Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 18
  • İsrail Bakı danışıqlarından sonra niyə Suriyaya hücum etdi?

İsrail Bakı danışıqlarından sonra niyə Suriyaya hücum etdi?

admin 18/07/2025
netan

 

İsrailin Dəməşqə hücumu böyük tabloda Tramp Administrasiyasının Suriya planına qarşı atılmış addım kimi görünür. Vaşinqtonun Suriyanın bütövlüyünün qorunması mövqeyindən çıxış etməsi və Türkiyənin bu ölkədəki zamin rolunu tanıması Təl-Əvivdə qəbul olunmur, hərçənd, ABŞ-ın hərbi/siyasi rəhbərliyində də İsrailin mövqeyini paylaşan qruplar var, xüsusilə PYD/YPG-nin gələcəyi ilə bağlı məsələ üzərindən.

İsrail (həm də Təl-Əvivlə ortaq mövqe sərgiləyən ABŞ-dakı mərkəzlər) Suriyada fərqli perspektivdən çıxış edir:

– Ölkənin federallaşması: bu, ən yaxşı halda İraq modelinin Suriyada tətbiq edilməsi və mərkəzi hakimiyyətin zəif nəzarət mexanizmlərinə malik olması deməkdir, hərçənd, belə bir perspektiv bölünmə riskləri də vəd edir;

– Təl-Əviv İraq modelindəki Suriyanı “təhlükəsizlik prinsipləri”nin tərkib hissəsi kimi görür, əks təqdirdə, qeyri-müəyyən gələcəkdə İran təhdidinin yenidən aktuallaşacağını, müəyyən gələcəkdə isə din mərkəzli yeni regional gücün təhdid yarada biləcəyini hesab edirlər, xüsusilə Türkiyə amili fonunda.

Əsədin devrilməsi ilə Suriyada İranın boşalan yerini Türkiyənin doldurması İsrail üçün arzuolunmaz nəticələr yaratdı. Lakin hər şey bununla da bitmədi:

– Tramp Administrasiyanın Suriya hakimiyyətini dəstəkləməsi – Əhməd əş-Şara ilə görüş, HTŞ-nin terror təşkilatları siyahısından çıxarılması, sanksiyaların yumşaldılması – arzuolunmaz nəticələri gücləndirdi;

– PKK-nın silahı buraxması Suriyada PYD\YPG kartını da ciddi ölçüdə zəiflədir və çıxılmaz perspektivlər vəd edir;

Bu nəticələr fonunda İsrailin druz kartından istifadə etməsinin iki mümkün hədəfi var:

1. Druzların muxtariyyətinə nail olmaq, bununla Suriyanın federallaşması presedentini yaratmaq: bu, maksimal hədəfdir;

2. Minimal hədəf druzlardan Dəməşqin yeni hakimiyyəti ilə arasında bufer kimi istifadə etmək, Əsədin gedişindən sonra ələ keçirdikləri əraziləri de-fakto legitimləşdirməkdir;

İstisna deyil ki, Əhməd əş-Şara ilə Bakıda danışıqlar aparan İsrail rəsmilərinin cari tələbləri arasında bunlar olub. Və bu danışıqlardan sonra Dəməşqin bombalanması razılaşmanın olmadığı ehtimalını önə çıxarır. Burada ən önəmli nöqtə Süveydə vilayətində druzlarla bədəvilər arasında toqquşmanın Bakı görüşündən öncə başlamasıdır. Səbəb-nəticə məntiqi bu qarşıdurmada maraqlı olan İsraili təşkilatçı qismində də göstərir, lakin Şara hakimiyyətinin bədəvilərlə druzların toqquşmasını bölgəyə müdaxilə etmək və mərkəzi nəzarəti gücləndirməkdə fürsət kimi gördüyü faktı da diqqət çəkir. Bu baxımdan, Süveydə toqquşmasında hər iki tərəfin – Təl-Əvivin də, Dəməşqin də maraqları vardı, yaxud hər iki tərəf baş vermiş qarşıdurmanı (druzlarla bədəvilər arasında əvvəllər də lokal toqquşmalar olub) öz xeyrinə çevirməyə çalışdı. Nəticə hər iki tərəf üçün qeyri-müəyyəndir:

– Suriya qoşunlarını bölgədən çəksə də, muxtariyyət istəklərini qəbul etmir və döyüşə hazır olduğunu bəyan edir;

– İsrail hücumla druz kartını qoruyub saxlasa da, yekun hədəflərinə nail olmağın çətinlikləri var;

Netanyahunun son açıqlamaları İsrailin hücumlarını davam etdirəcəyinin anonsu hesab edilə bilər. Lakin Təl-Əvivin İran üzərində əldə etdiyi nəticəyə Suriyada da nail ola biləcəyi sual altındadır, Dəməşq Tehranla müqayisədə qat-qat zəif olsa da.

Birincisi, Tramp Administrasiyasının bu məsələdəki mövqeyi hələ də İsraillə üst-üstə düşmür;

İkincisi, Təl-Əviv Suriyada yeni zamin rolunda olan Ankara ilə üz-üzə gələ bilər. Ki, Türkiyə İran olmayacaq;

Üçüncüsü, ABŞ hadisələrin Türkiyə və İsrailin toqquşa biləcəyi həddə qədər inkişafında maraqlı deyil;

Bu amillər Suriyada lokal toqquşmalar və İsrail hücumlarının kölgəsində danışıqlar prosesinin çıxış yolu kimi önə çıxacağı ehtimalını artırır. Bu halda Bakının dialoq mərkəzi rolu daha da güclənə bilər. Danışıqlarda nəticə əldə etməyin çətinliyi olsa belə, təmas xətlərinin saxlanılması Suriyada iştirakçı ölkələrdən olan Azərbaycan üçün də önəmlidir.

 

Müəllif
Asif Nərimanlı
PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev Londonda səfir Elin Süleymanovla görüşüb
Next: Sənədsiz evlərlə bağlı DƏYİŞİKLİK

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.