Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 8
  • Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi – Bu dəfə də, bir milyon

Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi – Bu dəfə də, bir milyon

admin 08/07/2025
ramin-arazi

 

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “İNŞAAT SERVİS-2”  MMC ilə 974.023,15  manat məbləğində satınalama müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 07.07.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində olan publik hüquqi şəxs statuslu bkir qurumdur. Prezident İlham Əliyevin 2019-cu il 19 mart tarixli fərmanı ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosu və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında yaradılıb. Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin fəaliyyət istiqamətləri şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrində mövcud mexanizmləri təkmilləşdirməklə bu sahələri inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətinin artırmaq, həmin sahələr üzrə mövcud vəziyyətin təhlilini həyata keçirməkdən ibarətdir.

Qeyd edək ki, sözügedən qurum son illər Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinə dair bir çox satınalma keçirib ki, onların çoxunda “İNŞAAT SERVİS-2”  MMC  olub.  Tərəflər arasında 12.07.2021-ci ildən 07.07.2025-ci ilə qədər 10 satınalma müaviləsi bağlayıb. Satınalmaların portalındakı məlumatlarda bu müqavilələrin ümumi dəyəri 17 295 433 manat təşkil edib.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İNŞAAT SERVİS-2”   (VÖEN: 1001716061) Məhdud Məsuliyyətli Cəmiyyətinin 31.08.2009-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, CƏFƏR XƏNDAN, ev.40 A, m.17, qanuni təmsilçisi kimi isə Aslanov Vüqar Məzahir oğlu qeyd olunub. Reyestrə edilmiş dəyişikliklərdən məlum olur ki, “VETEKS”  Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına alınıb. 10.09.2019-cu ildə adını dəyişərək “İNŞAAT SERVİS-2”-ə  çevrilib.  Vergi öhdəlikləri üzrə 2009-2024-cü il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı günə 5294.25 manat vergi borcu var.

Bəs “İNŞAAT SERVİS-2”  MMC-nin qanuni təmsilçisi olan Vüqar Aslanov kimdir, haqqında nə kimi məlumatlar var. Medianın yaydığı məlumatlarda bildirilir ki, Veteks 2017” MMC – nin sahibi də korrupsiyada ittiham olunur. Qeyd olunub ki, Rayon İcra Hakimiyyəti Beyləqan şəhərində çoxmənzilli yaşayış binalarının əsaslı və cari təmirinə 2017-ci ildə ayırdığı 725,0 min, 2018-ci ildə isə 800 min manatdan artıq büdcə vəsaitini 2016-cı il 11 noyabrda dövlət qeydiyyatından keçən, hüquqi ünvanı Beyləqan şəhəri A.Əkbərov küçəsi ev 24 və nizamnamə kapitalı cəmi 10 (on) manat olan “Veteks-2017” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılıb ki, bunun da əksər hissəsi təyinatı üzrə xərclənməyib, formal rəqəmlərlə silinərək mənimsənilib. Hətta iddia edilir ki, “Veteks 2017” MMC-nin sahibi Vüqar Aslanovun adı anti-korrupsiya idarəsində, məhz elə həmin 1 milyon 600 min manat dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı aparılan cinayət işi üzrə istintaq materiallarında keçir. Məhz bu üzdən də Vüqar Aslanovun bu yaxınlarda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində sorğulanacağı bildirilir.

Qeyd edək ki, “Veteks-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti  8 saylı Ərazi Vergilər İdarəsində 11.11.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Hazırkı günə 84187.29 manat vergi borcu var.  Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qanuni təmsilçisi kimi Vüqar Aslanovun adı olmasa da, mediada yer alan məlumatlarda onun adı hallanır.

Bundan əlavə hələ 2021-ci ilin noyabrında mediaya müraciət edən Gəncə şəhər sakini bildirir ki, raketin zərbəsindən dağılmış evimə dəfələrlə müxtəlif tərkibli komisiyalar baxış keçirib.Həm də təmir olunması üçün qeydiyyata da alıblar.Müharibənin bitməsindən 1 il keçsədə bu günə kimi “İnşaat Servis-2” MMC vətəndaşın evini təmir etmir.Hər dəfə iş icraçısı Mahir adlı şəxs bizi aldadaraq günü-günə satır.

Bütün bu məlumatlardan da göründüyü kimi Vüqar Aslanovun rəhbərlik etdiyi, başında durduğu şirkətlərin adı bir çox şübhəli satınalmalarda hallanır. Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin “İnşaat Servis-2” MMC ilə  uzun illərdir qurduğu bu işbirliyinin arxasında şübhəli məqamlar olmamış deyil.

Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi İdarə Heyətinin sədri Ramin Abdullayevdi. O, bu vəzifəyə 28.12.2021-ci ildə təyin olunub. Onun fəaliyyəti ilə bağlı sosial şə bəkələrdə və elektron mediada çoxsaylı şikayətlər və iddialar yer alıb. 

 

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi? – ŞİKAYƏT
Next: ICGB şirkəti qaz kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi ilə bağlı start verib.

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.