Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 21
  • 12 lider bir araya gəlir, nizam qurur… – Türkiyə də olacaq?

12 lider bir araya gəlir, nizam qurur… – Türkiyə də olacaq?

admin 21/07/2025
erdogan-yeni (1)

 

İkinci Dünya müharibəsindən sonra BMT yarandı, müxtəlif beynəlxalq hüquqi aktlar qəbul edildi, son dünya müharibəsinin sərhədlərlə, yeni yaranan siyasi-coğrafi reallıqlarla bağlı qərarları verildi və 1975-ci ildə Helsinki yekun aktı ilə tam rəsmiləşdi.

Bu sözləri ReAL sədri Natiq Cəfərli qeyd edib.

O bildirib ki, insanlıq tarixi daim müharibələr, yaranan və çökən imperiyalar, sərhədlərin tez-tez dəyişməsi hekayələri ilə doludur:

“Yəni sərhədlərin toxunulmazlığı anlayışı 1945-ci ildən sonra, tarixi zaman baxımından “dünən” qəbul edildi, 20-ci əsrə qədər sərhədləri güc, ordu və ittifaqlar müəyyən edirdi. BMT yaranandan sonra formal olaraq sərhədlər toxunulmaz elan edilsə də, onlarla dəfə bu qayda pozuldu, yeni ölkələr, dövlətlər yarandı, imperiyalar çökdü, müharibələr dayanmadan davam etdi. Sadəcə, nüvə silahının meydana çıxması klassik müharibə anlayışını dəyişdi, “proksi” müharibələr, lokal toqquşmalar şəklində dünya müharibəsi davam etdi. Yəni 1945-ci ildən bu günə hələ də Üçüncü Dünya müharibəsi gedir, bu işin sonu görünmür.

Böyük müharibələr nə zaman baş verir? Özündən öncəki müharibənin nəticəsi böyük toplumlar üçün ədalətsizlik hissi yaradanda. Bu, həmişə belə olub. Sərhədlərin bilərəkdən ədalətsizcəsinə müəyyən edilməsi regional müharibələrə rəvac verir.

Bəs sərhədlərin ədalətli çəkilməsi, toplumları tam qane edən sərhədlərin yaranması mümkündürmü? Təəssüf ki, yox. Yaxşı, o zaman bu problemin yumşaq həlli yolu nədir? Məsələn, Avropa Birliyi modeli, sərhədlərin simvolik olması, ümumi oyun qaydaları və ümumi bazarın formalaşması…

AB modeli ideya olaraq möhtəşəm idi, Avropada, insanlıq tarixində ən çox müharibələrə və vəhşi qırğınlara səhnə olmuş qitədə sülh və ədalət hissini yüksək ölçüdə bərpa edə bildi. Amma sonra AB yavaş-yavaş “solaxaylaşdı”, aşırı tənzimləmə, SSRİ kimi davranışlar artdı, iqtisadi azadlıqlar tənzimləmə adlı “əjdahaya” addım-addım yem edildi. Amma yenə də ciddi islahatlar aparılsa, AB modeli “sərhəd və ədalət” nisbətinin ən uyğun modelidir.

AB modelini dünyanın başqa bölgələrində tədbiqi mümkündür, amma çox çətindir. Təəssüf ki, dünyanın başqa bölgələrində AB modelinə çatmaq üçün hələ çox qırğınlar olacaq, lokal müharibələr artacaq – ya da 10-12 “ağsaqqal” ölkə, fraqmental dünyanın yeni lider dövlətləri maksimal dərəcədə ədalətli ola, ən azı, 70-80% əhalini qane edə biləcək yeni regional inteqrasiya birlikləri üzrə anlaşmalıdırlar.

Bu gün Suriyada baş verən faciə, İsrailin hüquqtanımaz davranışları, Liviyadakı xaos, İraqdakı de-fakto bir neçə hökumətin formalaşması, Yəmənin, Sudanın iki yerə bölünməsi, İrandakı siyasi rejim, bölünmüş Koreya yarmadası, həllini gözləyən Tayvan məsələsi, Latın Amerikasında ABŞ qorxusu olmasa, hamının bir-birinə müharibə etmək potensialının olması, Rusiyanın işğalçı, bütün hüquq və məntiqi çeynəməsi, silah gücü ilə yeni sərhədlər yaratması cəhdi – bütün bunlar həlli müşkül məsələlərdir. Hamısı ya davam edən müharibələr coğrafiyasıdır, ya da içində güclü potensial toqquşmalar daşıyan barıt çəlləkləridir.

Afrika, Yaxın Şərq, Latin Amerikası, Asiyanın böyük bir hissəsi – bütün bu bölgələrdə sərhədlər süni yaranıb və xətkeşlə çəkilib. Hər yerdə “Sykes–Picot” izi (bu gün, məsələn, Suriyada qırğınların təməlini 1916-cı ildə bu iki şəxs öz xətkeşləri ilə qoyublar) yanaşması var. İndi iki çıxış yolu qalıb – ya Avropanın əvvəldən getdiyi yolla bu bölgələr gedəcək, onillərlə bir-birini qırıb, sərhədləri qanla yazıb, sonra yenidən anlaşıb intiqrasi modelləri quracaqlar, ya da ağıl, məntiq, insansevərlik qalib gəlsə, Avropanın qanlı yolundan dərs çıxarıb elə həmən yeni inteqrasiya modellərinə keçid edəcəklər. Amma bu modellər AB-nin “solaxay” modellərini də örnək almamalı, işlək, iqtisadi azadlıqları öndə tutan, hamını qazandıran modellər olmalıdır.

Bunun üçün isə yeni “oyun qaydalarını” müəyyən edəcək böyük bir görüşə, toplantıya, müzakirəyə ehtiyac var. Fraqmentallaşan dünyanın 10-12 lider dövləti bir araya gəlməli, qapılar bağlanmalı, lazım gəlsə dayanmadan günlərlə müzakirələr getməli, razılaşma əldə edildikdən sonra isə bu anlaşması pozan istənilən dövlətə qarşı həmin 10-12 ölkə birgə cəza tərbirləri görəcəyini bəyan etməlidirlər. Bu ölkələr arasında mütləq Türkiyə olmalıdır, olacaq da…”/axar.az

PAYLAŞIN:

Continue Reading

Previous: Göyçayın Çərəkə kənd məktəbinin təmirinə nə qədər vəsait ayrılıb – Elm və Təhsil Nazirliyi açıqlasın
Next: Əliyev Rusiyadan rəsmi etiraf tələb etdi – Xarici KİV

OXŞAR MÖVZULAR

zln-pt

“Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır?

admin 10/05/2026
putin-neba

Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir…

admin 08/05/2026
tramp_iran (2)

Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır

admin 08/05/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.