Skip to content
17/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 14
  • “Azəriqaz”-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx”

“Azəriqaz”-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx”

admin 14/07/2025
azəriqaz

 

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə hüququ pozuntuları ilə bağlı həyəcan təbili çalıb.  “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 310-cu maddəsinə istinadla “rəhbər işçilər, bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar” xatırlatmasını edən M.Qəhrəmanlı daha sonra işçilərdən birnin müraciətini də ictimailəşdirib.

NHMT sədri ““Xoşun gəlmirsə, ərizəni yazıb çıx” kimi təzyiq xarakterli ifadələrlə qarşılaşdım -niyə? İdarə dədənizdən miras qalıb ki..” “Üzərində heç nə yazılmamış bir vərəqə ad-soyad yazaraq imza atmağımız tələb olundu – bu saxtakarlıq deyil ki…” deyə aktual suallarla Təlatüm Əfruzzadə adlı “Azəriqaz” əməkdaşının başına gələnləri də təqdim edib:

“Mən SOCAR Azəriqaz İB 10-cu dərəcəli mühəndis və eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-Qaz Qurğuları Mühəndisliyi ixtisası üzrə yüksək nəticələrlə məzun olmuş, daim peşəkar inkişafı qarşısına məqsəd qoymuş bir gənc kadram.
Son zamanlar Birlik daxilində aparılan struktur dəyişikliyi çərçivəsində keçirilən imtahanda maksimum nəticə – 40 bal toplayaraq bilik və səriştəmi bir daha sübut etdim. Bizə bildirilmişdi ki, bu proses nəticəsində əməkdaşların dərəcə və mövqelərində dəyişikliklər olacaq və bu zaman ixtisas uyğunluğu, iş təcrübəsi, rəhbərlik qiymətləndirməsi və digər obyektiv meyarlar nəzərə alınacaq.
Təəssüflə qeyd etməliyəm ki, bu vədlər reallıqda öz əksini tapmadı. İmtahanda uğurla iştirak etməyimə və ixtisasımın işimlə tam uyğun olmasına baxmayaraq, şəxsi münasibətlərə və kreslo arxasında formalaşmış maraqlara söykənən yanaşma nəticəsində mən və mənim kimi bir çox əməkdaş haqsızlığa məruz qaldıq. Qiymətləndirmə obyektiv nəticələrə deyil, tanışlıqlara əsaslanaraq aparılmış, bu da gənc və peşəkar kadrların ruhdan düşməsinə səbəb olmuşdur.
Məsələ ilə bağlı Azəriqaz İB bir neçə məsul şəxsə müraciət etdim. Cavab olaraq bildirildi ki, bu dəyişikliklər SOCAR səviyyəsində həyata keçirilib və ümumilikdə dərəcələrin aşağı salınması qərara alınıb. Əgər bu qərar əvvəlcədən məlum idisə, yüzlərlə əməkdaşın imtahan prosesinə cəlb olunması, ümidləndirilərək dəyərləndiriləcəyinin vəd edilməsi hansı məqsədə xidmət edirdi? Bu sualı verdikdə isə aydın cavab əvəzinə ✅“xoşun gəlmirsə, ərizəni yazıb çıx” kimi təzyiq xarakterli ifadələrlə qarşılaşdım.
Bütün bunlarla yanaşı, bir vacib məsələni də qeyd etmək istərdim. Azəriqaz İB işə qəbul zamanı bizə dərəcələrin “9-cu dərəcədən başlayacağı” bildirildi. Lakin heç bir rəsmi yazılı sənəd təqdim olunmadan, ✅üzərində heç nə yazılmamış bir vərəqə ad-soyad yazaraq imza atmağımız tələb olundu(???). Prosedur başa çatdıqdan sonra isə bizə 9-cu dərəcə verildiyi bildirildi. Bu cür qeyri-rəsmi və hüquqi əsasdan uzaq yanaşma dövlət müəssisəsinə yaraşmayan bir praktika olmaqla yanaşı, əməkdaşların hüquqlarının pozulmasına açıq nümunədir. Hətta həmin sənədlərin şəkilləri də sübut kimi əlimdə mövcuddur.
Bu və bu kimi hallar göstərir ki, struktur dəyişikliyi adı altında tətbiq olunan siyasət, şəffaflıq və ədalət prinsiplərindən uzaq, inamı sarsıdan və əməkdaşların motivasiyasını zəiflədən bir mexanizmə çevrilmişdir.☝
Əgər bu sistemdə nəyisə dəyişmək istəyiriksə, ilk addım onu səsləndirmək və mübarizə aparmaqdır.
Sizə müraciət etməklə yanaşı, bu məsələ üzrə Əmək Müfəttişliyi Xidmətinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatına da rəsmi qaydada müraciət ünvanlamaq niyyətindəyəm. Çünki hesab edirəm ki, burada təkcə işəgötürmə və dərəcə məsələləri deyil, həm də əmək hüquqlarının sistematik şəkildə pozulması müşahidə olunur.
Ümidvaram ki, bu müraciət diqqətdən kənarda qalmayacaq, məsələ obyektiv araşdırılacaq və gənc mütəxəssislərin səsini eşidən, hüquqlarını müdafiə edən bir yanaşma ilə qarşılaşacağıq…”/dia.az
PAYLAŞIN:

Continue Reading

Previous: Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü…
Next: Azərbaycanda şəxsi məlumatları ələ keçirən kibercinayətkar həbs edilib – DTX-nin əməliyyatı

OXŞAR MÖVZULAR

ATU-716x403

Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı

admin 16/03/2026
qht-gilavar

QHT Agentliyinin köhnə problemləri: qaydalar kağız üzərində, qərarlar isə “tanışlıq prinsipi” ilə

admin 13/03/2026
qht-aygün

Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi – Adı başqa, içi başqa QHT layihələri

admin 13/03/2026

XƏBƏR LENTİ

  • Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ 17/03/2026
  • Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə müraciət etdi 17/03/2026
  • Hansı içki təzyiqi dərmansız salmağa kömək edir? 17/03/2026
  • “Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir” 17/03/2026
  • Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI 17/03/2026
  • Bu gün İlaxır çərşənbədir 17/03/2026
  • Buraxılış imtahanlarına etirazlar haqlıdırmı? – “Problem sualların məzmununda deyil…” 16/03/2026
  • “Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış 16/03/2026
  • Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək… 16/03/2026
  • Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək – Özər 16/03/2026
  • Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq 16/03/2026
  • İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib 16/03/2026
  • Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub 16/03/2026
  • Vətəndaş mövqeyi bəlli insan 16/03/2026
  • Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR 16/03/2026
  • Tramp 5 gün xahiş etdi, indi tələbə keçib… 16/03/2026
  • Üç uşaqlı ailələrə bayram öncəsi şad xəbər 16/03/2026
  • İlaxır çərşənbə üçün bazarlıq neçəyə başa gəlir? 16/03/2026
  • Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib 16/03/2026
  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026

Sağlamlıq

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026
c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.