Skip to content
06/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 7
  • Zəngəzurla bağlı son həmlə: Türkiyənin mövqeyi belədir

Zəngəzurla bağlı son həmlə: Türkiyənin mövqeyi belədir

admin 07/07/2025
zeng-kor

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov suallarımızı cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Səməd müəllim, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi səfərindən geri dönərkən jurnalistlərə Zəngəzur dəhlizi ətrafında aparılan müzakirələrdən danışıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərindən sonra bu mövzulara aid müzakirələr bir qədər çoxalıb. İndiki halda dəhlizin açılması ilə bağlı əsas yanaşmalar nədən ibarətdir?

– Qardaş Türkiyənin bu məsələlərdə mövqeyi yüksək dəyərləndirilir. Nə qədər qəribə səslənsə də, mənim aləmimdə Zəngəzur dəhlizi açıqdır. Son hadisələrin gedişini analiz edərək belə bir qənaəti bölüşürəm. Azərbaycan Türkiyə münasibətlərinə yaxından baxdıqda, eyni zamanda, Azərbaycan, Türkiyə və Pakistanla əlaqələrin inkişafına nəzər saldıqda da bu yanaşmalar güclənir. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün tarixi Xankəndi şəhərində keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun ən yüksək səviyyədə yenidən dirçəlməsi də bu qənaətimizi möhkəmləndirir. Həmçinin Azərbaycanın güc mərkəzinə çevrilməsi, Ermənistan daxildə gedən proseslər, Bakı və Moskva arasındakı son gərginlik kontekstində baş verənlər əslində Zəngəzur dəhlizinin zaman içərisində həll olunacaq məsələ kimi təsəvvür olunur. Çünki hər bir məsələnin əsası, fundamenti olmalıdır. Baş verən proseslər Zəngəzur dəhlizinin özəyini təşkil edən məsələlərdir. Azərbaycanın həyata keçirdiyi siyasət məhz bu reallıqları özündə ehtiva edir.

– Dəhlizin nə vaxt və hansı şərtlər daxilində açılacağı ilə bağlı fərqli proqnozlar səslənir. Sizin ehtimalınız nədən ibarətdir?

– Zəngəzur dəhlizi nə vaxt, bu gün-sabah və yaxud iki gündən sonra açılacaq yanaşması artıq prinsipal məsələ deyil. Təbii ki, dəhliz nə qədər tez açılsa, bir o qədər yaxşıdır. Amma bunun müstəvisində türk birliyi faktoru, ölkələrin regionda malik olduğu imkanlar əyani şəkildə müşahidə edilir. Eyni zamanda geosiyasi dəyişikliklər açıq şəkildə özünə biruzə verir. Bütün bunlar onu deməyə əsas verir ki, biz yeni reallığın konkret nəticələrini görürük. Bu nəticələrdən biri də məhz Zəngəzur dəhlizidir.

– Azərbaycan, Türkiyə və Ermənistan arasında üçlü formatda bir sıra məsələlərin həlli ilə bağlı perspektivlərdən bəhs edilir. Ankaranın bu məsələdə artan fəallığı nə ilə bağlıdır?

– Biz dəfələrlə bəyan etmişik ki, regionun təhlükəsizlik arxitekturası və xüsusəndə Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə formatında əməkdaşlıqdan, qarşılıqlı əlaqələrin qurulmasından asılıdır. Rəsmi İrəvan Bakı və Ankara ilə münasibətləri normal şəkildə təşkil edə biləcəksə, özünün dövlət kimi inkişafına nail olacaq. Ermənistan özünün yeni konstitusiyasını məhz bu prinsiplər əsasında formalaşdırcaqsa, bu halda onun gələcəyinə təminat yaranacaq. Ona görə də Ermənistan özünə xaricdən dayaq axtarmaq, yenidən Kremlin çətiri altına girməkdənsə, Azərbaycan və Türkiyə ilə normal siyasət formalaşdırmağa çalışmalıdır.

– Paşinyan Ermənistanın yeni konstitusiya layihəsinə ehtiyac olduğunu bəyan edib. Bunu konstitusiya islahatlarının anonsu kimi də dəyərləndirirlər. Ermənistanın ədliyyə naziri də iki həftəyə yeni layihə ilə bağlı konstitusiya şurasının qərar verəcəyini açıqlayıb. Amma hələlik yeni konstitusiyanın müstəqillik bəyannaməsinə istinad məsələsi ilə bağlı konkret fikir bildirilmir…

– Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması mütləq təmin olunacaq. Başqa bir ölkənin ərazisinə iddiaları özündə ehtiva edən Ermənistan Konstitusiyası yaşaya bilməz. Dövlətin konstitusiyasında özü, milli maraqları, gələcəyi haqqında müddəalar yer almalıdır. Erməni tərəfi bunu dərk edib, başa düşəcəksə, o zaman onlar üçün gələcəkdən danışmaq olar. Sözsüz ki, zaman keçdikcə erməni tərəfindən bu istiqamətdə daha çox bəyanatlar eşidiləcək. Bütün bunlar tarixi proseslərin tərkib hissəsidir. Azərbaycan dövləti tərəfindən deyilən, irəli sürülən təkliflər Ermənistan tərəfindən də qəbul edilir. Çünki bu məsələlər yalnız Azərbaycan üçün deyil, ümumilikdə regionun yaşamaq düsturudur və bölgənin inkişafını təmin edən başlıca məsələlərdir.

– Ziddiyyət kimi görünən məsələlər nədən ibarətdir?

– İddialar var ki, Ermənistan Azərbaycanın mövqeyi ilə razılaşa bilməz və s. Bunlar tamamilə əsassızdır. Azərbaycanın irəli sürdüyü məsələlər bütövlükdə bölgənin inkişafını və qarşılıqlı hörmət anlayışlarını ehtiva edir. Bu prinsiplərə riayət olunacaqsa, istənilən dövlətin bu regionda yaşamaq haqqı təmin ediləcək./teleqraf.com

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Next: Kreml regionlara qarşı yeni “müharibəyə” başlayır – Əmlak yenidən bölüşdürülür

OXŞAR MÖVZULAR

videok-3

İrəvan sammiti, Əliyevin çıxışı – Dünya mediası nələr yazdı…

admin 04/05/2026
heydərəliyev

Bakıda salınan yaşıllıqlar Heydər Əliyevin sayəsində ərsəyə gəlib, İlham Əliyevin səyləri ilə inkişaf edir

admin 04/05/2026
avp-az

Avropa Parlamentinin qərəzi və sülh prosesinə zərbə vuran amillər

admin 04/05/2026

XƏBƏR LENTİ

  • Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər – Ekspert 05/05/2026
  • Azərbaycanda da saatlıq əmək haqqına keçid edilir – Maaşlar artacaq? 05/05/2026
  • Fərhad Məmmədov: Bakı və İrəvan arasında sülh prosesi Cənubi Qafqaz üçün yeni imkanlar açır 05/05/2026
  • İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 05/05/2026
  • “Biz səhnəyə çıxmırıq, biz baxışları dəyişirik” — Elnar Musayev ilə fərqli müsahibə 05/05/2026
  • lham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub 05/05/2026
  • İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib 05/05/2026
  • Əliyev İrəvan çıxışında təsdiqlədi: “Plan” məhv edilib! 05/05/2026
  • Trampın ətrafı məğlubiyyətə hazırlaşır – Seçki yaxınlaşdıqca Ağ Evin narahatlığı artır 05/05/2026
  • Orxan Məmmədov: “İşğaldan azad edilmiş ərazilər aqrar sektorun inkişafına yeni imkan açır” 05/05/2026
  • “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır 05/05/2026
  • ADB direktoru: “Trans-Xəzər enerji kabeli PAGI meqalayihəsinin bir hissəsi ola bilər” 05/05/2026
  • Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir 05/05/2026
  • “Plan belə idi: ermənilər Qarabağda qalırdı, azərbaycanlılar isə…” – Metyu Brayza açıqladı 05/05/2026
  • İstiqlal şairi Əhməd Cavadın doğum günüdür 05/05/2026
  • SEPAH: Trampın bugünkü problemi Hörmüz boğazının açılmasıdır 05/05/2026
  • Meloni: Prezident Əliyevlə İranla bağlı böhran ətrafında fikir mübadiləsi apardıq 05/05/2026
  • İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər 05/05/2026
  • Azərbaycan Prezidentinin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub 05/05/2026
  • İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir! 05/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.