

Aradan keçən 1 aydan sonra bu idarə Abşeron İh-nə forma və əsassız cavab məktubu göndərərək bildirmişlər ki, guya sözügedən qış otlaq sahəsində kimsəyə məxsus   JN-7983 və 3327 nömrəli “Torpağın mülkiyyətə verilməsinə “dair hansısa şəhadətnamə varmış. Yəni,  Əmlak Məslələri Dövlətr Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik Hüquqi Şəxsin  4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimovun yazdığı 05 iyun 2025-ci il taerixli cavab məktubunda bildirilir:

“ …Bildiririk ki, electron kadastr məlumat bazasında ayrılması nəzərdə tutulan torpaq sahəsi JN-7983 və 3327 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsi”ndə göstərilən torpaq sahələri ilə üst üstə düşdüyündən yerquruluşu planın hazırlanması mümkün olmamışdır.”

  Dərhal burada təbii sual yaranır- Bəs Mürşüd adlı şəxsə həmin sözügedən 400 ha ərazi 2024-cü ilədək 15 illik icarəyə veriləndə niyə ərazidə məktubda qeyd etdiyiniz JN-7983 və 3327 nömrəli “torpağı mülkiyyətə verilməsinə dairŞəhadətnamə” ortalığa çıxmamışdı???

 Halbuki, biz Abşeron İH-nin torpaq şöbəsinin mütəxəssislərilə birlikdə sözügedən ərazidə olduğumuz və GPS avadanlığı ilə nəzərdə tutulan yerin döngə nöqtələri və koordinatlar ölçülən zaman da ərazidə hər hansı pay torpağı , nə də istifadə olunan digər torpaq sahəsinə faktiki olaraq rəst gəlinmədi. Deməli, 4 saylı Abşeron Ərazi İdarəsi öz rəsmi məktubunda bildirdiyi kimi guya 400 ha qış otlaq sahəsində hansısa uydurma “torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin olması iddiası yalnız rəhbərliyin təxəyyülünün məhsuludur. Ki, biz gəlib bu adamla hesablaşaq. Necə ki, məlumatlara görə vaxtilə Qax rayon İcra başçısı olmuş M.Şəkiliyev də yerli fermerlərə öz maddi maraqları daxilində belə torpaq sahələrini verirmiş. Amma ondan fərqli olaraq 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi olan Məmmədağanın oğlu unutmasın ki, onu 3-4 il əvvəl də qanunsuz əməllər törətdiyinə görə həmin vəzifəsindən azad edilmişdir. Doğrudur, sonradan dişlərinin dibində qalmış şirəyə görə bu adam yenidən 1 ildən sonra  idarə rəisi postuna qaytarılmışdır.

 Çox hörmətli Prezident, cənab İlham Əliyev, Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədov və nazir Mikayıl Cabbarovdan, DTX rəisi cənab Əli Nağıyevdən( KOB sədri Orxan müəllimdən)  çox xahiş edirik ki, Abşeron rayon İH-dəki aidiyyatı məmurların mənimlə hazırda reallıqda boş olan “Ramazan” qış otlaq sahəsinin 400 ha  üzrə  icarə müqaviləsi bağlaması üçün sahənin yerquruluşu planının hazırlanmasına süni maneçilik törədən 4 saylı Abşeron Ərazi İdarəsi rəhbərliyi barəsində qanunsuz əməllərinin araşdırılması və qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyatı orqanlara  göstəriş verəsiniz. 

 

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Övladının peşə seçimində valideynin rolu… – Sosioloq
Next: Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilir (FOTO)

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.