Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 10
  • Əliyev-Paşinyan görüşünə Ermənistan vətəndaşlarından REAKSİYA

Əliyev-Paşinyan görüşünə Ermənistan vətəndaşlarından REAKSİYA

admin 10/07/2025
abu-dabi-g

 

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü təkcə bu iki ölkədə yox, demək olar ki, bütün dünyada böyük diqqətlə izlənilir.

Azərbaycan və Ermənistan tərəfi danışıqlar prosesində hər hansı üçüncü tərəf olmadan iştirak edirlər. Bu görüşü sülh müqaviləsinə doğru rəsmi Bakı və İrəvanın həyata keçirdiyi ən vacib təmas da hesab etmək olar.

Əbu-Dabi görüşünün Azərbaycanın israrı ilə ikitərəfli formatda həyata keçirildiyi gün kimi aydındır. Bakı İrəvana 44 günlük müharibədən sonra çətin də olsa, görünür izah edə bilib ki, hər hansı vasitəçiyə ehtiyac olmadan da Azərbaycan ilə Ermənistan bir araya gəlib, öz talelərini kiminsə ümidinə buraxmadan həll etmək iqtidarındadır.

Artıq çox aydın sezilir ki, Azərbaycanın sülh gündəliyini Ermənistan siyasi hakimiyyətindən əlavə, xalqımıza qarşı uzun illər kin, nifrət, düşmənçilik hissləri ilə bəslənən sadə ermənilərin böyük əksəriyyəti də rəsmi Bakının İrəvanla sabitlik istiqamətində atdığı addımlarının, Prezident İlham Əliyevin iki dövlət arasında münasibətlərin tənzimlənməsi, qonşuluq prinsipləri əsasında sülh şəraitində yaşamağın vacibliyi ilə bağlı verdiyi mesajların səmimiyyətinə əvvəlki illərlə müqayisədə indi daha çox inanmağa başlayıblar.

Bunu təsdiq edəcək ən böyük sübutlardan biri kimi, bu gün hazırda davam görüşlə bağlı Ermənistan Baş naziri Nikol Paşinyanın rəsmi sosial şəbəkə hesablarında İlham Əliyevlə görüşünü əks etdirən videogörüntüyə ermənilərin yazdıqları şərhləri göstərə bilərik.

Şərh yazanların böyük əksəriyyətinin iki ölkə liderlərinin sülh istiqamətindəki bu görüşünü müsbət qarşıladığı diqqətdən yayınmır. Ermənilərin sözügedən video ilə bağlı diqqətçəkən şərhlərinin ən çox Azərbaycan və Ermənistan arasındakı sülhü səbirsizliklə gözlədiklərini əks etdirən ifadələrə yer verməsi deyilənləri növbəti dəfə təsdiq edir: “Dövlətimizə sabitlik, xalqımıza sülh lazım”, “Yalnız sülh”, “Cənab baş nazirimiz, ölkəmizə sülh gətir”, “Sülh olmalıdır. Müharibə olmamalıdır”, “Sülh və firavanlıq istəyirik”, “Ölkəmiz üçün sülh olsun”.

Bəli, Ermənistan xalqı da artıq Azərbaycanın sülh konsepsiyasını qəbul etməkdə, ona ölkələrinin inkişafı, firavanlığı istiqamətində əsas addım kimi baxmaqdadırlar. Şübhəsiz ki, regionda sülhü pozmaq istəyən qüvvələr var. Ermənistan hakimiyyəti və xalqı da artıq bunu başa düşür, anlamağa başlayırlar ki, uzun illər sadəcə həmin qüvvələrin öz maraqlarına çatmaq üçün bir vasitə olublar, istifadə ediliblər.

Əbu-Dabi görüşü sübut edir ki, istək və siyasi iradə olduğu təqdirdə, təxminən yarım əsrlik düşmənçilik də tarix ola bilər. Azərbaycan bu dövrə hazırdır, rəsmi Bakının sülh təşəbbüsünə nə qədər hazırlıqlı olduğunu erməni xalqı hiss etməkdədir. İndi növbə rəsmi İrəvanın: Ermənistan hakimiyyəti Bakının sülh təşəbbüsünə hazırdırmı, bunu yaxın gələcəkdə daha aydın müşahidə edəcəyik.

Bu həqiqətdir ki, Paşinyan özündə iradə tapsa, Əbu-Dabi görüşü “sülh baş tutmayacaq” deyənlərə tutarlı cavab veriləcək. Bu, sülhü korlamaq istəyənlərə ən dolğun cavab ola bilər./oxu.az

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev BMMT Baş Assambleyasının növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
Next: Əbu-Dabi görüşünün ilkin nəticələri: Niyyət protokolu və bəyanat qəbul edilə bilər

OXŞAR MÖVZULAR

xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026
azal-qeza---

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

admin 15/04/2026
vüqar-gülm

Vüqar Gülməmmədov: “Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib”

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.