Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 16
  • Xüsusi texnikaların alınmasına milyonlar xərclənən Xəzər rayonunda zibil niyə eşşək arabası ilə daşınır

Xüsusi texnikaların alınmasına milyonlar xərclənən Xəzər rayonunda zibil niyə eşşək arabası ilə daşınır

admin 16/07/2025
bşih-xezer
Dünən sosial şəbəkələrdə bir kişinin Zirə qəsəbəsində eşşək arabası ilə zibil daşıdığını əks etdirən bir video yayılıb. Məsələ sosial mediada geniş rezonans doğurub. Videoda qeyd edilir ki, zibil daşıma işini Zirə bələdiyyəsi həyata keçirir. Məsələyə aydınlıq gətirmək üçün bələdiyyə ilə əlaqə saxlayan bakupost.az-a bildiriblər ki, videodan məlumatlıdırlar, lakin həmin zibili onlar yığmır. Məsuliyyət daşıyan qurum kimi Xəzər rayon İcra Hakimiyyətini göstəriblər. İcra Hakimiyyəti ilə əlaqə saxladıqda isə qəti cavab alıblar:”Ümumiyyətlə, zibil yığmaq bizim səlahiyyətimizdə deyil. Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əlaqə saxlayın”. Burada isə zəngə cavab verən xanım bizi səlahiyyətli şəxsə yönləndirsə də, o, telefona cavab vermədi.
Beləliklə,  bir videodan məlum olur ki, faktiki olaraq Zirədə zibil yığılmır və bunu heç bir rəsmi qurum da inkar etmir. Bir az araşdırdıqda məlum olur ki, problem təkcə bu ilin məsələsi deyil. Sakinlər bildiriblər ki,ötən il də eyni problemi dilə gətiriblər ki, qəsəbədə zibil konteynerləri yoxdur, küçələr isə zibil yığınları ilə doludur: “Qəsəbə ərazisinə baxış keçirsəniz, özünüz görəcəksiniz. Zibil dizə çıxır. Nə konteyner qoyurlar, nə də maşın gəlir zibili daşımağa. Məcbur olub eşşək arabası ilə zibil daşıyırıq. 5 manatdan yığıb eşşəyin sahibinə veririk ki, zibilləri yükləyib aparsın.”
Mövzu ilə bağlı Aktualinfo.org-da müəyyən araşdırmalar aparmalı oldu. Məlum oldu ki, Xəzər İcra Hakimiyyətindən zibil daşımağa məsul qurum kimi göstərilən Mənzil Kommunal Təsərrüfat Birliyi son illər müəssisə üçün nəqliyyat vasitələrinin alınmasına xeyli dövlət cəsaiti xərcləyib.
Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumata görə Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 21.06.2021-ci ildə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə “İMPROTEX TRUCKS AND BUSES” MMC ilə 457.151,35 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Şərtlər toplusuna görə Təsərrüfat Birliyi 1 ədəd bərk məişət tullantılarının daşınması üçün nəqliyyat vasitəsi (həcmi 22m3 üst qurğusu ilə) üçün MMC -yə yarım milyon manata yaxın dövlət vəsaiti ayırırb.
Ondan əvvəl isə kommunal təyinatlı maşın və mexanizmlərin satınalınması Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyi “İMPROTEX TRUCKS AND BUSES”  MMC ilə 457.151,35 manat məbləğində də bir nəqliyyat vasitəsi alıb. Bu müqaviləni isə 09.12.2020-ci ildə bağlayıb.
Nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə bir müqavilə də “AZ-TEX-IMPORT”  MMC ilə 09.12.2020-ci ildə bağlanılıb. Bir ədəd texnikanın alınması üzrə bağlanmış bu müqavilənin dəyəri 158.120 manat təşkil edib.
Bunlardan əlavə Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyi son illər balansında olan nəqliyyat vasitələrinə ehtiyat hissələrinin satın alınmasına da xeyli vəsait xərcləyib.
03.05.2021-ci ildə “STONE CONSTRUCTİON” QSC ilə 137.971,5 manat dəyərində, müxtəlif təyinatlı hissələrin satınalınması üzrə 187.519,7 manat dəyərində “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC ilə 21.10.2022-ci ildə, müəssisənin balansında olan əsas vəsaitlərə texniki qulluq məqsədli bir sıra malların satın alınması üzrə 251.609,04 manat dəyərində “BİLGƏ QRUP” QSC ilə 14.12.2023-cü ildə, əsərrüfat işçiləri üçün nəzərdə tutulan müxtəlif növ təmir mallarının satın alınması üzrə 87.176,28 manat dəyərində “BİLGƏ QRUP” QSC ilə 19.09.2024-cü ildə, müxtəlif növ malların satın alınması üzrə 32.222,26 manat dəyərində  “CASPİAN EXPERT GROUP” MMC ilə 13.12.2024-cü ildə müqavilələr bağlanılıb.
Bunlardan əlavə Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 09.12.2020-ci ildə “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC ilə avadanlıqların satınalınması 434.263,6 manat dəyərində müqavilə bağlayıb. Şərtlər toplusuna görə  1000 lt tutumu olan 187 ədəd zibil konteyneri, 100 lt tutumu olan 55 ədəd zibil üçün plastik materialdan konteyner, 2.000 ədəd konteyner üçün tormuzlu təkər alınıb.
Qeyd edək ki, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovdu. O, Prezident İlham Əliyevin 05 fevral 2019-cu il tarixli Sərəncamı ilə bu vəzifəyətəyin edilib. O, 2014- 2018-ci ilin sentyabr ayına qədər Xəzər rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb və 2018-ci ildə dövlət qulluğunda irəli çəkilərək, Xəzər rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifələrinə təyin edilib.
Xatırladaq ki, Xəzər rayon İcra Hakimiyyətinin əvvəlki başçısı Gülağa İslamov olub. Gülağa İslamovun Xəzər rayonunu ailəliklə idarə etməsi barədə mətbuatda kifayət qədər geniş məlumatlar var. Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi sədri vəzifəsində də vaxtılə başçı olmuş Gülağa İslamovun qardaşı Böyükağa İslamov olub. Hazırda isə sözügedən vəzifəni Böyükağa İslamovun oğlu Hikmət İslamov tutur. Göründüyü kimi hazırki İcra başçısı Elşən Salahov keçmiş başçı Gülağa İslamovun ən yaxın adamlarından olub. Elşən Salahov da keçmişinə sadiq qalaraq sabiq başçının qohumları ilə Xəzər rayonunu idarə edirlər.
Satınalmaların portalından əldə etdiyimiz məlumatlardan da göründüyü kimi Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyi son illər nəqliyyat və xüsusi texnikaların satınalınmasına, o cümlədən onlara ehtiyyat hissələrinin alınması məqsədi ilə milyonlarla mant dövlət vəsaiti xərcləyib. Biz hələ Bakı şəhər İcra Hakimiyyəti, onun tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı Departamenti vasitəi ilə alınan xüsusi texnikaları və zibil qutularını da bura saymırıq. Onları da araşdırıb əlavə etsək, buraya son illər daha çox büdcə vəsaitinin ayrıldığını görmüş olarıq.  Belə olan halda Xəzər rayonunun qəsəbələrində zibil nədən həmin xüsusi texnikalar vasitəsi ilə deyil, eşşək arabası ilə yığılır?
Aktualinfo.org
VİDEO BURADA: https://www.facebook.com/watch/?v=713438301594685
PAYLAŞIN:

Continue Reading

Previous: Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir
Next: bp şirkəti ilə Azərbaycanda iki mühüm layihə üzrə müqavilələr imzalanıb

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026
  • İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 18/05/2026
  • İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.