Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 1
  • Hökumət vergi güzəştini sona çatdırır? – “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır”

Hökumət vergi güzəştini sona çatdırır? – “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır”

admin 01/07/2025
44198183-6431-4334-837b-30f996d3ac2b

 

İqtisadçı-hüquqşünas Əkrəm Həsənov gələn ildən tətbiq olunacaq yeni vergi siyasəti ilə bağlı narahatlığını ifadə edib. 

O, 2026-cı il yanvarın 1-dən etibarən bütün şəxslərin əməkhaqqından gəlir vergisi tutulacağını iddia edib. Bildirib ki, 2019-cu ildən bəri özəl sektor üçün qüvvədə olan vergi güzəştləri artıq sona çatır.

Əkrəm Həsənov qeyd edib ki, hazırda 7 illik vergi güzəşti çərçivəsində dövlət və neft sektorunda çalışan şəxslər istisna olmaqla, digər şəxslərin əməkhaqqının yalnız 8000 manatdan yuxarı olan hissəsinə 14 faiz gəlir vergisi tətbiq olunur. 

Ancaq yeni ildən bu mexanizm dəyişəcək: “2026-cı ildən maaşın 2500 manatadək olan hissəsindən 14 faiz, ondan yuxarı olan hissəsindən isə 25 faiz gəlir vergisi tutulacaq”.

İqtisadçının sözlərinə görə, güzəştin müddətinin uzadılması ilə bağlı hökumətdən heç bir rəsmi açıqlama yoxdur. Halbuki dövlət büdcəsi paketi – o cümlədən Vergi Məcəlləsinə dəyişiklik layihəsi – artıq hazırdır və hər zaman olduğu kimi, ictimai müzakirədən yayınaraq, qapalı şəkildə hökumət daxilində nəzərdən keçirilir.

Əkrəm Həsənov vurğulayıb ki, hazırda vergi orqanları büdcəni doldurmaq üçün müxtəlif üsullara əl atırlar: “Təkcə sahibkarlara qarşı əsassız vergi hesablamaları ilə kifayətlənmirlər, hətta sadə vətəndaşlara ƏDV-nin bir qisminin geri qaytarılmasından da müxtəlif bəhanələrlə yayınırlar”.

Onun fikrincə, bütün bu faktlar hökumətin güzəşt müddətini uzatmaq niyyətində olmadığını göstərir. 

“Yaxın ehtimalla ya ümumiyyətlə güzəşt ləğv ediləcək, ya da uzaqbaşı cüzi bir dövrə və ya şərtlə uzadılacaq. Mümkündür ki, ictimai narazılıq yaranacağı təqdirdə güzəşt yalnız qismən – məsələn, 14 faiz əvəzinə 7 faiz tutulmaqla davam etdirilsin”, – deyə Həsənov əlavə edib.

Əkrəm Həsənov sonda cəmiyyəti aktiv və ayıq olmağa çağırıb: “İctimaiyyət olaraq artıq indidən sual etməliyik: yeni ildə bizi nə gözləyir? Real gəlirlərin azaldığı, qiymətlərin isə artdığı bir vaxtda, əlavə vergi yükünə hazırlaşmalıyıqmı? Bu vergi artıq yeni ildən ailə büdcələrimizdə ‘xərc’ qismində yer alacaqmı?”

PAYLAŞIN:

Continue Reading

Previous: ADB Azərbaycana metronun inkişafı üçün 1 milyard dollara qədər kredit verməyə hazırdır
Next: “Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!

OXŞAR MÖVZULAR

vuf-baku

Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq

admin 13/05/2026
qrip

Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama

admin 12/05/2026
mygov.az

Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır

admin 12/05/2026

XƏBƏR LENTİ

  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026
  • Fransanın Cənubi Qafqazda neokolonializm planı – Ermənistan üçün hansı risk vəd edir? 12/05/2026
  • Ermənistan üçün “ikinci Rusiya” bu ölkə olacaq – Bakı ifşa etdi 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.