Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 8
  • ICGB şirkəti qaz kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi ilə bağlı start verib.

ICGB şirkəti qaz kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi ilə bağlı start verib.

admin 08/07/2025
gas

 

Yunanıstan–Bolqarıstan qaz interkonnektorunun (IGB) müstəqil operatoru olan ICGB şirkəti qaz kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi ilə bağlı bazar marağının qiymətləndirilməsi prosesinin icbari olmayan mərhələsinə start verib.

Bu barədə ICGB şirkətindən məlumat verilib.

“Qonşu qaz nəqli sistemi operatorları ilə sıx əlaqələndirmə şəraitində aparılan qiymətləndirmə IGB-nin texniki ötürücülük qabiliyyətinin ildə 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırılmasının məqsədəuyğun olub-olmadığını müəyyən edəcək. Maraqlı bazar iştirakçıları öz məcburi olmayan müraciətlərini 1 sentyabr 2025-ci ilədək təqdim etməyə dəvət olunurlar”, – deyə şirkətdən bildirilib.

“IGB-nin ötürücülük qabiliyyətinin genişləndirilməsi bütün region üçün strateji addımdır”, – deyə ICGB-nin icraçı direktorları Georgi Satlas və Teodora Georgieva bəyan ediblər.

“Bolqarıstana şaxələndirilmiş təbii qazın çatdırılması üçün ilk marşrut olan IGB Cənub-Şərqi Avropa üçün etibarlı və dayanıqlı enerji təminatında mühüm rol oynayır. Biz bu prosesə sadiqik və tərəfdaşlarımızla birlikdə regionda enerji təchizatının əlaqələndirilməsi və dayanıqlılığını artırmaq niyyətindəyik”.

Bu mərhələ başa çatdıqdan sonra ICGB və qonşu operatorlar hər bir sistemlərarası qoşulma nöqtəsi üzrə tələbin qiymətləndirilməsi ilə bağlı hesabatlar hazırlayacaqlar. Bu sənədlər layihə təkliflərinin hazırlanması, məsləhətləşmələrin aparılması və tənzimləyici orqanlardan təsdiqlərin alınması daxil olmaqla, mümkün növbəti addımlar üçün əsas olacaq.

Qeyd edək ki, Yunanıstan–Bolqarıstan qaz interkonnektoru 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş ICGB AD birgə müəssisəsi tərəfindən idarə olunur. Şirkətin səhmdarları BEH EAD (50%) və IGI Poseidon (50%) şirkətləridir. IGI Poseidon Yunanıstanda qeydiyyatdan keçib və onun səhmləri Yunanıstanın DEPA International Projects (50%) və İtaliyanın Edison S.p.A enerji qrupu (50%) tərəfindən bərabər bölüşdürülüb.

Nizamnaməsinə əsasən, ICGB AD IGB qaz kəmərinin sahibidir, layihənin icrasını maliyyələşdirir, ötürücülük qabiliyyətlərini paylaşdırır və təbii qazın nəqlindən gəlir əldə edir.

IGB qaz kəməri Yunanıstanın Komotini bölgəsində milli qaz nəqli sistemi (DESFA) və Trans-Adriatik Qaz Kəməri (TAP), Bolqarıstanda isə Stara-Zaqora bölgəsində Bolqarıstanın qaz nəqli sistemi (Bulgartransgaz EAD) ilə birləşir. Qaz kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32 düym, cari ötürücülük qabiliyyəti isə Yunanıstan–Bolqarıstan istiqamətində illik 3 milyard kubmetr təşkil edir. Bazar marağı və qonşu qaz nəqli sistemlərinin imkanlarından asılı olaraq IGB-nin ötürmə qabiliyyətinin ildə 5 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur./trend.az

PAYLAŞIN:

Continue Reading

Previous: Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi – Bu dəfə də, bir milyon
Next: DİM: Bu il magistraturaya qəbulda yüksək bal toplayanların sayında azalma var

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.